Ölməzliyə gedən yolçu
Məhəmməd Hadinin
140 illiyinə
Qalanlar
- iz olduğunu...
Olanlar -
söz olduğunu...
Haqqın
- haqsız olduğunu
Bildi, getdi bu dünyadan.
Gördü dünya uzun yoldu,
Çox yüyürdü, tez yoruldu.
Rəngi
soldu, gözü doldu,
Güldü, getdi bu dünyadan.
Millət
idi dərdi-səri...
Qaçış idi hər səfəri.
Qaldı
ölməz əsərləri
Öldü, getdi bu dünyadan.
Nə sağçıydı,
nə də solçu.
Bir məzarsız qərib yolçu
Ölməzliyə gedən Elçi
Oldu, getdi bu dünyadan.
Od Oğlu, od
Övladıydı,
Ustalar ustadı
idi.
Şair Məhəmməd Hadiydi.
Gəldi, getdi bu dünyadan.
27.11.2019
Fikrət Qoca
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 4.