Annabel Li...
İllər, illər əvvəl
idi, məkanı
Səfalı ölkəydi, dəniz sahili.
Orda yaşayırdı şən
və qayğısız
Gözəl bir qız. Adı da
Annabel Li.
Tək sevmək və sevilmək istəyirdi,
Yox idi başqa arzusu, diləyi.
O, uşaqdı, mən də uşaqdım hələ.
Ölkəmiz səfalı dəniz sahili.
Bir yerdə deyildik, hələ ayrıydıq,
Mənimlə Annabel Li.
Göydə uçan mələklər
qısqanırdı
Bizi. Bizim hüdudsuz sevgimizi.
Xoşbəxt idik o dəniz sahilində,
O mələklər bizi gözə gətirdi.
Buludların küləyindən üşüyüb
Soyuqladı gözəlim Annabel Li.
Onu məndən aldılar,
Əl üstündə
apardılar məzara.
Məkanıdır indi dəniz sahili.
Biz daha xoşbəxt idik mələklərdən,
Buna görə onlar
qısqandı bizi.
Hə! Belədir (hamı şahiddir buna,
Təsdiqləyər ölkənin sakinləri).
Buludların küləyindən bir
gecə
Soyuqladı və öldü Annabel
Li.
Nə böyüklər, nə bizdən ağıllılar
-
Heç
kim bizim
kimi sevə bilmədi.
Və ayıra bilməz ruhumuzu da
Nə səmada pərvazlanan mələklər,
Nə də yeraltı dünyanın cinləri.
Mənim
ruhum əbədiyyən
sənindir,
Əzizim Annabel Li.
Xəyalını canlandırır gözümdə
Gecəyarı Ayın parlaq şöləsi.
Göy üzündə ulduzlar parlayanda
Gülümsəyir elə bil Annabel Li.
Yanındayam, səninləyəm, səninəm,
Gözəl gözlüm, əziz, əziz sevgili.
Məzarının yanında uzanmışam,
Məkanımız olub dəniz sahili.
Edqar Po
Tərcümə etdi:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 25.