Adil
Cəmil – 65 və yaxud “Qan-qırmızı laləsinin,
közərtisi qış qaytaran” poeziya
Bu il
Adil Cəmilin yubiley ilidir, şairin 65 yaşı tamam olur. Kimə
dedimsə, inanmadı: bu gənc görünüşlü,
ahıl baxışlı adamın yüz yaşı var
söylədilər. Soruşdum niyə?
Bığı-saqqalı ağarmış müəllimlər
dedi: “Necə niyə, mən qırx ildir Azərbaycan ədəbiyyatından
danışıram və bu qırx ildə Adil Cəmil
şeirləri dərslərimin söz yeridi”.
Baxışlarına kölgə düşmüş, örpəyinə
ağ tellər sığal çəkən analar dedi: “Üən
nişanlı olanda onun sevgi şeirlərini oxuyurdum”… Bax, budur
yaradıcılığın ağışığı: ətrafı
elə nurlandırır ki, cisim zamana, məkana
qarışaraq “kölgədə” qalır.
…Adil
Cəmil yetmişinci illərdən bu günə kimi Azərbaycan
ədəbiyyatının görünənlərindən
olub, iyirmi ilə yaxındır ən qabaqcıl mətbu
orqanda – “Ədəbiyyat qəzeti”ndəçalışır,
universitetlərdə dərs deyir, ədəbiyyatşünasdır,
tərcüməçidir, filologiya üzrə fəlsəfə
doktorudur, Azərbaycan Yazıçılar və Jurnalistlər
birliyinin üzvüdür, Beynəlxalq Aytmatov
Akademiyasının fəxri akademiki, TURKSOY-un Totkoqul
Satılqanov, “Qızıl qələm”, “H.B.Zərdabı”,
“Araz”, “Qılınc və qələm”, “Qızıl kəlmə”
mükafatçısıdır,
21 kitab müəllifidir (onlardan ikisi tərcümədir),
haqqında kitablar yazılıb vəən əsası, Azərbaycan ədəbiyyatını
dünyada təmsil edir. Adil Cəmil
yaradıcılığı Adil Cəmil şəxsiyyəti
ilə o qədər bütövləşib,
qarışıb ki, ortada bir nurlu həqiqət qalıb –
şair Adil Cəmil!
Bu
günlərdəşairin ikicildli “Seçilmişəsərlər”indən
ibarət kitablarını (“Elm və Təhsil nəşriyyatı”
Bakı-2014) oxumaqla məşğulam.Ümumiyyətlə,
Adil Cəmil oxuduğum, öyrəndiyim, öyrəndiklərimi
öyrətmək istədiyim nümunə yazarlardandır. Bu
iki cildli topluda şairin doxsanıncı illərə qədər
və doxsanıncı illərdən sonra yazdığı
şeirləri toplanmışdır (il
bölgüsünü təsadüfdən önə çəkmədium).
Kitabın önsözündə AMEA-nın müxbir
üzvü, akademik Nizami Cəfərov yazır: “Ümumiyyətlə,
90-cı illərdə məhz dövrün, zamanın
hökmü ilə Adil Cəmil şairliyini müəyyən
mənada ikinci plana keçirmişdi. Və bu yalnız onun
yaradıcılığı üçün yox,
bütövlükdə ədəbi proses üçün səciyyəvi
idi”. Və yaradıcılığı ikinci plana keçirən
Adil Cəmil, doxsanlar sonrası əsərlərində tamamilə
başqa bir Adil Cəmil oldu, sevgi dolu, həyata bağlı,
çılğın, rəngli, işıqlı şeirlər
dəyişərək yurd-yuva həsrətinə
büründü. “Balaca evimiz bahara sarı, kiçik pəncərəmiz
üzü günəşə” deyən şair, “and içək
ki, kimsə pozmaz bu andı, Kəlbəcəri unutmayaq,
amandı!” yazdı, “bağçamız beləcə
çiçəkləməzdi, ağaclar günəşi
saxlayıb burda”, sevinciylə qanadlanan şairin
“çıxıb Kəlbəcərdən, Laçından bəri,
sənə yol gəlirəm haçandan bəri. Röyalar
içində çox ovunmuşam, Şuşam, ay
Şuşam!” harayında qanadları sındı,
“asılıb Günəşin şəfəqlərindən,
