Ən çətin imtahan
Müqəddəs nemətdir o. Bir tikəsi yerə düşsə götürər,
bəzən öpüb
gözümüzün üstə
qoyarıq. Nankorlardan danışarkən yenə
də ona olan münasibəti ilə həmin adamı tanıdarıq:
"Filankəs çörəyi
dizinin üstə adamdır". Çörək...
Ruzi, bərəkət,
süfrələr bəzəyi,
əvəzsiz nemət...
Novruz bayramının
atributu olan səməninin buğdadan
yaranması da elə-belə deyil. Təbiətin oyanışının tərənnümçüsü
olan Novruz baharın gəlişinin tərcümanıdır. Buğdalar cücərib səməniyə
çevrilir, səməni
isə Novruzda süfrələrimizi bəzəyir.
Buğda çörəkdir,
unsanı yaşadan nemətdir...
"Şərikli çörək"
bu müqəddəs nemət haqda çəkilmuş gözəl
bir filmdir. Müharibədə
yaşanan aclıq zamanı insanların ümid yeri olur çörək...
"Çörək bol olarsa..."
"Çörək bol olarsa basılmaz vətən" deyirdi Səməd Vurğun... Müharibələrdə vətənin basılmamasına
çörəyin səbəb
olmasını vurğulayır
şair bu misra ilə.
Esmira Məhiqızının "Bir
parça çörək"
şeirinə baxaq:
Çörəyin üzünə həsrət
qalanlar,
Bir tikə
çörəyə çox
möhtaclar var.
Çörəklə sınağa çəkilən şahlar,
Çörəksiz can verən yalavaclar var.
Yerə
atılmış bir parça çörəyi
günəşə bənzədir
E.Məhiqızı:
Əlimdə günəşdir bir
parça çörək,
Kim atıb, görəsən,
günəşi yerə?
Mənim
əllərimi yandırdığıtək
Kimin əllərini
yandırar belə?
Onun adının
halallıq rəmzi olan duzla eyni
vaxtda çəkilməsi,
onların birlikdə daha böyük anlam kəsb etməsi hamıya məlumdur. Süleyman Rüstəmin bu haqda yazdığı şeirə nəzər yetirək:
Oxu öyüdümü sən
sətir-sətir,
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını
itir,
Ancaq duz-çörəyi itirmə,
oğlum!
Jan Valjan
İnsanları həyata bağlayan
nemət... Müharibələrdə
belə, onlara həyat bəxş edən, çətin sınaqlardan onları alnıaçıq, üzüağ
çıxaran, ölməyə
qoymayan, əbədi yaşam stimulumuz...
Müqəddəs nemət olan çörək haqda çox yazılıb, çox deyilib, hələ yazılacaq, deyiləcək...
Viktor Hüqonun "Səfillər"
romanının qəhrəmanı
Jan Valjanın başına
gələn faciələr
çörək oğurluğundan
başlayır. 1795-ci ilin
qışında ərzaq
qıtlığı yaşanırdı.
Jan Valjan bacısı
qızını aclıqdan
xilas etmək üçün yerli çörəkçidən çörək
oğurlayır. Jan Valjan
həbs olunur və 5 il
həbsxanada cəza çəkir. Hər dəfə qaçmağa
cəhd göstərdiyi
zaman cəzası bir az da artırılır. Viktor Hüqo obrazın
iqtisadi böhran ərəfəsində öz
bacısı qızını
doyurmaqdan otrü çörək oğurladığı
və dəfələrlə
qaçmağa çalışdığı
üçün məhbus
həyatı sürdükdən
sonra normal yaşamaq üçün çəkdiyi
19 illik əziyyətləri
təsvir edir.
Aclığın əsarətində...
Knut Hamsunun "Aclıq"
romanının baş
qəhrəmanı olan
adsız personaj Kristianiyada (Oslo) qəzetlər
üçün məqalə
yazıb pul qazanmağa çalışan
yoxsul bir gəncdir. Bir məqaləyə görə
ona, adətən, beş kron
qonorar verirlər və o, bu pulla
ancaq bir neçə gün yemək ala bilir... Sosial mövzulara həsr olunan həmin yazıları qəzetlər
çox həvəssiz
alırlar. Pulsuz qaldıqda
o, kirayədə yaşadığı
evlərdə ona aid olan əşyaları lombarda satmaqla çörəkpulu qazanır.
