Yaradıcı mütəfəkkir - Həsən bəy Zərdabi

 

Bu gün Rusiyada müstəqil Azərbaycan fenomeni haqqında çox danışılır yazılır. Ölkə inkişaf edir, MDB dövlətləri arasında ümumi daxili məhsulun həcminə görə qabaqcıl yerlərdən birini tutur. Respublikada çoxsaylı tikinti-quruculuq işləri həyata keçirilir, bu sayədə qədim, müasir, hətta gələcək memarlığın harmoniyasını özündə əks etdirən Bakı şəhərinin siması dəyişir, neft hasilatı emalı sahələri yeniləşir, ölkənin beynəlxalq nüfuzu güclənir, irimiqyaslı siyasi, mədəni-maarifçilik tədbirləri, idman yarışları təşkil olunur.

Lakin güclü təəssürat doğuran bu fenomenin kölgədə qalan, o qədər nəzərə çarpmayan bir tərkib hissəsi var.

Bu, xalqın mənəvi, yaradıcı gücünün canlanması, onun yeni intellektual elitasının doğuşu təşəkkülüdür. Son illər Azərbaycanda dəfələrlə olmuş, müxtəlif akademik tamamilə qeyri-akademik yığıncaqlarda, simpoziumlarda, diskussiyalarda iştirak etmişəm. Məni iki şey heyran edib: birincisi, münasibətlərin sərbəstliyi sadəliyi, məlumat ümumiləşdirmələrin yeniliyi dərinliyi, adətən, bu tipli mühafizəkar yığıncaqlara xas ab-havanın gərginliyi canlılığı; ikincisi isə, həmin yüksək səviyyəli tədbirlərin şəhər sakinlərində doğurduğu böyük maraq. Adətən "sadə" adlandırdığımız xalq arasında istənilən insan bənzərsiz olsa da, təbiətdə "əsas" xalq mövcud deyil.

Bir yazıçının yubileyində çıxış etmək üçün gəlmişdim. Tədbir Bakının baş teatrında təşkil olunmuşdu doğrusunu deyim ki, əgər məni qarşılayıb müşayiət edənlərin köməyi olmasaydı, teatrın qapılarından içəri keçə bilməyəcəkdim. Adam əlindən iynə atsaydın, yerə düşməzdi, indi gəl baş görüm, bunların arasında sadəsi hansıdır, mürəkkəbi hansı. Pilləkənlər, hətta teatrın qarşısındakı meydança da dolu idi. Təşkilatçılar dolub-daşan zaldan küçəyə canlı yayım vermək məcburiyyətində qaldılar.

O zaman mən çıxışımda dedim ki, öz sənətkarlarına, intellektuallarına bu dəyəri verən, onu alqışlayan xalq böyük əbədidir.

Bu gün isə əlavə edim:  bəlkə , daha çox sənətkarın şəxsiyyətinə deyil, yaradıcılığın hətta həyatın özünün təməlində dayanan sözə meyil edən bir xalqdır azərbaycanlılar.

Sözə dəyər vermək - mədəniyyətə mənəviyyata bağlı olmaqdır. Mənə elə gəlir ki, hazırda çağdaş yeniləşmiş Azərbaycanda müşahidə olunan bu aşkar meyil bir çox hallarda onu dünya arenasına çıxaran təkanverici gücdür.

Doğma söz, doğma tarix istənilən xalqı, xüsusilə , Azərbaycan xalqı kimi başı bəlalar çəkmiş, tarixən parçalanmış (həm təkcə Qarabağla yox), hətta qismən pərən-pərən düşmüş bir milləti qidalandıran tükənməz çeşmədir.

Sona Vəliyevanın kitabı bu çağdaş yaradıcı milli tendensiyaya ipək saplarla, harmonik ilmələrlə hörülür. Müəllif öz əsərinə Həsən bəy Məlikovu, Zərdabini qəhrəman seçməklə çox cəsarətli addım atmış bununla kitabı xeyli maraqlı etmişdir. Həsən bəy əfsanəvi, daxilən dramatik, azərbaycanlıların bir çox həyat tale kolliziyalarını, hətta dünyanın ayrı-ayrı hissələrini özündə birləşdirən obrazdır. O, Zaqafqaziyanın ən ucqar yerindən olsa da, Moskvada parlaq ali təhsil alıb. Həm adi deyil, fizika-riyaziyyat kimi önəmli bir fakültədə oxuyaraq, universitet rektoru, məşhur professor Sergey Solovyovun sevimli tələbələrindən birinə çevrilib.

O, daim hərəkətdə olan bir obrazdır. Universiteti fərqlənmə diplomu ilə bitirsə , orada qalıb müəllim işləmək təklifini qəbul etmir, xalqı qarşısındakı vəzifə borcunu yerinə yetirmək üçün yenidən doğulduğu əyalətə, ucqar kəndə qayıdır. Parlaq alim, demək olar ki, "göy adamı" olan Həsən bəy tərəqqinin qara fəhləsinə, bu gün "sosial ədalət" adlandırılan  missiya daşıyıcısına çevrilir. Müəllif onun ilkin həyat yolunu, demək olar ki, ana diqqəti, hətta ana qorxusu ilə izləyir: göy üzündən insanlar arasına - insanlıq naminə. Mərz nəzarətçisi - məgər yer üzündə hər kəs bu ya digər formada bu işlə məşğul olmur? Xüsusilə , Qafqazın bərəkətli balaca torpaq sahələrində vəziyyət məhkəmələrdəki torpaq davalarından daha gərgin, hətta faciəvi deyilmi? Zəiflərin məzlumların maraqlarını qorumaq üçün sağlamlığı, hətta həyatı ilə riskə gedən hakim. Müəllim.

