Meksika səfiri xalq
yazıçısı Anarla görüşüb
Oktyabrın 7-də Meksikanın Azərbaycandakı
səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anarla
görüşüb. Səfir Rodriqo Labardini Meksika-Azərbaycan
dostluğundan, iki dost ölkə arasındakı iqtiasdi,
siyasi, mədəni əlaqələrin inkişafından
söz açıb. Səfir Meksika və Azərbaycan
arasında ticarətin əhəmiyyətli dərəcədə
artığını, son dörd il ərzində on dəfəyədək
artım olduğunu, ötən il isə rekord həddə
çatıdığını bildirib. Meksika və Azərbaycan
arasında ədəbi ələaqlərin də inkişaf
etdirilməli olduğunu bildirən Rodriqo Labardini bu sahədə
Azərbaycan Yazıçılar Birliyindən dəstək isədiyini
dilə gətirib. Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar
səfir Rodriqo Labardiniyə ziyarətindən dolayı təşəkkürünü
bildirib. Yazıçılar Birliyinin tarixi, mətbu
orqanları, faliyyəti ilə bağlı qonağı məlumatlandıran
AYB sədri Azərbaycan və Meksika arasındakı dostluq
münasibətinə, iqtiasdi, siyasi, mədəni əlaqələrin
günü-gündən inkişaf etdirilməsinə məmnunluğunu
ifadə edib. Müxtəlif ölkələrlə Azərbaycan
Yazıçılar Birliyinin ədəbi əlqalərindən
söz açan Xalq yazıçısı bu əlaqələrin dost ölkə
Meksikayla da inkişaf etdirilməsinin vacibliyini
vurğulayıb. Səfir görüş və qonaqpərvərlik
üçün Azərbaycan Yazıçılar Birliyinin sədrinə
təşəkkürünü bildirib.
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 9.