özünü səmaya sərib durnalar”, deyə durnalara nəğmə
qoşan şair, “bu gecə yuxuma Kəlbəcər girib, bu
gecə gördüyüm yuxu üşüyür. Qərib məzarlara
qar yağır indi, nənəmin-babamın ruhu
üşüyür”, deyə oxucuları da
üşütdü, “gözləmə zalının
sükütü sarı, yuxu kirpikləri sancaqlayıblar” deyə
şeir yolçularını poetik düşüncənin
zirəsinə qaldıran şair “getdi əlimizdən, Kəlbəcər
getdi...”, misralarıyla
qaçqınlara qoşuldu, “köçdün ər evinə
ata evindən, amma ürəyimdən köçə bilmədin”
yazaraq, sevgilisinin yad ocağa gəlin getməsini dərd edən
şair “kafirlərin tapdağında inildəyən
torpağım hey” ağrısıyla tapdaq altında qalan
torpağın köçkünlərindən söz
saldı, “o qızgilin evlərinə boylanmaqdan
uzanmışam…” kimi metaforalarla poeziyanı rəngləndirən,
sevgi-sevgi boy atan şair “çəmən gördüm, borc
istədim, qala gördüm, bürc istədim, bu
torpağı qorumağa, bu torpaqdqan güc istədim”
harayını çəkdi, illərin o tayındakı
sevgilisinə “ömrün o başından boylanan , gözəl,
on altı yaşımdan boylanan, gözəl” deyərək, gəncliyini
mübaliğəylə öyən şairin, “yurd yeri dərd
yeri”nə çevrildi, “özləri budaqda qalan
quşların, nəğməsi çay boyu üzüb
gedirdi”, deyə, quşların nəğmələrinə
qoşularaq bəmbəyaz sulara şeir qoşan şair “gedər
gənclik, gəlməz daha, baxt üzünə gülməz
daha. Bir qəribə son nəfəsdə,Vətən versən,
ölməz daha”, deyərək,
son nəfəsə – Vətən dadan son nəfəsə
tapındı,özünü misralarından asdı, “Xuda
kömək olsun Xudafərinə, nə vaxtsa üstündən
keçən tapılar” misralarındakı Araz qurudu,
“Qaradağ, Qarabağ – qədim mahalım, al sınıq
könlümü, qoyma yuxalım”, – deyə Qarabağa dərdini
açan şairin dərdi böyüyüb Qarabağ boyda
oldu, “şuşalandı”. Və şuşalanan dərd
içində “şırımlandı”, Adil Cəmil
yaradıclığının sevinc işığı
öləziyərək, ağrılarla yükləndi…
Yaz gələndə
pöhrələnir nisgilim,
Dağın-düzün
dərdi yatır içimdə.
Mən
Doğudan Batıyacan yolçuyam,
Ay
da, Gün də doğur, batır içimdə.
Hanı
mənim o zamanım, o çağım,
Ayrılığa
açılıbdır qucağım.
Yurd
yerində söndürülmüş ocağım
Gecə-gündüz
ocaq çatır içimdə.
…Atam
getdi bu dərdlərin əlindən,
O Kəlbəcər
heç düşmədi dilindən.
Toxum
tutub bu yanğının külündən
Köhnə
dərdim budaq atır içimdə.
Üzmü
qoydum dağlar baxsın üzümə,
Edam
hökmü oxuyuram özümə.
Zaman-zaman
bu dözülməz dözümə
Unutqanlıq
məni satır içimdə.
Haşiyə:
Ümumiyyətlə, dünya ədəbiyyatına nəzər
saldıqda görürük ki, siyasi dönəm yaşayan
bütün xalqların ədəbiyyatında fərqli bir
bucaq var. Bu bucağı tədqiq etmək, yazmaq geniş bir
araşdırma tələb edir.
***
Qeyd
etdiyimiz kimi, Adil Cəmil Sovetlər dönəmindən gələn
şairdir. Onun yaradıcılığı siyasi, iqtisadi, həm
də mənəvi farmasiyanın erroziyasından keçərək,
tamam başqa bir mühitə transformasiya olunsa da, qələmi
təsadüfən, şeir xatirinə, qafiyə xatirinə
dilə gəlmədi.
