Azərbaycan dinamik şəkildə inkişaf edir

 

Azərbaycanın artan iqtisadi gücü potensialı onu təkcə regionun, yerləşdiyi coğrafiyanın deyil, ümumilikdə dünyanın inkişaf etmiş lider dövlətlərindən birinə çevirib. İldən-ilə artan iqtisadi gücümüz, beynəlxalq reytinq agentliklərinin hesabatlarında ilk yerlərdən birini bölüşdürməyimiz Azərbaycanın düz yolda olduğunu, qarşısına qoyduğu hədəflərə zamanında nail olduğunu deməyə əsas verir.

Təbii ki, bütün bunlar da öz növbəsində düzgün məqsədyönlü idarəçilik, zaman-zaman həyata keçirilən uöurlu islahatlar xalqın, dövlətin, maraqlarına uyğun olaraq reallaşdırılan siyasətdən irəli gəlir. Günümüzdə bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilir bu siyasətin hər ötən il uğurlu nəticələrini müşahidə edirik. Millət vəkili Malik Həsənov deyir ki, Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti, ümummilli liderin siyasi kursuna sadiqlik dayanır. Onun sözlərinə görə, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla inamla inkişaf edir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanaraq inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən sosial-iqtisadi inkişafa xidmət edən ardıcıl məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Statistik göstəricilər bu reallığı ifadə edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Digər faktlara da nəzər salaq: ölkədə qazlaşdırma 96 faizdir, əhalinin 75 faizi isə dayanıqlı içməli su ilə təmin edilir bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib təmir olunub. Əlbəttə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir. Bütün bu nailiyyətlərin əsasında duran amil, qeyd etdiyim kimi, Heydər Əliyev siyasətinin Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir". Millət vəkili onu da bildirib ki,  Azərbaycanın bu günkü inkişaf səviyyəsinə gəlib çatması heç asan başa gəlməyib ölkəmiz bu istiqamətdə çətin dövr keçib: "Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə - istər SSRİ dönəmində, istərsə müstəqillik illərinə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Biz haqlı qürur hiss fəxarətlə qeyd edirik ki, ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Bilirsiniz ki, 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycan ciddi siyasi iqtisadi problemlərlə qarşı-qarşıya idi. Xüsusilə , həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz milli maraqlardan uzaq siyasəti Azərbaycanı xaos meydanına çevirmiş, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycanı düşdüyü ağır şəraitdən - faciə fəlakətlərdən xilas edəcək güclü siyasi liderə ehtiyac var idi. Bu şəxsiyyət məhz böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev idi. Xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Həmin il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider andiçmə mərasimində söylədiyi nitqində xalqın Ona olan etimadını yüksək dəyərləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli maraqların yüksək səviyyədə təmin olunması naminə çalışacağını bildirmişdi. O, xalqın ümidlərini tam doğrultdu. Qısa müddət ərzində Ulu Öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Azərbaycanın iqtisadi dirçəlişi təmin olundu, nizami ordu quruculuğuna başlandı, uğurlu hüquqi, demokratik islahatlar həyata keçirildi. Xalqımızın dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli, məqsədyönlü, uzaqgörən daxili xarici siyasət nəticəsində Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrildi, ölkəmiz beynəlxalq arenada söz nüfuz sahibi kimi çıxış etməyə başladı, etibarlı tərəfdaş kimi tanındı. Bütün bunların məntiqi nəticəsi kimi, Ulu Öndər 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz növbəti 5 illik fəaliyyəti dönəmində Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan parlaq nailiyyətlər qazandı, inkişaf yolunda əmin addımlarla irəlilədi".

 

Süleyman

 

Olaylar.- 2019.- 12-14 oktyabr.- S.6.