Azərbaycan-türk dünyası ədəbi
əlaqələri
2018-ci ilin ədəbi yekunlarına baxdıqda, Azərbaycan
və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin
böyük inkişaf sürəcinə qədəm
qoyduğunu görürük. Ədəbi əlaqələrin
inkişafında akademik İ.Həbibbəyli, akademik N.Cəfərov,
professorlardan Q.Paşayev, M.Əliyev, Ə.Rəsulov, R.Əskər,
A.Babayev, T.Məlikli, A.A.Aydın, E.Quliyev, M.Hacıyeva,
N.Araslı, J.Əliyeva, N.Tağısoy, F.Bayat, A.Ülvi,
Y.Qasımbəyli, R.Əhmədov, filologiya üzrə fəlsəfə
doktorlarından A.Turan, İ.Osmanlı, X.Hümmətova, F.Vəliyeva,
E.Babayeva, S.Sadiyev, T.Teymurov, M.Həsənov, E.Məmmədova,
X.Qafqazlı, S.Qasımlı, R.Quliyev, S.Gündoğdu,
B.Osmanova, N.Əskər, A.Xəndan, N.Mustafayeva, F.Dursunova, K.Nəcəfova,
L.Kərimova, A.Qəzənfərqızı, Q.Şəhriyar
və başqaları xidmət göstərmiş, xeyli sayda
analitik məqalə və tədqiqatlarla
çıxış etmişlər.
Ötən illərdə olduğu kimi, 2018-ci ildə də
Azərbaycanla Türkiyə arasında ədəbi-mədəni
əlaqələr olduqca sıx olmuşdur. Diqqəti cəlb
edən əsərlərdən biri də akademik İ.Həbibbəylinin
"Ədəbiyyat tarixçiliyinin Ə.Kabaklı
konsepsiyası" sərlövhəli məqaləsidir.
Akademik İ.Həbibbəyli
Ə.Kabaklının "Türk ədəbiyyat tarixi"ni
yüksək qiymətləndirərək, bu kitabın yeni ədəbiyyat
konsepsiyaları hazırlamaq baxımından
düşündürücü elmi-nəzəri örnək"
olduğunu qeyd edir. Onu da qeyd edək ki,
2018-ci ildə akademik İ.Həbibbəylinin "Çingiz
Aytmatov haqqında söz" adlı kitabı (üç
dildə - Azərbaycan, rus və ingilis dilində olmaqla) nəşr
olunmuşdur.
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin
inkişafında mühim yeri olan alimlərimizdən biri də
professor Ə.Rəsulovdur. Professorun 2018-ci ildə
10-dan yuxarı məqaləsi dərc edilmişdir.
Ədəbi əlaqələrimizin inkişafında
xüsusi yeri olan alimlərimizdən biri də R.Əskərdir. 2018-ci ildə
alimin iki kitabı ("Mağcan Cumabay. Türkistan",
Ankara, 2018, 196 s; "Mağcan Cumabay. Ölüm, mənə
ağı de", Bakı: 2018, 112 s.) dərc
olunmuşdur. Hər iki kitab R.Əskərin qazax
dilindən tərcüməsi, tərtibatı və ön
sözü ilə nəşr olunmuşdur. Onu da qeyd edək
ki, alim ədəbi əlaqələrin inkişafındakı
fəaliyyətinə görə bir sıra mükafatlarla -
Qazaxıstanın Mağcan Cumabay xatirə medalı, Türk
Akademiyasının Vilhelm Tomsen adına medalı və
TÜRKSOY-un 25 illiyi medalı ilə təltif edilmişdir. Türkologiyamıza töhfə olan əsərlərdən
biri də akademik N.Cəfərovun (həmmüəlliflər
A.Qəribli və E.Qəribli) "Türkologiya" (Bakı,
2018) kitabıdır. Kitabda türklər
haqqındakı elmin əsas problemləri, türklərin mənşəyi,
qədim türklər, türklərin diferensiasiyası,
türk xalqlarının təşəkkülü və
Türk dünyasında inteqrasiya məsələləri elmi
ideoloji baxımından ətraflı şəkildə
araşdırılmışdır.
