Ədəbiyyat söhbətləri
Əyyub Qiyasın təqdimatında
Detektiv ədəbiyyat
sevgisi, yaxud ədəbiyyatın yoluxucu janrı
Artur
Konan Doylun hekayələrini tarixdə ilk detektiv nümunəsi
hesab edənlər bir neçə min il yanılırlar. Bəli, müəlliflər müəmmalı
cinayətlərdəki canilərin
axtarışını hələ
qədim dövrlərdən
ədəbiyyata gətirmək
marağında idilər
və ilkin detektivlərin tarixini insanların oxumağı
öyrəndiyi vaxtdan
hesablamaq lazımdır.
Qədim
Misirdə papiruslar üzərində yazılmış
bəzi hekayətlərdə
detektiv işartıları
hiss olunurdu. Eramızdan əvvəl XIII-XII əsrlərə aid edilən
"Doğru ilə Yalan" nağılında
Doğru qardaşı
Yalanın böhtanı
ilə oğurluqda ittiham olunur, kor edilir, evdən
qovulurdu. Bir il sonra
Doğrunun oğlu gerçək mənzərəni
aydınlaşdırır və
əsl cinayətkarın
cəzalandırılmasına nail olurdu.
Qətl, xəzinənin oğurlanması
və bu hadisələrdə xüsusi
keyfiyyətləri ilə
seçilən qəhrəmanların
istintaqı Antik dövrlər ədəbiyyatının
ən məşhur nümayəndələrindən biri olan Sofoklın
"Çar Edip"
pyesində öz əksini tapır. Burada əsas qəhrəman çar Layın qətli araşdırılır...
"Daniyal peyğəmbərin
kitabı" adlı
qədim yazıda
Susanna ilə onu zinakarlıqda ittiham edən iki şəhvətkar
qocanın həyatı
təsvir olunur. İttihamçıları
ayrı-ayrılıqda dinləyən
gənc Daniyal (gələcək peyğəmbər)
onların ifadələrindəki
uyğunsuzluğu müəyyən
edərək, qızın
bəraət almasına
nail olur.
Detektiv mövzular və onlara bənzər hadisələr Şərq
mənbələrindən də
yan keçməyib, sadəcə, "Min bir gecə" nağıllarındakı
"Üç alma əhvalatı"na
nəzər salsaq bunu görə bilərik. Nağılda vəzirə üç
gün ərzində cəsədi sandıqda gizlədilən gözəl
bir qızın qətlini araşdırmaq
həvalə olunur.
Çində də bu ədəbi
janr diqqətdən kənarda qalmayıb, burada dürüst və ləyaqətli qanun keşikçisi şərə, ədalətsizliyə
meydan oxuyur, beləcə gerçək
üzə çıxır,
günahkarlar cəzalandırılır,
günahsızlar azadlığa
qovuşur. Bəzən işə cəlb
olunan xəfiyyə cinayətin rəsmini tam ayıdnlaşdırmaq və
ədalətli qərar
vermək üçün
axirət dünyasındakı
qüvvələrdən və
ruhlardan yardım istəyir. Belə əsərlərdən birinin qəhrəmanı
hakim Di adlı şəxsdir.
Bu adam cinayətkarlara
qarşı amansızlıqla
mübarizə aparır.
XX əsrdə hakim Di obrazı holland yazıçısı və
şərqşünası Rober van Qulikin silsilə əsərlərinə
daxil edilmişdi. Bu adam adıçəkilən
obraza 1949-cu ildə
hakim Di haqqında hekayəti
tərcümə etdikdən
sonra "vurulmuşdu".
Bu silsilədən olan ilk əsər "Aypara küçəsində
qətl" adlanırdı.
Müstəqil ədəbi janır kimi detektivin banisi olaraq Edqar
Allan Ponu, detektiv ədəbiyyatın bütün
əsas xüsusiyyətlərini
özündə cəmləşdirən
əsər kimi isə "Morq küçəsində qətl"i
qəbul etmək olar.
Lakin Avropa yazıçıları daha
əvvəl də oxşar xüsusiyyətləri
olan bədii mətnlər yaradırdılar. XIX əsr ümumilikdə bədii-kriminal ədəbiyyata
marağın artdığı
bir dövr kimi yadda qalıb.
Daha çox polis ədəbiyyatı
kimi diqqətçəkən
bu səpkili əsərlərdə sadə
avropalının darıxdırıcı
həyatı, bir-birindən
fərqlənməyən günləri
əks olunurdu. Kiminsə məkrli planını ifşa edən, canini üzə çıxaran qəhrəman
təbii ki, XIX əsr oxucusu üçün doğma idi.
Artıq
əsrin əvvəllərində
bu cür hadisələrə aludə
olan oxucular Ejen Vidkonun resedevist-cinayətkar
və Paris milli təhlükəsizlik idarəsinin
rəisindən bəhs
edən "Qeydlər"ini,
Emil Qaborionun gənc
polis zabiti Lekokenin fəaliyyətini əks etdirən romanlarını,
Uilki Kollinzin, Çarlz Dikkensin, Çestertonun, Qaston Lerunun əsərlərini
məmnuniyyətlə oxuyurdular
və bu, ilkin bədii detektiv nümunələri
yaradan müəlliflərin
tam siyahısı deyil.
