Şüşə
qabın içindəki
Şüşə
qabın içindəki
o
çırpınan quşdan öncə
birinci
mən ölməliydim
özüm
ölməliydim, məncə
hamı
diri qalsın deyə...
Mənim
kimi bir üzgünə,
bir
qəribə, bir küskünə
bir
də çat vermiş güzgünə
sən
baxanda bilməliydin
bilməliydin
ki, son nədi...
Kövşənliyə
kibrit çalan
dəcəl
bir uşaqmış ölüm...
indi
küləyi çağırır
çağırır
sovrulsun külüm,
yəni
bilim ki, son nədir...
Öz
yıxılmış anasını
qaldıra
bilməyən çocuq.
qısılıb
ona ağlayır
dodağında
məhrəm uçuq...
Amma
bilmir ki, son nədi
şirin-şirin
ha höccələ,
qurtarmaq
bilmir bu nağıl.
Gündə
yüz yol ölə-ölə
sevgiyə
diz çökür ağıl,
di
gəl bilmirik son nədir
bu
nağılın bitməsinə
bitənlərin
ötməsinə
ümid
eləyirik mağıl
amma
bu da bəhanədi,
son
nədi yenə bilmirik...
Güzgünün o
üzü - qara, qapqara...
sevginin
o üzü - eləcə, zülmət...
ömrünsə
o üzü - ölümdü, ölüm
ölümün
tərs üzü... qismət, ya qismət!
Qiyam
ki, qiyamət doğurmaz... doğru...
biz
nədən doğulduq, bəs ya qiyamət!
üstünə
bir arı qonmayıb hələ
bu
Gül - biz deyən Gül deyilmiş, əlbət...
ipəyi
çəhrayı boyandı, olsun...
barama
dediyin ölər - tanımaz
barama
dediyin ölür əslində
yatır
nur içində... kimsə qınamaz...
Sözün
astarını kimsə boyayır,
hər
kimsə, fərqi yox... Yazan sınamaz...
biz
türbət daşıyıq, eləməz bidət,
çünki
bir tikəmiz sınmayıb hələ.
Deyirsən
ki, sınar, sınar, darıxma -
vuran
əl - əl deyil... əl deyil, əlbət...
ağrıya-ağrıya
çırpınan külək
heykələ
çırpılan təpikdən betər...
Bir
qızın telinə ilişən ruhun
salıb
itirdiyin qəpikdən betər...
Çarx
geri fırlanır, ömür irəli,
ortada
rəqs edən nədir bəs, nədir?
Ölüm
dodağından öpüb həzz alır,
son
nəfəs deyilsə, bəs nə əsnədir?
başının
üstündə sirli bir hava
sinənin
altında gizli imarət...
Deyirsən
bir kimsə öyrənə bilməz,
deyə
də bilməz ki, nədir bu hikmət...
deyən
dil, dil deyil... dil deyil, əlbət...
Şəmsə
verilmiş dörd suala işarə
Ömrün
boz səhrasında çarıqsız gəzir biri
dabanlarının
çatdağında
qum
dənələri daşıyır
xoşbəxtcəsinə
ölsəm
bəsimdi deyir.
Deyir:
həmd olsun sənə
həm
də Eşq qübbəsində çıraqsız
dözür o adam
qaranlıqları
çinləyir faniliyin boş boğçasına
bilsən
bəsimdi deyir.
Deyir:
həmd olsun sənə
adam
nə vaxt dar ağacına oxşayır, Şəms?
adam
nə vaxt dar ağacına çevrilir axı?
Əlbəttə
deyəcəksən: "boyun əyəndə..."
şümal
boylu qədd-qamətli birisi
boynun
əyəndə dar ağacına oxşayır, dar
ağacına...
qıraqdan
baxanda gözü qaralır adamın
içi
göynəyir acı-acı
təkcə
oxşasaydı nə vardı ki
beləsi
dönüb olunca dar ağacı
tutub
ondan asırlar Haqqı hər addımda
o
cür dar ağaclarıyla doludu yer üzü, Şəms.
