Məfkurəyi-aliyəmiz
Azərbaycan
dövləti-növzadına
I
Qaldır
səmayi-şövkətə nəcmü hilalını,
Göstər bu ərzin əhlinə
cahü-cəlalını.
İsbat
qıl həyatını
əqvami-aləmə,
Bəxş eylə bir həyati-növin
Şərqi-əzəmə.
Əzmü səbatın ilə
görün, düşmən
ağlasın,
Millət üzündə xəndəyi-ümmid
parlasın.
İqbalə doğru xütvələr
at intizam ilə,
Ənzari-əhli-xakə görün ehtişam ilə.
Yıx,
əz, nə əngəl olsa əvət rəhgüzarına,
Qəlbən inan da qüvvətinə,
iqtidarına.
Simayi-iqtidarını görsün bütün cahan,
Ey türk dövləti və əya bəxti-növcavan!
Olsun qibtəbəxşi-miləl hər
siyasətin,
Şayani-afərin ola bilsin fərasətin.
Ədayi-namuradə sübut et ləyaqətin,
Bilsin nədir
ləyaqəti bu canlı millətin.
Ey dövləti-növin, yaşa
nəzmü nizam ilə,
Parlaq əməllərinlə,
məzhəri-məram ilə.
Qoş nura, qoş ziyaya, qoş irfanə, hikmətə,
Bir şahrah
bariqədar aç bu millətə.
Millət
o yolda xütvələr
açsın da qayəyə,
Çıxsın təkamül eyləyərək
ülvi payəyə.
Bir xütvəyi-mətin ilə
pahi-kəmalə qoş,
Qoş feyzə,
qoş həyatə, mətanətən cəlalə
qoş.
Aç
kainati-rüfətə şəhbali-irtiqa,
Caç kainati-millətə ənvari-etila.
Türk
aləmində parlasın
ənvari-intibah,
Gülsün həyatımızda da əzhari-intibah.
Olsun bu yurdumuz çəmənarayi-mərifət,
Əhli-vətənə bulmalı iqbalü məsədət.
II
Dönsün behiştzarə bu
qiymətli lanəmiz,
Şahbazpərvər olmalıdır aşiyanəmiz.
Yüksəlmək istəriz o səmayi-məaliyə,
Son arzumuz iştə
kəmalati-aliyə.
Məfkurəmiz yolunda nə lazımsa etməli,
Məqsudə doğru əzmi-xüruşanə
getməli.
Çıxsın dilərsə qarşımıza
həp məzarımız,
Qorxmaz məzardən bu dili-əzmkarımız .
Guş eyləsin bu fikrimi əqvami-kainat,
Amali-zülcəlalımız iştə gözəl həyat.
Vicdani-millətə yazılıbdır
bu ayəmiz,
Ən şanlı,
ən şərəfli
həyat iştə qayəmiz.
Məqsudə doğru qoşmalı
bixovf, bilməli,
Yıxmaq gərək təriqi tutan hər bir əngəli.
Zail olursa hail olanlar təriqdən,
Eylər şitab məqsədə
hər zadəyi-vətən.
Məhəmməd
HADİ
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 1.