Gənc yazar öz günlərini
yemək tapmaq üçün küçələrdə
veyillənməklə keçirir.
Aclıqla mübarizə aparan qəhrəman zəiflik, başgicəllənməsi, ürəkbulanması
və əsəb gərginliyindən əziyyət
çəkir. Aclığın güc gəldiyi
anlarda o, ağac qabıqları çeynəməklə
mədəsini aldadır.
Ümidsiz günlərinin birində
acından öləcəyini
düşünən qəhrəman
limana gəlir və orada onu
Rusiyaya yola düşən bir gəmidə işə götürürlər. Beləliklə, əsərin qəhrəmanı
aclıqdan xilas olur.
Akşad
şahın istəyi
Ssenari müəllifi
Hikmət Ziya, quruluşçu rejissoru Əlisəttar Atakişiyev
olan "Qərib cinlər diyarında" filmində var-dövlət
arzusu ilə yaşayan kasıb kəndli balası - Qəribdən söhbət
açılır. Bur gün
Qəribin arzusundan xəbər tutan cinlər padşahı Akşad Qəribi öz diyarına dəvət edir və ona çoxlu
var-dövlət verəcəyini
bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir...
"Həyat eşqi"ndəki
həyat sevgisi
Cek Londonun
"Həyat eşqi"
hekayəsinin qəhrəmanının
aclıqla üz-üzə
qaldıqda yaşadığı
çətinliklər onu
oxuyan oxucuların yaddaşında dərin izlər buraxır. Tənhalıqla
baş-başa qalan yazıçının
həyatı "Həyat
eşqi" hekayəsi
ilə sona çatmışdı.
"Həyat eşqi"ndə
iki yoldaş səfərə çıxır. Yoldaşlardan biri o birisinin dumanda itdiyini zənn edir. Ancaq əslində, o, heç də itmir, öz yoldaşını atıb gedir. Təkbaşına qalan yoldaşı
isə xeyli yol qət etməli
olur. O, sağ qalmaq üçün sözün əsl mənasında həyatla mübarizə aparır...
Yolda onun qarşısına insan sümükləri də çıxır, bu onu atıb
gedən yoldaşının
sümükləri idi,
canavarlar onu parçalamışdılar. Yoldaşının qızıl torbası
da orada idi.
Hekayədə sağ qalmaq uğrunda mübarizə çox mükəmməl
təsvir olunur və həyatın, əslində, necə dəyərli olduğunu göstərir. Cek London bu hekayə
ilə nəyin bahasına olur-olsun, insanları yaşamağa,
həyatı sevməyə
səsləyir. "Həyat
eşqi" hekayəsi
həm də insanla təbiətin mübarizəsinə həsr
olunub...
Vokenin evi
Adətən, dualarımızda da
çörəyin adını
çəkirik: "Allah heç
kimi çörəklə
imtahana çəkməsin"
deyirik. İnsanlar həmişə o nemətlə
imtahana çəkilməkdən,
aclıqdan qorxub...
Balzakın "Qorio ata"
romanında Vokenin evi təsvir olunan vaxt bir
səhnə ilə qarşılaşırıq: Divarda
pansionerlərin gözləri
qarşısında Kalipso
pərisinin Odisseyin oğlunun şərəfinə
düzəltdiyi möhtəşəm
ziyafətin mənzərəsi
var. İllərdir bu mənzərə kasıb
gənc pansionerlərin
istehzasına hədəf
olur. Sanki bu
gənclər ehtiyac üzündən yeməyə
məcbur olduqları nahara rişxənd etməklə öz talelərinin fövqünə
yüksələ bilirlər.
Ziyafət və yoxsul süfrənin üz-üzə qoyulması
çörəklə imtahana
çəkilməyin başqa
adıdır...
***
Ruzidir, bərəkətdir
çörək. İşləməyin, yaşamağın
bir adı da
"çörəkpulu qazanmaq"dır. Yazını mən
də bu dua ilə
tamamlayıram: Allah heç
kimi ruzi, bərəkətlə
- çörəklə imtahana çəkməsin...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 31.