Doludu
adam adında
hələ
də gün doğmur üzünə beləsinin
Ay
da doğmur üzünə
çünki
çoxdan əyib boynunu
deyir:
həmd olsun sənə
səhrada
çarıqsız
Eşq
qübbəsində çıraqsız qalan Aşiq
uyuyunca
Gül
ləçəkləri səpilir üzünə
hələ
də həmd olsun sənə deyir
deyir:
həmd olsun sənə
yanından
keçəndə dar ağaclarının
bəs
biz nə deyək, Şəms,
Nə
deyək kəndirdəki Haqqın üzündə quruyub
qalana?
nə
deyək içimizdə buz salxımı kimi
artıb-böyüyən
burulğana
bir
kirpik çalınca başlamış Eşq adlı
üsyana
nə
deyək bəs?..
...heç
nə
həmd
olsun Ona deyək,
Şəms...
Uçurulmuş evin
ağısı
Aynabəndi
uçurdular
çilikləndi
şüşələr
bəlkə
oyuncaqlarını tapar deyə
indi
bir çocuq hər gün yaddaşımın
xarabalığını eşələr
hər
gün onun doğranmış barmaqları ucundan
qızılı
bir gün doğar, ilahi,
gün
damcılar bir ölünün tabutuna
bir
dirinin sükutuna
qeyb
olmuş bir aşiqin miskin umuduna
gün
doğar, gün doğar həmişəkitək...
Üz tutub getdiyin yol
udar
səni toz kimi
getmə!
Yerimə!
uç!
- deyir...
ölüb
qovuşacağın torpaq
üşüdər
səni buz kimi
yerin
altına girmə!
köç!
- deyir...
o
sevdiyin qızın qəlbi
sənin
son məkanındır -
qapısı
Tanrının qapısı kimidir -
onu
döyməzlər!
aç!
- deyir...
amma
necə? Necə? - demir zalım
çünki
dodaqaltı qımışıb
Ondan
başqa hər şeyə
puç
deyir...
***
Küləyi
yazdım kağıza
yazdım
şıdırğı yağışı
düşdüm
islanmış şeirdən
endim
Söz adlı yoxuşu
elə
bildilər dəliyəm...
Endim
ayrılıq düzünə
bomboş
idi biyabanlıq
çox
ağır gəldi özümə
özümdən
gələn yamanlıq
elə
bildim ki, dəliyəm...
Gördüm
yol yoxdu geriyə
göy
qapalı
yer
qapalı
çarşabı
cırıq üfüqdə
tökülüb
zamanın nalı
anlamadım
nə baş verir...
Hər
şeyi gec dərk elədim
dişlədim
də barmağımı
ölümün
yolu üstündə
dilənib
oturmağımı
anladım...
bildim dəliyəm...
hələ
də bir yarpaq kimi
qopub
düşməyim olur eyy...
ağlayanda
üzüm gülür
güləndə
gözüm dolur eey
heç
olmasa bilirmi O...
bilmirsə...
dəliyəm demək...
Yarpağın
əsincə, qəsrin yıxılar
can
adlı hücrədən çıxıb gedərsən...
Sonra
sanarsan ki, qapın döyülür
açarsan...
içinə bir işıq dolar
soruşmazsan
da heç kimsən, nəçisən?
Sən:
"keç" söyləyərsən, o məmnun qalar...
onun
bir əlində parlaq aypara
o
biri əlində xaç var, - görərsən
büt
kimi oturar girdiyi yerdə
baxıb
da könülsüz salam verərsən...
Amma
nə xeyri var, hər yan sudursa...
suların
üzündən mehtək ötərsən.
yarpağın
əsincə, qəsrin yıxılar
can
adlı hücrədən çıxıb gedərsən...
Sən
də bir qapını döyərsən axır
deyərsən
gəlmişəm, di tez elə, aç...
Görərsən
qapıdan bir cüt əl çıxır
birində
aypara, o birində xaç
büt
kimi oturar kimsə canında,
hər
şeyi anlarsan, anlarsan onda...
Suların
üzündə bir yarpaq tapıb
çıxarsan
üstünə qarışqa kimi...
sonra
hayqırarsan üzü göylərə:
-
Burdayam, burdayam, Göylər Hakimi,
gəl
məni bu fani yarpaqdan qopar,
gəl
apar... mən burda çoxmu duracam?
gəl,
qorxma, nə xaçım, nə ayparam var,
nə
də ki, büt kimi bardaş quracam...
Zahid Sarıtorpaq
Ədəbiyyat
qəzeti.- 2019.- 5 oktyabr. S. 12.