Robert Börns Azərbaycan

 

XVIII əsrdə yaşamış görkəmli şotland şairi Robert Börns ilə Azərbaycanı sıx əlaqələr bağlayır. Vaxtilə onun yazdığı şeirləri Məmməd Rahim, Ənvər Əlibəyli, Teymur Əliyev, Sabir Mustafa başqaları dilimizə tərcümə etmişlər.

Şairin 200 illik yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur. Xalq şairi Bəxtiyar Vahabzadə Şotlandiyada olarkən Robert Börnsün doğulduğu evə baş çəkmiş, oradan ilhamlanaraq "Kiçik pəncərə" adlı şeirini yazmışdır.

Öz xalqına, onun folkloruna, milli ənənələrinə vurğun Robert Börnsün sözləri bu gün nəğməyə çevrilib dünyanı gəzir. Azərbaycanda onun ən məşhur təbliğatçılarından tərcüməçilərindən biri professor Şahin Xəlillidir.

Alim həmkarı Səadət Əliyeva ilə birlikdə Börnsün anadan olmasının 250 illiyi münasibətilə Azərbaycan dilinə tərcümə edilən şeirlərini, onun haqqında olan məqalələri toplayaraq dərs vəsaiti kimi kitab halına gətirmişdir. Kitabın elmi redaktoru prof. Qəzənfər Paşayev, redaktoru Fialə Abdullayevadır.

"Robert Börns: şeir, nəğmə körpüsü sözlə hörülmüş dünya" adlı kitaba Qlazqo Universitetinin professoru Naycel Lisk ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik.

 

Atababa İsmayıloğlu

Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 13.