İstiqlal
şairi
1918-1920-ci illərdə Azərbaycan Demokratik Xalq
Cümhuriyyətinin yenicə təşkil edilmiş əsgəri
hissələrinin şərəfinə alovlu şeirlər
yazırdı.
...Millətin
namusu sizdən çox şücaət gözləyir,
dövləti-növzadi-milli qalibiyyət gözləyir.
Bəkləyir
sizdən zəfər: adımız, istiqlalımız,
şanlı qeyrət, şanlı himmət, şanlı cürət
gözləyir.
...Payimali-düşmən
olsunmu çəmənzari vətən?
Yurdumuz
sizdən bu gün çox ali xidmət
gözləyir.
"İmzasını
qoymuş miləl övraqi həyata, yox, millətimin xətti
bu imzalar içində!", - deyən, millətinin
imzasını imzalar içində axtaran böyük Azərbaycan
şairi Məhəmməd Hadiyə "Talesiz şair" də
deyiblər. Səhv eləməyiblər.
Hadi istiqlal şairiydi. O, yaşadığı mühitin
darıxdırıcı olduğunu, onu əhatə edən
insanların isə qeyri-səmimiliyini görür və
gördüyünü də yazırdı. "Həyatın
səsləri ğuşumda həp fəryad şəklində,"
- deyirdi.
Mənim hələ 1968-ci ildə ayrıca kitab şəklində
nəşr olunan "Nəriman" poemamda Hədinin həyatına,
mübarizəsinə həsr etdiyim bütöv bir fəsil
var. Böyük şair keçirdiyi
sıxıntıların, sarsıntıların nəticəsində
öz yazdığı şeirləri satırdı. Hətta,
istilaçı ordunun əsgərinə də təklif
edirdi.
Tapdandı bu torpaq batinkalarla.
Hər
onu gördükcə yaram sızladı,
dedilər ki, Hadı ağılsızladı!
Mən
onun ucundan divanə oldum,
şeir
yazmağım da bəhanə oldu.
Bu mənim
şeirim, andım, məsləkim,
satıram, ah, yoxdur alanım mənim.
De, niyə susmusan, məgər daşmısan?
Vətəni satıblar möhtərəm oğlan.
Bir az ingilisə, bir az almana,
bir az
italyana, bir az sultana...
Mənim
şeirlərim qalmışdı yalnız,
mən
özüm satıram, onu, alınız!
-
Tanıdım şairim, nədir möhnətin,
sən əziz
oğlusan bir məmləkətin.
-
Hankı məmləkətin, hankı millətin?
Varmı elə bir şey, sən nə söylədin?
Saldat, istəyirsə
məni məmləkət,
de,
neyçin, səfillər padşahıyam?.. və
s.
Hadi bu
ağır, stres vəziyyətə o vaxt
düşmüşdü ki, artıq Osmanlı dövləti
Birinci Dünya müharibəsində məğlub olmuş,
Bakını bolşevik-daşnak hərbi birləşmələrindən
azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa
öz qoşunu ilə birlikdə şəhərdə yox idi
(Mondors müqaviləsinə əsasən Bakını tərk
etməliydi. Etdi də). Bakını
təzəcə ölkənin paytaxtı elan edən Azərbaycan
Xalq Cümhuriyyəti meydanda təkiydi. Səngərdə
də tək döyüşürdü. Hadi - "Mənim
azadlığım sanma çörəkdir, Azərbaycan
azadlığı gərəkdir," - deyirdi. Hadi
- cümhuriyyət səngərində döyüşən
mücahid, yaşadığı zəmanənin üsyan səsiydi.
27.11.2019
Nəriman
HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 11.