Adil
Cəmilin bütün əsərlərində bir altyapı
yatır. Bu isə Sovet dönəmi söz adamlarının
sözünüqoruma-özünüqoruma
şüuraltısıdır bəlkə. Onlar sözündən
asıldıqca sözlərini gizlətməyə, pərdələməyə
məcbur olublar və bu gizlənən sözlər “damarda
qalmayıb”, sətirlərdən sızmağa
başlayıb. Məsələn, hələ səksəninci
illərdə “fil dişindən
saraylar var, saray yıxan alaylar var”, deyə “öyürdü”
Kremli. İlk olaraq terminologiyaya, şuurlara öz təsirini
göstərən Sovet hakimiyyəti qılıncı
altında yazılan “Sualtı meşə” şeirinə diqqət
edək:
Taleyə
bax, dünyaya bax,
Su
içində quruyursuz.
Burada
su altında qalan Mingəçevir meşələrindən
söhbət açılır, lakin şeiri bütöv
oxuyanda görürük ki, SSRİ-nin ayrı-ayrı ölkələri öz “kölgəsinə”
yığmaq siyasətinin qurbanıdır “su içində
quruyan” xalqlar:
Meşəyə
bax, ağaca bax,
Kölgəsinə
girən olmaz.
Yaxud:
Puçur-puçur
ağlayırsız,
Yarpaq-yarpaq
tökülürsüz (sovet xalqlari),
-
deyir, şair.
“Gözəlim,
Göyçəyim Xəzər” (1983) şeirinə nəzər
yetirək: Xəzərin vəsfidi ilk baxışda bu
şeir, lakin ayrı-ayrı misralara bir daha diqqət edəndə,
yenə də sovet məngənəsində əzilən
xalqları - xalqların
“sözünü” görürük:
Üzə bilməz Narginəcən,
Dözə
bilməz dar günəcən,
Çevrilib
qağayı olar…
Burada
37 qurbanlarına – Müşfiqimə ağı deyir şair –
Qağayıya dönüb, Xəzərimdən Bakıya
boylanan Müşfiqimə…
“Daş
haqqında düşüncələr” şeirində şair
bizə adi görünən daşda elə fəlsəfi
çözümə varıb ki, oxuduqca heyrətlənməmək
olmur:
Bəzən “daşa dəyir”
başım,
Bəzən
çörək “daşdan çıxır”
Belə
vaxtlar insan ağlı
Havalanıb
başdan çıxırr.
“Kəlbəcərim”
gərayılısının (şeir 1962-ci ildə
yazılıb, ağ günlü idi onda Kəlbəcər)
bircə misrasındakı bədi təyin – epitet sözə
söykənən adamlarda həqiqi mənada heyrət
yaradır. Şair Kəlbəcərdə bitən laləni
belə vəsf edir:
Qan-qırmızı laləsinin,
Közərtisi
qış qaytaran.
Bu epitetdə lalənin sinəsindəki
dağın – közərtinin (yanğının) odunu-alovunu
görən qış yolundan dönür (bu odda-alovda
qızınan yay qışı yaxınına buraxmaz
axı…). Bu misralardan gözəl, ahəngdar poetika, obrazlı
söz, nəzmin incəliklərinə varmaq olardımı?!
Və düşünürsən, Adil Cəmilin Azərbaycan ədəbiyyatı
tarixində qalması üçün təkcə bu misra bəs
edər!
Və
bu qəbildən olan bir neçə örnək daha gətirim:
Gərək küçələri
qurutmaq üçün,
Səhəri
günəşin telindən asaq.
Yaxud:
Bu dəli
harayda bişməsin deyə,
Balıqlar
dənizə bürünüb gəlir.
Və
yaxud:
…Balıqlar
qocanın torundan qabaq,
Bir dəli
nəğmənin toruna düşər.
Adil Cəmil
yaradıcılığında lakonikliyi ilə bitkin fikri ifadə
edən bayatılar da yer alıb və bu bayatılarda da
(bütün yaradıcılığında olduğu kimi),
yalnız Adil Cəmil nəfəsi var:
Mən
neynəyim təzə dərdi,
Köhnə
dərdim təzətərdi…
Qəm
yükünü çəkməsəydi,
Ömür
yaman tez ötərdi.
