Qar adam
Tərtəmiz
qar yağır sevgimin üstə,
Bir
uşaq o qardan adam düzəldir.
Yuxuya
nağıla, bənzəsə belə,
Gözəldi,
gözəldi, yenə gözəldi.
Qar
adam, donuram, gəl sarıl mənə,
Qorxma
əriməzsən, sevgimə sığın.
Gəl
bir az yaxınlaş, sarıl çiynimə,
Bələnim
ətrinə uşaqlığımın.
Qar
adam donuram, gəl sarıl mənə.
Sevgi
alovuyla isinək bir az,
Yeni
ömür versin, ruh versin mənə
Soyuq
nəfəsinin gətirdiyi yaz.
Gör
necə ürəkdən aşiqəm sənə,
Necə
də xoşbəxtəm sənin yanında
Qar
adam, yox səndən hərarətlisi
Bu
kövrək, kimsəsiz, tənha halımda.
Ola bilmədik
Gözəldir
yarının uğrunda ölmək,
Bir
candan, bir ruhdan, bir qəlbdən gəlmək,
Gözəldir
sevginin bəhrəsin görmək...
Biz o
sevgilərdən niyə olmadıq?
Ruh
kimi axasan kövrək qəlbinə,
Biləsən
nə deyir yarın qəlbi, nə?
Yuxuda
əllərin dəyə əlinə...
Biz o
sevgilərdən niyə olmadıq?
Gəl
ümid yeri ver mənə bir əlçim,
Dirilik
suyutək götürüb içim,
Simalar
içindən simanı seçim...
Biz o
sevgilərdən niyə olmadıq?
Günah
səndə deyil, bəlkə məndədi?
Bu
sevən ürəyim yenə qəmdədi
Gəl,
səbrim-qərarım son həddindədi,
Biz o
sevgilərdən niyə olmadıq?
Səma
Elə
bil bu göylər məndən inciyib,
Masmavi
gözünü qaçırdır elə...
Pəmbə
buludları çəkib üzünə,
Nə
qədər kədərli olsa da belə.
Əzəllər
necə də yağmuruyla,
Bütün
günahı yuyardı yağış.
O
şıltaq mehriban damcılarıyla
Bizi
oxşayardı, duyardı səma.
Mən
o yağmurlarda batmaq istərəm,
İstərdim
qərq olum sərinliklərə.
Mənə
bir xoş nəzər yetir, ey səma,
Götür
sevgi adlı dərinliklərə.
Gəl
yenə, yorğanım, yastığım ol sən,
Başımı
rahatca qoyum sinənə.
Sevgi
istəmirəm, sevgidən keçib,
Varınsa
bir ovuc güvən ver mənə.
Gülay Bəbirli.
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 23.