Ön söz
Professor Şahin Xəlilli ilə Səadət Əliyevanın çox gözəl təəssürat
yaradan "Robert Börns:
şeir, nəğmə
körpüsü və
sözlə hörülmüş
dünya" adlı kitabına qısa ön söz yazmaq təklifini özümə böyük
şərəf bilirəm.
25 yanvar 2019-cu ildə Şotlandiyanın
milli şairinin doğum günündə
və bütün dünyanın adamlarının
bir yerə toplaşıb Robert Börnsün
həyat və yaradıcılığını qeyd etdiyi bir
vaxtda bu sözləri yazmaq mənim üçün xüsusilə əlamətdardır.
Bir vaxtlar şairin özünün təbliğ
etdiyi əsl beynəlmiləlçilik ruhunda.
İndi müəlliflərin Azərbaycan
oxucusu üçün
hazırlayıb təqdim
etdiyi kitabı bu sahədə qiymətli xidmət təsiri bağışlayır.
Şair yazırdı
ki:
Elə gözəl gün gələcək,
Xoş arzuyla güləcəkdir.
Bu dünyada ağıl, şərəf
Onda qalib gələcəkdir.
Və sairə və ilaxır,
Mən görürəm o baharı
O vaxt qardaş olacaqdır
Yer üzünün
insanları.
Kitab şotland
bardının həyatının
və poeziyasının
ayrı-ayrı aspektlərinə,
eləcə də onun həm şotland
ədəbi ənənələrinə,
həm də dünyanın digər ölkələrindəki şair
və yazıçılara
təsiri məsələsinə
həsr olunmuş çoxsaylı elmi esselər məcmusudur. Kitaba tərcümələr
və Börnsün təsiri ilə yazılmış yaradıcılıq
nümunələri də
daxil edilmişdir.
Əlbəttə, bu, poeziyanın
ümumbəşəri özəyini
təşkil edən müxtəlif mədəni
və ədəbi istiqamətlərinin daha əhatəli şəkildə
dərkinə nail olmaqda
azərbaycanlı tələbələr
üçün dəyərli
mənbəyə çevriləcəkdir.
Kitab, heç şübhəsiz
ki, tələbələrə
şairin beynəlxalq
şöhrətinin daha
yaxşı dərk olunmasında kömək edəcəkdir.
Tam səmimiyyətlə ümid edirəm ki, kitabın sərlövhəsinin özünün
açıq-aydın şəkildə
bəyan etdiyi kimi - o, özünəməxsus
unikal incəsənətin,
poeziyanın və milli mədəniyyətin
sahibi olan Azərbaycanla Börnsün
əsərlərində vəsf
olunan Şotlandiya arasında xüsusi körpü rolunu oynayacaqdır. Ölkələrimiz arasında çoxsaylı
əlaqələr mövcuddur
və bunlar ölkələrimizin dağlarının,
çay və göllərinin gözəlliyi
ilə seçilməsi,
habelə bardımızı
şeir və nəğmələrini yazmağa
ruhlandıran xalqlarımızın
istiqlal ruhudur.
Börns barədə araşdırmalar
aparmağa və məqalələr yazmağa
çox illər sərf etmişəm. Bu yaxınlarda isə "Ümumi dəftərlər,
səyahətlər haqqında
jurnallar və qarışıq nəsr"
adı ilə Robert Börnsün seçmə
əsərlərinin yeni
Oksford nəşrinin birinci cildini (2014) çap etdirmişəm.
Bu çoxcildli yeni nəşrin tamamlanması ilə Börnsün əsərləri,
onun həyatı və ədəbi dairələr haqqında fikir, düşüncələrimizə
yeni istiqamət açılacaqdır. Mənim üçün
bu da böyük
şərəf işidir
ki, adını qeyd etdiyim araşdırmanı
sözün əsl mənasında Börnsşünaslığın
dünyada mərkəzi
sayılan Qlazqo Universitetinin nəzdində
fəaliyyət göstərən
Robert Börns Tədqiqatlar
Mərkəzinin bir sıra elmi əməkdaşları ilə
birgə aparmışam.
Çox
şadam ki, Azərbaycan oxucuları
2010-cu ildə nəşr
olunmuş "Robert Börns
və pastoral" adlı
monoqrafiyamı yüksək
qiymətləndiriblər. Ümid edirəm ki, beynəlxalq və akademik tədqiqat mübadilələri qeyri-mükəmməl
və narahat dünyamıza xeyirxah təsirini göstərəcəkdir.
BMT-nin Baş katibi Kofi Annanın
2004-cü ildə Robert Börnsün
xatirə mühazirəsində
vurğuladığı kimi:
"Gəlin biz də
Pobert Börns kimi bütün bəşəriyyəti öz
ağuşuna alıb
əhatəsinə çəkən
əsl bacı-qardaşlığın
xülyalarına dalaq,
bu, insanların ayrılmaz hissəsi olan hüquqlarından, şərəf və azadlığından yararlanmağa
imkan yaradır". Mən isə kitabı ərsəyə gətirənlərin
hər birini təbrik edirəm. Ümid edirəm ki, bu nəşr həm oxucular, həm də Robert Börns poeziyasının
beynəlxalq dərki üçün faydalı
olacaqdır.
Professor Naycel Lisk,
Qlazqo Universiteti
25 yanvar 2019-cu il
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 13.