Cinaslı
bayatıları da bu sıradandır:
Dolusu,
Baxdım
gözüm dolusu.
Saçıma
qar yerinə
Yağdı
dərdin dolusu.
***
Təxminən
on il əvvəl olardı, Adil Cəmilldən “Ədalət”
qəzeti üçün müsahibə
götürmüşdüm. Müsahibəçox maraqla
qarşılandı. Səmimiyyəti, bədiiliyi, lakonikliyi
ilə seçilən müsahibimin cavabları zamansız
oldu, bu günə qədər aktuallığını
qorudu. Söhbətimizdə “O şeydə
ki, əxlaq pərdəsi yoxdu, o ədəbiyyat deyil.
postmodernistəm deyib, çılpaq yazarlar artıq
postmodernist yox, parnoqrafistdir Postmodernizm əslində bizim hər
zaman axtarışında olduğumuz bir yenilik stilidir. Bunu kimsəçılpaq
şəkildə ifadə edirsə, bu, o demək deyil ki,
postmodernizm əxlaqsızlıqdı”, demişdir şair.
Bundan sonra şairin yaradıcılığını bir daha
incələdim, həqiqətən də, Adil Cəmil
yaradıcılığının bədii pərdə vəəxlaqla
örtülü olduğunun şahidi oldum:
***
2003
cü il oktyabr məlumatına görə dünyanın ən
məşhur üç yazıçısından biri
argentinalı Paolo Koelyo olub. Onun kitabları 59 dilə tərcümə
edilib, 150 ölkədə nəşr olunur, 27 milyon nüsxəsi
satılıb. Koelyonun ən məhşur kitablarından biri də
“Kimyagər”dir. Bu, məşhur əsər adi bir
çobanın arzularının arxasınca düşərək,
alın yazısını tapmağından bəhs edir. Müəllif
burada demək istəyir ki, hətta çoban belə istəsə
dünyanın ən varlı, ən məşhur adamı ola
bilər, əsas o ki, alın yazısının arxasıyca
getməyi bacarasan. Adil Cəmil isə Koelyonun təxminən
150 səhifəlik kitabda yazdığını kiçik bir
şeirində verib:
İstəsə
qəzəblənər,
İstəsə
həlim olar.
İstəsəşəhərə
gəlib,
Alim
olar.
Çobanın
nəyi çatmır.
Mən
bu oxşarlıqları görən zaman hər iki əsərin
yazılma tarıxıni müqayisə etdim vəşahidi
oldum ki, Adil Cəmilin şeiri “Kimyagər”dən hardasa 30
yaş böyükdür. Və burada düşünürəm,
Azərbaycan ədəbiyyatının nəyi çatmır
Koelyo olmaq üçün?!..
Ədəbiyyata
qaynar, çılğın, səmimiyyətlə gələn
Adil Cəmilin “Seçilmişəsərlərində” sevgi şeirləri “Bir dəli
sevgidən göyərib dünya”
sərlövhəsi altında yer alıb. Buradakı
şeirlərin əksəriyyəti doxsanıncı illərdən
əvvəl yazılıb və kitab halında dərc edilib.
Sərlövhə ilə eyni adda kitabındərcindən
sonra şair kitab haqqında belə deyirdi:“O kitab illərdən
bəri müxtəlif vaxtlarda yazılan şeirlərdən
ibarətdir. Birdən-birə o qədər sevgi şeirlərinəürək
dözməz”. Həqiqətən də, bu sevgi şeirləri
o qədər səmimi, içdən yazılıb ki,
onları birnəfəsə oxumağa ürək
dözmür…
Könlüm açılmayıb,
üzüm gülməyib,
Mən
sənə könlümü açandan bəri.
O
eşqin sarayı üçmayıb, gülüm,
Xəyallar
keçmişə uçandan bəri.
Üzünə
çıxmışdı sevginin rəngi,
Sükutla
deyərdin sözünü sən ki…
Bir
ömür boyunca nə biləsən ki,
Bu
cana nə gəldi, o cannan bəri.
Vaxt
keçib, varımla yoxum dəyişib,
Elə
düşünmə ki, ruhum dəyişib.
And
olsun Allaha, yuxum dəyişib,
Sən
mənim yuxumnan qaçannan bəri.
