Yenə də
əlim boşdur həyatın zərbələrinə
qarşı atmağa daş yoxdur əlimdə...
Tərk edilən ağaclara
Ərköyünləşdirərdilər
bizi
başlarına
çıxararaq
atamız
kimi
əmimiz
kimi
dayımız
kimi
bizə
doğma olan ağaclar
bir
budağından əlimiz üzülsə
başqa
bir budağı tutub saxlardı
yıxılmağa
qoymazdı...
Onları
qucaqlayan torpağı tərk edərsək,
başlarını
bulayıb etiraz edərdilər
son
anda əl sallardılar çarəsizcə
xısın-xısın
dərdlənən yarpaqları
payız
gəlmədən tökülərdilər
barları
az olardı biz gedəndən sonra.
Uşaqlığımın
doğma ağacları,
illər
oldu sizləri görməyəli
sizdən
sonra heç bir ağac doğma olmadı
tanışım
belə olmadılar
özümü
assam budaqlarından
yarpaq
belə bulamazlar
titrəməz
budaqları.
Sizlərə
arxayın olduğum kimi
arxayın
olmadım başqa ağaclara
dırmaşmadım
boyunlarına
sallaşmadım
budaqlarından
yelləncəklərinə
belə minmədim
gizlənqaç
oyunlarında sizlər kimi
gizləmədilər
məni
kölgələrini
belə minnətsiz
qəbul
etmədim
babamın
əlləriylə əkdiyi
nənəmin
su verib yekəltdiyi
atamın
diblərini belləyib bərkitdiyi
a
doğma ağaclar,
çiçəklərinizin
qoxusu
ciyərlərimdən çəkilmədi
bilirsinizmi?
Küçəmizdə
qəhrəmancasına
həlak olan ağaca
Küləyə
qarşı ağaclar döyüşür ən çox
yer
üzündə
cəngavərcə
qəhrəmanca
daha
çox ağaclar sovrulur küləklərlə
qurbanlar
verirlər hər tufan sonrası
ya
canlarını
ya
budaqlarını
körpə
fidanlarını
heç
olmasa quruca yarpaqlarını
ətirlərini
bir mehə
bənddirlər
dağıtsınlar.
Bir də
əsla geri çəkilmirlər
bir
ordu olsalar da
tək-tənha
dursalar da
sonsuz
çöllərdə
diz
üstə çökməzlər
küləklər
önündə
yıxılarlar
ana torpağın qucağına
külək
yıxdığı ağacların baş ucunda
oturub
ağlar
yırtıcı
da olsa
onun
da qəlbi var.
İngilisdilli
Ucqar
bir kənddə
ingilis
dili müəllimiydi
yad
dili öyrətdiyi uşaqlar
qatar-qatar
uçub getdilər
bir
kimsə qalmadı
sevdiyi
dildə kəlmə kəsməyə...
Bir
ömür keçdi
ömrünün
köhnə gəmisi
heç
bir yad sahilə yan almadı
bapbalaca
bir kafeyə gedib
bir
fincan qəhvə belə
ismarlamadı
həvəslə
ömrünü
öyrənməyə həsr elədiyi dildə...
Halbuki
dünyanı
gəzmək, görmək arzusu vardı
uzaq
gənclik illərində
ingilis
dilinə sevgisi də ondandı...
Hərdən
öz-özünə danışdı
ağaclarla
danışdı
quşlarla
danışdı
amma
kəndinin
nə
ağacları
nə
quşları
sevimli
dili bilmirdilər
susub
cavab vermirdilər...
***
Doğrudanmı,
evlərimizin
qəlbi
bu
buz kimi soyuduculardı?
onlardan
asılıdı
evlərimizin
hüzuru
sevinci
sevgisi?!
***
Evindən
uzaqda
azdırılmış
pişik kimi
bir tək
quyruğumla dərdləşirəm artıq.
***
Vatsapda
rəfiqəsinə
dərdini
anladır dərdli qadın
gözüyaşlı
baş şəkilləriylə
bəzəyə-bəzəyə
dərdlərini
durğu
işarələrinə
nöqtəyə,
vergülə
bütün
dil qaydalarına dəqiqliklə
yerli-yerində
əməl eləyən rəfiqəsisə
onun
fonetik, qrammatik səhvlərini
hər
şeydən əvvəl görür.
Qorxuram
Uşaqlıq
illərində itdən qorxuma bənzəyir
həyatdan
qorxum
harda
ağzı yava bir itlə üzləşsəm,
yerə
çömbələrdim
yalandan
özümü elə göstərərdim
daş
götürürəm
itə
tərəf sıxmağa
hər
dəfə boş olurdu əlim
daş
olsa belə,
götürməyə
cürət etməzdim...
Bu
hiyləni nənəm öyrətmişdi
daha
qorxum yox küçə itlərindən
əksinə
it hürən tərəfə
gedirəm
qaranlıqlarda
uşaqlığımdakı
kimi
yalançı
işıqlara aldanmıram.
daha
həyatdan qorxuram
uşaqlıq
illərinin itləri qədər
qorxuncdur həyat.
Yenə
də əlim boşdur
həyatın
zərbələrinə qarşı
atmağa
daş yoxdur əlimdə
üstəlik
itlərdən amansızdı həyat
onlar
qədər saf və səmimi deyil...
oysa
necə inanardı zavallı itlər
əlimin
boş olmadığına
onları
daşa basacağıma
Nənə,
əziz nənəm,
sən
artıq yoxsan ki
soruşam
mən
bəs
həyatın qıcanmış dişləri
qarşısında
necə
duruş gətirə bilər adam?!
Kağızdan
təyyarələr
düzəldib
uçurmaqları
gəmilər
düzəldib üzdürmələri
uzaqlar
arzusundandı uşaqların
yuvadan
uçmaq
arzusundandı...
Zaman
olacaq
geri
qayıdacaqlar,
xəyallarda
yuxularda
onda
nə gerçək uçaqlarla
nə
də ən nəhəng gəmilərlə
qayıda
bilməyəcəklər
tərk
edib getdikləri uşaqlığa...
Sevinc Elsevər
Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 10.