Nazimsiz
Taleyim mənə
yalnız ay yarım məzuniyyət müddətində
Zuğulbada sırf yaradıcılıqla məşğul olmağa vaxt
ayırıb. Uzun illərdən bəri tamamlamağa
çalışdığım sənədli roman üzərində işləyirdim. Telefon zəngi gəldi.
Çingiz idi: “Anar müəllim, pis xəbər var. Nazim müəllim
vəfat edib”.
İki
gün əvvəl idarədə Nazimin daxili telefonundan cavab
çıxmayanda cib telefonuyla zəng etdim. Həmişəki
gümrah səslə:
- Bu
gün işə çıxmamışam - dedi. - Bazar ertəsi
gələcəm. Yazıçılar eviylә bağlı bәzi mәsәlәlərin һәlli üçün zәng etmәli olacaqsan.
Hörmətli
Prezidentimizin Yazıçılar evi məslələsinin həllinin
uzun müddətdən bəri
ləngiməsiylә bağlı konkret göstərişi, Şüvəlandakı
yaradıcılıq evimizdən qaçqınların
köçürülməsi, binanın təmiri haqqında qərarı Nazimə
qol-qanad vermişdi. Bu sahədə çoxillik təcrübəsindən
və səriştəsindən faydalanaraq,
yazıçılarımız üçün mənzil və
istirahət yerlərinin yaradılması üçün
can-başla çalışırdı. İş
otağı həm yaşayış binasının, həm
yaradıcılıq evinin həyata keçiriləcək
layihələriylə dolu idi. Əfsus ki, bu layihələr
Nazimsiz həyata keçiriləcək.
Sovet
dönəminin naziri, deputatı, raykom katibi, Ensiklopediyanın
Baş redaktoru, nəşriyyat müdiri Nazim İbrahimov bәzilәri Heydәr Әliyevdәn üz döndәrәndә Naxçıvana onun yanına
getmiş, Yeni Azərbaycan Partiyasının proqramını
çap etmişdi.
Öz təşəbbüsüylə
və rəhbərliyi ilə Üzeyir Hacıbəyli, Cəlil
Məmmədquluzadə ensiklopediyalarını nəşr
etmişdi. Mənim ikicildlik “1500 ilin oğuz şeiri”
antologiyamın və üçcildlik “Literatura, İskustvo,
Kultura Azerbaydjana” kitablarımın yüksək poliqrafik səviyyədə
çıxması Nazimin xidmətidir.
Universitetdә tәlәbәlik illәrindәn tanış olduğum Nazimlә sonralar dost, son illәr isә iş yoldaşı, həmkar olduq.
Nazimin zәngin
inzibatı tәcrübәsini nәzәrә alaraq onu Yazıçılar Birliyinә, sәdr müavini vәzifәsinә dәvәt etdim. Bu vәzifәdә Yazıçılar Birliyinin
binasının tәmiri işlәrindә,
yazıçıların müxtәlif mәişәt problemlərinin һәllindә Nazimin xidmәtlәri әvәzsizdir. Nazim әdәbiyyatımızın daһa geniş miqyasda tәbliği üçün
“Mir literaturı” qәzetinin çap olunmasının tәşәbbüskarıdır. Nazimin
yazıçılarımız, Yazıçılar Birliyi
üçün gördüyü işlәri bilәnlәr bilir.
Uzun
ömür sürməyin bir mәşәqqәti dә dostları bir-bir itirmәkdir. Ömrümün qalan
günlәrinin
Nazimsiz yaşayacağımın
nisgilini duyuram. Hәmişә
sәliqә-saһmanla geyinәn, hәmişә lәyaqәtini, qürurunu saxlayan, heç vaxt һeç kәs qarşısında әyilmәyәn, etibarlı dostun yoxluğunu
düşünmәk ağırdır. Daxili telefonla sәsini bir daһa duymayacağımı,
“yanında һeç
kәs yoxdursa,
boşsansa gәlirәm” sözlәrini bir daһa eşitmәyəcəyimi
düşünәrkәn
özümə yer tapmıram.
Әlvida
Nazim, etibarlı dost, ömrünü xalqına sәrf etmiş әsl Azәrbaycan ziyalısı, safqәlbli, kübar, aristokrat, təmannasız
insan.
1 sentyabr 2019
ANAR
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.16.