Adiləm,
heyim yox, çoşub-daşmağa,
Razıyam,
mənimlə gəl “dalaşmağa”,
Səni
gözləyirəm vidalaşmağa,
Gözlərim
yol çəkir haçannan bəri.
***
“Şeir
haqqında şeir” qoşması da qrammatik quruluşu,
fonetikası, ahəngi ilə şifahi ədəbiyyatdan
qaynaqlanan, yazılı ədəbiyyatın heca vəznində
qələmə alınmış bitkin bir əsərdir (Adil
Cəmilin təcnisləri də bu qəbildəndir. “Hanı
o günlər ki, gün-günə düzə, Adili o günə
al, çala bir də”). Lakin burada mənim diqqətimi ən
çox cəlb edən nüans, sözü Tanrı dərgahına
qaldıran nizamilərin, füzulilərin özlərinin (Adil
Cəmil dünyasında) ən uca zirvə olmasıdır:
Mən
səni həmişə uca görmüşəm,
Nizami,
Füzuli zirvəsi boyda!
İstərsə
bundan sonra bütün eyfellər “ölsün” (“Gel seninle bir
yürek çizelim, öyle bir yürük ki, sevgiyle,
arkadaşlıkla, mutlulukla dolsun. İsterse ondan sonra
bütün şairlər ölsün…” Cahit Külebi)! Və
burada insanın özünü özünə qaytaran, sabaha
ümid dolu, İlahi vergisi, özünüdərkin ən ali
mərtəbəsi İrfana yol başlayır… Və Adil Cəmilin
“Yıxılmışam öz içimdən” şeirini
müasir dövrun ən gözəl irfan şeiri
adlandırmaq olar:
Bu
qiyafə, bu biçimnən,
Boylanıram
söz içinnən.
Yıxılmışam
öz içimnən,
Tale
təzdən qurur məni.
***
“Qış
gecəsinin trilogiyası” bədii tutumu və mövzuya
yanaşma tərzi ilə (misal: gülə-gülə əridi
qar, selə dönüb yeridi qar) seçilsə də,
şeirə baxış bucağından çox
maraqlıdır. Əslində nəsr üçün qəlibləndirilmiş
trilogiya poeziyalaşıb burada. Bildiyimiz kimi, Höte, Heyne və
başqaları poeziyanın trilogiyasına maraq göstərsələr
də, bu üslubun nəsrdə, filmdə, səhnədə
daha rahat yaşayacağını qəbul etdilər.
Bir-birinin qovşağına bərk bağlanan, lakin ayrı
zaman, məkan və mətləblər üzərində cərəyan
edən, geniş məzmun tələbatlı bu üslub Azərbaycan
poeziyasında da yer alıb. Buna misal olaraq Famil Mehdinin
“Yeri-göyü çiynində saxlayan adam”
poema-trilogiyasının (1975) adını çəkmək
olar. Lakin Adil Cəmil öz trilogiyasını daha kiçik qəlibə
salaraq, daha böyük mətləbə nail olub. Bu isə
poeziyada yenilik kimi dəyərləndirilməlidir.
Böyük
şairimiz Nəriman Həsənzadəyə həsr
edilmiş “Bioqrafik etüd”də şairin bədii portretini o qədər
dəqiqliklə, bədii çizib ki, hər hərəkətindən,
hər şeirindən, danışığından, səsindən
məsumluq yağan Nəriman Həsənzadəni
görürük:
“Su”
deyib yandı,
Bulaq
başında.
Yetimlik
göynədi
Uşaq
yaddaşında.
“Böyüdükcə”
şeirində (heca vəzninin çox az yazılan, beş
hecalı şeir forması kimi texniki cəhətdən
üstqat nümunəsidir) “o çən kiçildi,
sünbül biçildi, Vətən kiçildi, mən
böyüdükcə” bəndində “Vətən
kiçildi” ifadəsi əvvəl məni təəccübləndirdi.
Böyüklərin böyüyü, ucaların-ucası Vətən
kiçilərmi deyə, şairə asi çıxdım.