"Morq küçəsində
qətl"də Edqar
Po artıq detektiv ədəbiyyatın əsl
çalarlarını yarada
bilmişdi və Konan
Doyl, ondan sonra gələn digər detektv yazarları əsərlərini
məhz klassik "qadağan olunmuş otaq tapmacası" üzərində qururdular. Şerlok Holms ədəbi qəhrəman
kimi həyata vəsiqə alandan sonra isə detektiv əsərlər artıq şəxsi kitabxanalarda və kitab mağazası rəflərində öz
yerlərini möhkəmlətdi.
Doylun üzərinə
yalnız artıq mövcud olan və sevilən janrın qanunlarını
inkişaf etdirmək vəzifəsi düşürdü. Yazıçı yaratdığı ağıllı
və cəsur xəfiyyə - Şerlok
Holms və onun məslək yoldaşının
- Doktor Vatsonun simasında sirli hadisələrə işıq
tutur, cinayətkarları
ifşa etmək üçün öz qəhrəmanlarını ən
təhlükəli hadisələrin
içinə ataraq, oxucunu marağın və həyəcanın məngənəsində saxlayırdı.
Doylun qəhrəmanları bəzən
öz klassik detektiv sələflərini
xatırladır, bəzən
isə tam yeni, tam fərqli bir görkəmdə oxuncunun
qarşısına çıxırdı.
XVIII əsrdən etibarən
rus oxucusunun da öz detektv
qəhrəmanı vardı
və bu qəhrəman əvvəllər
moskvalı oğru, sonradan xəfiyyə olmuş Vanka Kain idi. 1789-cu ildə yazıçı
M.D.Çulkovun sadə
rus kəndlisi Sısoyun bütün ailə üzvlərinin qətlindən bəhs edən "Acı
tale" hekayəsi işıq
üzü gördü.
Adıçəkilən əsər rus
ədəbiyyatında detektiv
janrın pioneri hesab olunur. Lakin rus nəsrində
Fyodr Dostoyevski və onun dünya
oxucusunun sevimli romanı olan "Cinayət və cəza" qədər möhtəşəm ikinci
detektiv əsər yoxdur və ola bilməz.
Dünyada detektiv ədəbiyyatı
yaradan müəlliflər
o qədər də çox deyil. Bəzən ədəbiyyat
adamları arasında
bu janrı ciddi ədəbiyyat nümunəsi hesab etməyənlər də
olur, lakin birmənalı şəkildə
demək lazımdır
ki, bu ədəbi
janrı yaratmaq müəllifdən peşəkarlıqla
yanaşı, eyi zamanda hər iki tərəfin - cinayətkar və onu axtaran xəfiyyənin
(müstəntiqin, polisin
və s.) psixologiyasına
dərindən bələd
olmağı tələb
edir.
Doğrudur, A.K.Doylu dünya
detektiv ədəbiyyatı
janrının lokomotivi
adlandırırlar, lakin
bu imza ilə
yanaşı, Aqata
Kristi və onun Erkül Puarosu, Jorj Simenon və onun komissar Meqresi
də maraq və diqqətə görə Doyl qəhrəmanlarından geridə
qalmır.
Azərbaycan ədəbiyyatında da adıçəkilən
janra müəllif diqqəti və oxucu marağı daima olub və
hələ də var.
Zənnimcə, Həsən
Seyidbəylinin "Cəbhədən-cəbhəyə"
və Cəmşid Əmirovun "Qara volqa" və "Brilyant məsələsi"
romanları milli ədəbiyyatımızda bu
janrın ilkin və uğurlu nümunələri hesab oluna bilər. Müxtəlif vaxtlarda digər yerli müəlliflər də
bu va
digər şəkildə
bu janra müarciət ediblər, lakin onların yuxarıda adıçəkilən
əsərlər qədər
diqqət çəkib
çəkmədiyini demək
çətindir.
Azərbaycan ədəbiyyatında detektiv
janrın ən böyük və ustad nümayəndəsi kimi xalq yazıçısı
Çingiz Abdullayevi, ədəbi qəhrəman
kimi isə Dronqonu məmnuniyyətlə
misal çəkmək
olar. Çingiz Abdullayevdən oxuduğum,
tərcümə və
redaktə etdiyim əsərlər haqqında
yalnız bir fikir söyləyə bilərəm, bu əsərlər yüksək
peşəkarlıqla yazılmış
detektiv ədəbiyyatıdır
və dünyanın detektiv nəhəngləri
olan Doylla, Kristi və Jorj Simenonla
eyni pilləyə qoyulmağa layiqdir. Çingiz Abdullayev öz mətnlərində
həm cinayətin, həm də bu cinayəti açmağa çalışan
tərəfin iş sxemini oxucuya təqdim edir. O bu sxemləri düyünə salır,
oxucunu qəhrəmanları
ilə dialoq vəziyyətinə gətirir,
oxucu xəfiyyələrlə
bir yerdə cinayətkarı axtarır
və özu də əsərin qəhrəmanlarından birinə
çevrilir.
Siyasi detektiv janrında yazıdığım
"Havay tətilləri"
romanı üzərində
işləyərkən bu
işin nə qədər çətin
və məsuliyyətli
olduğunu anladım. Qələm
dostlarım Elxan Elatlının və Müşfiq Xanın da bu janrda yazılmış
maraqlı və oxucu tərəfindən ciddi qəbul edilən əsərləri var. Bu gün oxucu
bəzən yorğunluğunu, stresini atmaq üçün yatmazdan əvvəl
yüngül bir şey oxumaq istəyir, lakin hər hansısa detektiv
kitabı əlinə alan adam
çox vaxt səhəri
açıq gözlə qarşılamalı olur,
çünki detektiv
- ədəbiyyatda yoluxucu janrdır...
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 32.