"Günəş nə zaman doğacaq
"Türkiyə tarixini dəyişən
"azərbaycanlı"ların filmi...
"1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə sığınan, daha sonra düşmənə təslim edilərkən sərhəddə şəhid edilən 150 türkün əziz xatirəsinə həsr olunur".
Bu sözlər Türkiyə
istehsalı
olan
"Günəş
nə zaman doğacaq"
adlı
filmin sonluğudur.
Bəli, o sosialist ölkə SSRİ idi. 1945-ci ildə Türkiyəyə
sığınan o 150 nəfərsə
azərbaycanlıydı. Dövlətlərarası münasibətə,
kapitalist və sol blok arasında
yarana biləcək daha böyük ixtilafların qarşısını
almaq üçün
azərbaycanlı mühacirlər
SSRİ-yə təslim
edildi. Halbuki, onların başına
nə gələcəyini
bilirdilər. Amma dövlət
marağı, dərin
siyasət o insanların
həyatından daha önəmli oldu. Burada Stalin diktaturasının Türkiyəyə
böyük basqısını
da nəzərə almaq lazımdır.
Bu film Türkiyə siyasi səhnəsində böyük
dəyişikliklərə, terrorun daha da
artmasına, sonda isə ölkədə hərbi çevrilişə
rəvac verən bir amilə çevrildi.
Zaman-zaman bu olay Türkiyədə
sol və sağ bloklar arasında bir-birini qınamaq və ya təbliğat
maşınına çevrildi. Təsadüfi
deyil ki, Türkiyə prezidenti Ərdoğan bu olaya parlamentdə xüsusi toxundu:
"1945-ci ildə 145 azəri ziyalı Stalin zülmündən qaçır
və Türkiyəyə
sığınır. Azərilər öz qardaşlarının
yurduna gəlib, qardaşları ilə qucaqlaşır. Stalin bu mühacirləri geri istəyir. Hökumət sərhəd polisinə
teleqraf yollayır və həmin azərilərin geri təhvil verilməsi əmrini verir. Sərhəd
polisinin komandiri gözlərinə inanmır.
Azərilər türk əsgərlərinin
ayaqlarına düşür.
"Nə olar,
bizi siz öldürün, amma onlara təslim etməyin" deyirlər.
Azəriləri təslim edirlər.
Sərhəddə türk əsgərlərinin
gözləri önündə
azərilər öldürülürlər.
Komandirin
də hadisədən
sonra intihar etdiyi deyilir. Amma biz Azərbaycana da, Suriyaya da, Qəzzaya
da köksümüzü
irəli verərək
gedə bilərik".
Həmin
azərbaycanlılara həsr
edilən film 1977-ci ildə
çəkilib. Daha çox şovinist və millətçi ruhda olan kino
Türkiyə solçuları
arasında böyük
narazılıqla qarşılandı
və toqquşmalara rəvac verdi.
Hər nə qədər azərbaycanlılara
həsr olunsa da, film SSRİ tərkibində
olan digər türk xalqlarından Krım türklərinin həyatından, mücadiləsindən
bəhs edir. Filmin Türkiyə
siyasətində yer almasına əsas səbəbsə Maraş
qətliamıdır. Zatən film kinoteatrda izlənilərkən
terror aktı törədilmişdi.
Film sosialist bir ölkədə təzyiqlərə
dözməyərək iki
türkün həyatını
verir. Bunlardan biri Alp Giray
Türkiyəyə qaçmaq
üçün illərlə
öz kimliyini gizlətmiş və dövlət vəzifəsində
yüksək mövqeyə
sahib olmuşdu. Yavuzla birgə
Türkiyəyə qaçmalarına
baxmayaraq, sovet kəşfiyyatı onların
izini buraxmır.
Film azan səsiylə başlayır. Görüntüdə isə dini qadağalar və qapısı kilidlənmiş,
hasarlanmış məscid.
Yavuz kilidi qırır, minbərə çıxır
və azan oxuyur.
Əslində isə Yavuz
azan oxumur, bu, simvolik olaraq möcüzə kimi verilmişdir. Gizli azadlıq
mücadiləsi aparan
Alp Giray Nuriyev KQB-də polkovnik rütbəsinə kimi yüksəlmişdi. Buna baxmayaraq, o, əsl kimliyini gizlətməyi bacarmışdı.
Azana görə
həbs olunan Yavuz böyük işgəncələr görür,
dəli damğası
ilə KQB-nin otaqlarında əzab çəkir. Lakin Anqolaya xidmət
üçün göndərilən
KQB polkovniki Alp Girayın
sayəsində qaçaraq
Türkiyəyə sığınırlar.
Onların Türkiyə sərhədlərinə
çatması "Çırpınırdın
Qara dəniz, baxıb türkün bayrağına" mahnısı
ilə süstləndirilib.
Onlar azad olan Türkiyənin xəyallarındakı kimi
cənnət olduğunu
görmürlər. Bir növ
yanıldıqlarının fərqinə varırlar.
