ƏDƏBİYYAT ÜZRƏ 1998-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Joze SARAMAQO

 

 

Portuqal yazıçısı, şair, dramaturq, tərcüməçi. 16 noyabr 1922-ci ildə Azinyaqada, kəndli ailəsində dünyaya gəlib. 1924-cü ildən etibarən ailəsi ilə birlikdə paytaxtda yaşayıb. Avtomobil çilingəri, çizgiçi işləyib, səhiyyə sosial sığorta sahəsində xidmət edib. 22 yaşı olanda portuqal rəssam İlda Reyşlə ailə qurub.

İlk kitabını ("Günahkar torpaq") 1947-ci ildə çap etdirib 1966-cı ilə qədər heç bir kitabı çıxmayıb. 1969-cu ildə Portuqaliya gizli kommunist partiyasına üzv yazılıb. Qırmızı qərənfillilərin inqilabıdan sonra bir müddət (1974-1975) siyasi icmalçı işləyib "Dibrio de Lisboa" qəzetində mədəniyyət şöbəsinə rəhbərlik edib. 1975-ci ildə gündəlik "Dibrio de Notncias" qəzeti baş redaktorunun müavini olub. 1976-cı ildə işdən çıxarılmağı ilə əlaqədar jurnalist karyerasına son qoyub həyatını bütünlüklə ədəbi yaradıcılığa həsr edib.

"Torpaqdan qalxanlar", "Monastır haqqında xatirələr", "Daş sal", "Korluq", "Mağara", "Oxşar", "Qabil" ("Kain") romanları ilə dünya şöhrəti qazanıb.

Joze de Soza Saramaqo 1998-ci ildə "illüziya ilə reallığı fərqləndirmək üçün rəvayətlərə istinad edərək fikirlərindəki mərhəmətlə istehzanı ustalıqla əsaslandırdığına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yazıçı 2010-cu ildə Kanar adalarında vəfat edib.

 

 

Əyyub Qiyas.

Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 31.