Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü qeyd edilib

 

Oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü münasibətilə ədibin adını daşıyan parkda Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Hüseyn Cavidin ev-muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən tədbir keçirilib. Əvvəlcə iştirakçılar Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər düzüb, xatirəsini hörmətlə yad ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Akademik, həmçinin AMEA Hüseyn Cavidin ev-muzeyinin yeni nəşri olanCavidşünaslıqelmi məqalələr toplusunun XI-XX cildlərini tədbir iştirakçılarına təqdim edərək nəşrin məziyyətlərindən danışıb.

Daha sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsində iştirak edən Həmid Cəfərov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını söyləyiblər.

Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı isə çıxışında bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dramaturqun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb.

Sonra respublikanın tanınmış ifaçıları Nuriyyə Hüseynova Almaxanım Əhmədli Hüseyn Cavidin sözlərinə yazılmış mahnıları səsləndiriblər. Bundan əlavə, magistrant Qəndab Əhmədova Hüseyn CavidinKnyaz” dramından bir parça ifa edib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 20.