Əxlaqi keyfiyyətlət məhv olmuş, qardaş-qardaşı vəzifə,
pul üçün öldürür, cinayətlər
törədir. Qəzetlər SSRİ kimi ölkələri vəd edilmiş cənnət kimi təqdim edir. Bununla belə, porno mətbuatlar,
aclıq, içki, işsizlik, haqsıqlıq
bir-birini qarışıq
formada əvəz edirdi. Türkiyə kəşfiyyatı tərəfindən agent olub-olmadıqları
yoxlanılarkən, bir
tərəfdən də
SSRİ onların geri
verilməsini tələb
edir. SSRİ-də anasını qorumaqçün iki sovet əsgərini öldürən Yavuzun geri verilməsi qərara alınır.
Bir-birindən ayrılmaq istəməyən
Nuriyev və Yavuz bu dəfə
türk polisindən qaçmağa məcbur olur.
Bu qaçaqaçda onlar
qəssab Mehmet və qızı Cəmilə ilə qarşılaşırlar. Solçu və
SSRİ tərəfdarı olan Cəmilə Yavuzun sayəsində
SSRİ-nin heç də cənnət olmadığını, türklərin
əsir və yurdlarının müstəmləkə
olduğunu anlayır.
Zaman keçdikcə Cəmilə
Yavuzun sayəsində
millətçiyə çevrilir
və dünyanın hər yerində yaşayan türklərin azadlığını hayqıran
birinə çevrilir.
Alp Giray Türkiyədəki
KQB agentləri tərəfindən
öldürülür. Yavuz isə tutularaq sərhəddə sovet əsgərlərinə təslim
edilir. O isə elə körpü üzərində rus əsgərləri tərəfindən
güllələnir.
"Yeşilçam" 1970-lərin
ikinci yarısında erotik filmləri çəkməyə daha
çox meyilli olduğundan tam əksinə
bu cür filmin ortaya çıxması
ayrı bir detal nümunəsidir. Filmin ingilis
alt yazısı ilə
ayrıca verilməsi də onun daha
çox xarici bazar üçün hesablandığını deməyə
əsas verir.
Bu filmdə Türkiyənin
məşhur, film tarixində
imzasını həkk
etdirmiş aktyorlar oynayıb. Aydemir Akbaş, Oya Aydoğan və Cüneyt Arkın adlarını çəkmək
bunlara bariz sübutdur.
Filmdə Allahsızlığı yaymaq
bürosu başqanıyla
uşaqların görüşməsi,
onların beyninin yuyulması da xüsusi qeyd edilənlər arasındadır. Kommunist rəhbərliyin
dəbdəbəli həyatı,
zöqvlü içkilər,
əyləncəli həyatına
nisbətən işçi
sinfinin aclıq çəkdiyi film boyu göstərilir.
Bu film
1978-ci ilin dekabrında
Türkiyə tarixinin
ən böyük qətliamlarından biri olan Maraş qətliamının əsas
səbəbi kimi göstərilməkdədir. Film göstərildiyi kinoteatrlarda
və ya onun ətrafında tez-tez terror aktları baş verirdi. Maraşdakı ilk izlənim zamanı
filmin ortasında bomba partladılır.
Filmin göstərildiyi yerlər MHP-nin mitinq və ya təbliğatına çevrilirdi. "Günəş
nə zaman doğacaq" filminin ortaya çıxmasından
sonra sağ və sol blok
arasında dərinləşmə
daha da artdı
və bir millət fanatikcə bir-birini düşmən görməyə başladı.
Terror aktını isə qızılbaş ələvilərin törətdiyi
xəbəri tezliklə
ölkədə yayılır.
Daha sonra bunu digər
sol düşüncəli insanların
etdiyi də bildirilir. Eyni zamanda Sovet kəşfiyyatının barmağı
olduğunu hər kəs bildirməyə başlayır. Amma daha
maraqlısı isə
2006-cı ildə Bülənt
Ecevitin arxivindən çıxan sənədlərə
əsasən, bu qətliamları, əslində,
Milli Kəşfiyyat İdarəsinin əməkdaşları
tərəfindən törədilməsiydi.
Bir il davam
edən Maraş toqquşmaları zamanı
111 nəfər ölür,
1000-dən artıq insan
yaralanır. Bu hadisədən sonra 13 vilayətdə fövqəladə
vəziyyət elan edilir, 835 nəfərsə
ittiham olunaraq məhkəmə önünə
çıxarılır.
İki il sonrasa
ölkədə hərbi
çevriliş baş
verdi...
Bu hadisələr zamanı
bombadan istifadə etdiyi sübut olunan Ökkeş Şendillerin məhkəmədə
edamı istənilir. Qəribədir ki, o, möcüzəvi formada azad edilir
və 1991-ci ildə millət vəkili kimi Türkiyə parlamentinə daxil olur.
Filmin rejissoru
Mehmet Kılıç,
ssenari müəllifi isə Tufan Günerdi.
"Günəş nə zaman doğacaq" soruşan filmdən 14 il sonra
Azərbaycana günəş
doğdu. Krımdasa günəş hər
zaman buludların arxasında gizləndi.
Emin PİRİ
Ədəbiyyat qəzeti.-
2019.- 12 oktyabr. S. 31.