Bir
şairi öldürdülər
Məhəmməd Hadiyə
Qərib
nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib
deyər: qərib qızdan
Mənə yar olmaz-yar olmaz.
Sünbülü
qıçada qalar,
Buğdası
puçada qalar,
Alması
taxçada qalar,
qalar,
saralmaz-saralmaz.
Kim qəribə
arxa çıxar,
Qərib
birdən yoxa çıxar,
Dərd əlindən
dağa çıxar,
Dağda qar olmaz-qar olmaz.
Tək
dedilər - təklədilər,
qanına
yeriklədilər.
sonra da
dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.
Əsim-əsimcə
əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.
Xallandı gül - butasında.
nər
qarnında - qartasında.
Bir
şairi öldürdülər
bir
ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.
Eldar Baxış
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 30.