Sona Vəliyeva avtobioqrafik roman qanunlarına ciddi əməl edərək, öz qəhrəmanını müəllimliyə doğru aparır, zirvəyə yüksəldir.

Müəllif bu qeyri-adi tarixi şəxsiyyətin həyatının təsvirinə son dərəcə yaradıcı yanaşmış, onu öz istedadının işığında canlandırmışdır. Yaradıcı gərgin zəhmət nəticəsində ərsəyə gələn roman "İşığa gedən yol" adlanır. İşığa gedən yol isə, Vəliyevaya görə, elə dərinliyə gedən yoldur. Diqqət edin: müəllifin təsvir etdiyi dövrdə Rusiyada da mənəvi borcunu dərk edən ziyalılar arasında xalqı maarifləndirmək, onu işığa, yaxşılığa, xeyir əməllərə, insan kimi yaşamağa, ən nəhayət, əsl insan olmağa səsləmək üçün "xalqın içərisinə getmək" meyli güclü idi. Müəllifin fikrincə, müasir Azərbaycan mədəniyyətinin banilərindən birinin parlaq gələcəyi məhz insanlara praktiki maarifçilik xidməti göstərmək, ictimai işlərdə yardım etmək  təməli üzərində qurulub.

Bəli, müəllif qəhrəman zaman seçimində olduqca cəsur davranıb. XIX yüzilin sonu, XX əsrin əvvəlləri. Zaqafqaziya Klondaykının neft iqtisadiyyat bumu, eyni zamanda cəmiyyətin xalqın dəhşətli dərəcədə təbəqələşməsi. Bunlarla yanaşı, xalqın yenidən doğuluşu, milli özünüdərkin təşəkkülü. Romanda o illər Azərbaycanının həyat mənzərələri, yeni milli, müəyyən dərəcədə "xalqçı" ziyalıların meydana çıxması, adları bu gün yaşayan müqəddəsləşən o zamankı milli-mənəvi rəhbərlərin xarakterləri, durumları formalaşmaları şərqsayağı, koloritli, duzlu təsvir olunub. Yeri gəlmişkən, təhkiyə avtobioqrafik-tarixi ənənələrə qədər uyğun olsa da, romanda bir çox nəsnələr günümüzlə səsləşir, gələcəyə işıq salır - həm təkcə Azərbaycanda yox.

Roman təmkinli, eyni zamanda canlı məişət elementlərindən, atalar sözlərindən, sadə müdrik xalq deyimlərindən istifadə olunaraq səmimi bir üslubda qələmə alınıb. Müəllifin doğma təbiəti, xalq həyatını ağızlardan eşitmədiyi əsərdən aydın görünür. Roman nəsr ədəbi növündə yazılsa da, incə poetik çalarlar, əlvan naxışlarla zəngindir. Elə həyatımızın nəsrində olduğu kimi.

Romanda Qafqazda hər zaman aktual olan etnik millətlərarası problemlər öz əksini tapmışdır. Azərbaycanlı tələbə Həsən Məlikovla Moskva Universitetinin digər tələbəsi, eyni zamanda onun rektorunın qızı Vera Solovyova arasındakı ilk, qarşılıqlı uğursuz məhəbbət kolliziyası çox gözəl təsvir olunub: əsərin qəhrəmanı bu sevginin xatirəsini ağrısını ömrünün sonunacan unutmur. Bu sevgi , aralarında dünya şöhrətli İlya Meçnikovun da olduğu görkəmli alimlərlə dostluq kimi, Həsən bəyin Rusiyadakı bütün yaxşı, gözəl şeylərə münasibətinin formalaşmasında böyük rol oynayır.

Müəllif, günümüzün hadisələrinə biganə qalmamış, Qarabağ faciəsinə münasibətini bildirmişdir. Amma burada publisistika üstün gəlir romanın başlıca, ən güclü tərkib hissəsinə çevrilir. Müəllif istədiyini düşünməkdə yazmaqda azaddır. Xüsusilə , danışmaq üçün obyektiv əsaslar olanda.

"Xudojestvennaya literatura" nəşriyyatı son bir neçə ildir ki, bir qrup alimin (Q.Mamulia, R.Abutalıbov, İ.Atakişiyev), eyni zamanda Heydər Əliyev Fondunun fəal iştirakı ilə "Pars arxivi" çoxcildliyini nəşr edir. Buraya ötən yüzilin 20-30-cu illərində Azərbaycanın müstəqil olacağını qabaqcadan xəbər verən əzmkar müdrik ictimai xadim Əlimərdan bəy Topçubaşinin məktubları, gündəlikləri, xatirələri, düşüncələri daxildir. Onun epistolyar mirası şəxsən mənim üçün yeni bir kəşfdir. Sona Vəliyevanın romanından isə məmnuniyyətlə öyrəndim ki, Ə.Topçubaşi, sən demə, Həsən bəy Məlikovun kürəkəni imiş. Bir-birinə layiq olan müəllim tələbə: dövrlər, dərin düşüncələr insan fədakarlığı arasındakı rabitə qırılmazdır.

 

Georgi Pryaxin.    Georgi Pryaxin - akademik, Rus dili Ədəbiyyatı Akademiyasının vitse-prezidenti, Rusiya Yazıçılar İttifaqının katibi

Nadir Qocabəyli: Tərcümə edən

 

Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr.- S.24.