Bir daha şeirə diqqətlə yanaşdım və
şairin nə demək istədiyini anladım. Burada Vətənin
(ananın) övladını böyütdükcə
qüruru, sevgisi, sevinci balanın boyuna gennən baxır və
bu baxış bucağı o qədər böyüyür
ki, Vətən (ana) kiçilir sanki…
“Seçilmiş
əsərlərdə” yer alan poemalar da nizamli nəsrin
çox bitkin formalarıdır. Dağlar qoynunda – Kəlbəcərdə
doğulan,işıq şəhəri – Mingıçevirdən
boy götürən şairin yurduna vurğunluğu
qabarır.
“Ayrılıq
səndən oldu” əslində (poemaya mənzum hekayə də
demək olar) bir ailənin – sənətkar ailəsinin
dramından bəhs edir. Poemadan “sənətlə ailəni bir
arada saxlamaq hər oğula qismət deyil”
ismarışını alırıq.
“Şəkilsiz
bilet” lirik şeirləri, baməzə zarafatları ilə
yadda qalan böyük şairimiz Hüseyn Arifin daha bir tərəfini
– müharibə qoynunda əzilən şinelini, şax geyinən
poeziyasını görürük.
“Zirvədə
göl” poemasında Göy-gölümə bənzəyən
(elə doğma gəldi mənə, elə bildim
Göy-göldü o”. Poemadan) qardaş
Qırğızıstanda “İssık-Kul” adlanan gölün
gözəlliyindən söz açılır.
“Qan
borcu”nda 20 Yanvar hadisələri xronoloji
ardıcıllığı və ictimaiyyətə
açıqlanmayan tərəfləri ilə göz
önündədir:
Yandırdılar ölənləri,
Bu
da, təzə fənd idi.
Qaranlıqda
doğma tüstü,
Göy
üzünə bülənd idi.
Başdan-ayağacan göz
yaşlarımla oxuduğum poemanin bu məqamında yerimdən
dik atıldım: o gecə qurbanlarının
yandırıldığından xəbərim yox idi… Əminəm
ki, poema Azərbaycan ədəbiyyatı ilə yanaşı
Azərbaycan tarixinə də fəxarət, rəşadət
günümüz olan 20 Yanvara ən obyektiv və bədii
baxış kimi yazılacaq.
““Kölgəsiz”
şöhrət” kimsəyə bel bağlamadan, kimsədən
asılı olmadan, kölgələrdən qaçıb
işıqda özünü görməyə,
işıqlı yolla addımlamağa çağıran,
örnək dolu əsərdir.
“Dədə
ocağının odqoruyanı” əsərində son illərdə
Vətənimizin başına gətirilən oyunlardan, Kəlbəcər
ağrısından və bu imtahandan üzüağ
çıxan oğullardan (Dədə Şəmşir nəslinin
odqoruyanı Cavid Qurbanovların timsalında) bədii bir dillə
söz açılır.
***
…Bu
il (2019), şairin başına gələnlər şeirlərindən
də yan ötməyəcək. Atanın faciəsi rəng
itirən, qara geyinən bir poeziyanın faciəsinə dönəcək…
O
zamanlar:
Hələ
nə bilirsən dünya necədi,
İndidən
gəl belə ağlama, oğlum.
- deyə, körpə
balasını əzizləyən şair “Yuxuda ölmək”
şeirini yazacaq və bu şeirdə 34 il sonra başına gələnləri
(öz ölümü timsalında) oğul ölümündə
yaşayacaqdı:
…Getmək
istəyirəm öz məzarıma,
Görürəm
tabutum özümdən ağır…
Şair
bilmədən, fərqinə varmadan özündən
ağır bala tabutundan yazırdı:
Mənim
yas yerimə gələn kəsləri,
Mən
özüm qapıda qarşılayıram…
Qapıda qarşılayacaq
özünün (oğlunun) yas yerinə gələn kəsləri…
***
Bu
ömür tarixi, gün olayıdır,
Qarşıdan
qocalıq zirvəsi gəlir.
Övlad
da, nəvə də Tanrı payıdır,
Görəndə
yaşamaq həvəsi gəlir.
Qocalığınız
ucalıq olsun, şair! Tanrı payı övlad-nəvələrinizin
xoş günündə – yeni-yeni ad günlərində
görüşənədək, 65-iniz mübarək!
70349083_2941176422562683_2445125989714362368_n
İradə Aytel
Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 20.