Professor
E.Quliyevin ötən il ərzində
"Estetik türk nesrinin olgun bir örnegi olarak C.Aytmatovun
eserleri", "İ.Qaspiralı
yaradıcılığında qadın problemi" (I məqalə)
(II məqalə), "C.Dağcının şeir
yaradıcılığı", "C.Dağcı" və
s. kimi 10-dan yuxarı məqaləsi dərc olunmuşdur. Onu da
qeyd edək ki, E.Quliyev TÜRKSOY-un və Türk Ocaqlar
Birliyinin təşkilatçılığı ilə
İstanbul, Ankara, Bursa, Eskişehir, Uşak, Balıkesir şəhərlərində
Ç.Aytmatovun 90 ("Ç.Aytmatov
yaradıcılığında milliliyin təzahür formaları",
"Ç.Aytmatov yaradıcılığında mifik və
real düşüncə tərzi", "Ç.Aytmatov
romanlarında insan və zaman konteksti" və s. məruzələrlə)
və C.Dağcının 100 ("Cengiz Dağcı nəsrində
Krım türklərinin həyatı və faciələrinin
bədii əksi") illik yubileyinə həsr edilmiş Beynəlxalq
elmi konfranslarda məruzə ilə çıxış
etmişdir. Qeyd edək ki, professor E.Quliyev Türk xalqları ədəbiyyatının
araşdırılması və təbliği sahəsində
xidmətlərinə görə TÜRKSOY-un diplomu ilə
(Ankara, 14 noyabr 2018-ci il) təltif
olunmuş, eyni zamanda Türkiyə Cümhuriyyəti
Başbakanlıq TİKA Təşkilatının xüsusi təltifinə
layiq görülmüşdür (Ankara, 23 aprel 2018-ci il). Ç.Aytmatova həsr olunan əsərlərdən
biri də fil.f.d. M.Həsənovun "Çingiz
Aytmatov: həyat və yaradıcılığı"
adlı monoqrafiyasıdır.
Professor
N.Tağısoy da il ərzində müxtəlif qəzet və
jurnallarda ədəbi əlaqələr mövzusunda 30-dan
yuxarı məqalə ("Qazax xalq qəhrəmanlıq
dastanı "Koblandı-batır",
"Koblandı-batır" qazax xalq poeziyasının orijinal
örnəyidir", "Ko Unun şeirləri Azərbaycan-Koreya
ədəbi əlaqələri kontekstində" və s.) dərc
etdirmişdir. Fil.f.d. X.Hümmətovanın da, "Bəkir
Çobanzadə: parlaq zəkalı alimin incə ruhlu
şairliyi", "Qabdulla Tukay. Samanbazarı, yaxud Yeni Kəsikbaş",
"Mövləvi təriqətinin əsas atribut modeli: səma
ayini", "Yunus Əmrənin "Risalətün-nüshiyyə"
məsnəvisi ilk türkdilli məsnəvi kimi" və s.
kimi məqalələrində türk xalqlarının
müxtəlif problemləri
işıqlandırılmışdır. Fil.f.d. F.Vəliyevanın,
il ərzində "Yunus Əmrə
yaradıcılığında
bəşəri və ilahi eşq mövzusunun yeri",
"XIII-XV əsr anadilli Türk şeirində eşq
motivi", "Hacı Bekdaşi Vəli şeirində əski
türk inanclar" və s. məqalələri və iki
monoqrafiyası ("Yunus Əmrə və folklor",
"M.Auezovun hekayə yaradıcılığında folklor ənənələri")
nəşr olunmuşdur.
Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin inkişafında
böyük xidməti olan professor A.Abıyevin ötən il ərzində bu səpkidə bir sıra məqaləsi
və bir tərcümə kitabı nəşr olunmuşdur. Müəllifin də (E.Babayeva) Azərbaycan-Türkiyə
ədəbi əlaqələri istiqamətində ölkədə
və xaricdə olmaqla 20-dən çox məqaləsi dərc
olunmuşdur. Bu səpkidə
araşdırma aparan alimlərdən A.Xəndanın,
N.Mustafayevanın, B.Osmanovanın, R.Quliyevin,
Ü.Baxşıyevanın da tədqiqatları böyük əhəmiyyət
kəsb edir. Fil.f.d. dos. S.Gündoğdunun "Sıratı-müstəqim məcmuəsində
Çərkəş Şeyxzadə Xəlil Xalidinin bir
yazısı" başlıqlı məqaləsində
şərqşünas alim Kembric Universitetində türkcə
dərs deyən ilk Osmanlı vətəndaşı olan
X.Xaliddən bəhs edilir. Onun "İqdam" qəzetinin
təşəkkül tarixi və strukturunun analizi"
başlıqlı məqaləsində isə
"İqdam" qəzetinin təşəkkül tarixi,
strukturuna nəzər salınmış, qəzetdə yer alan
mövzular və başlıqlar ərəb əlifbasından
transliterasiya edilən nüsxələr əsasında tədqiq
edilmişdir. S.Gündoğdu, eyni zamanda bir
sıra beynəlxalq elmi konfranslarda da məruzələr
("M.Akif Ərsoy yaradıcılığında Milli
Mübarizənin bədii təcəssümü",
"Osmanlıda modernləşmə - ədəbi və mədəni
əlaqələr" və s.) etmişdir. Azərbaycan-türk ədəbi əlaqələri
sahəsində, bunlardan başqa, fil.f.d. A.Turanın
"M.Şeyxzadə ilə bağlı bəzi mübahisəli
məqamlar", "Bir qəribə şair O.Vəli",
fil.f.d. E.Şükürovanın "C.Dağcı ve
"Yurdunu kayb edən adam"ın
Türküstan, istiklal və milli kimlik sevdası", fil.f.d.
B.Əzizəliyevanın "M.Kadıoğlunun
"Kızılelma" kitabında türkün Qızıl
Alma idealı", "Dünyanın ən qədim eşq
şeiri", fil.f.d. L.Kərimovanın
"Hifzi eserlerinin türk halk edebiyatında yeri ve
önemi", fil.f.d. P.Məmmədlinin
"Biz Türküz soyumuz Türk! söyleyen Kaşkay
türkleri", "Ünlü Rus yazarların eserlerinde
Türkiye", A.Rəşidlinin "Orxan Pamukun "Qar"
romanında qarın simvolikası", X.Abdullayevanın
"Türk ədəbiyyatı yeni janrın
astanasında", "Türk romanında qadın
imzası", G.Usubovanın "Türkiye Türkçesi ve
Azerbaycan Türkçesindeki Atasözlerinin Cümle Yapısına
Göre İncelenmesi", E.Xəlilovanın "İ.Hikmətin
Ə.Midhət haqqında fikirləri", A.Dadaşovanın
"Osmanlı milli geyim adlarının X.Ə.Adıvarın
romanlarında təsviri" və s. nəşr olunmuşdur.
Ötən illərdə olduğu kimi, Azərbaycan-özbək
ədəbi əlaqələri 2018-ci ildə də sürətlə
inkişaf etmişdir. 20 aprel 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Özbəkistanın
ölkəmizdəki səfirliyi ilə birlikdə
böyük özbək şairi Z.M.Baburun anadan
olmasının 535 illiyi münasibətilə beynəlxalq elmi
konfrans keçirmişdir. Fil.e.d Y.Qasımbəylinin də
ötən il ərzində Azərbaycan-özbək
ədəbi əlaqələri müstəvisində bir
sıra məqalələri dərc olunmuşdur. Fil.f.d.T.Həşimovanın bu səpkidə
yazdığı məqalələr xüsusi əhəmiyyət
kəsb edir.
Azərbaycan-türkmən ədəbi əlaqələri
istiqamətində də mühüm işlər
görülmüşdür. Professor M.Əliyevin
"Məhtimqulu Fəraqi şeirinin poetikası"
monoqrafiyası nəşr olunmuşdur. Kitabda
türkmən klassik ədəbiyyatının banisi M.Fəraqinin
lirikasının poetik xüsusiyyətlərindən bəhs
edilmiş, şairin poeziyası Azərbaycan ədəbiyyatı
ilə müqayisələr kontekstində təhlil
edilmişdir. Qeyd edək ki, 2018-ci ildə
akademik İ.Həbibbəylinin ön sözü, fil.f.d.
İ.Osmanlı və fil.f.d.T.Talıbovanın tərtibatı
ilə "Azərbaycanda M.Fəraqinin ədəbi irsinin nəşri
və tədqiqi" adlı biblioqrafiya
hazırlanmışdır. Fil.f.d.,
dos. N.Əskərin də Azərbaycan-türkmən
ədəbi əlaqələri müstəvisində
apardığı araşdırmalar diqqəti cəlb edir.
O, "Koroğlu" dastanının versiyaları haqqında
çox ciddi araşdırmalar aparmışdır. Tədqiqatçının,
"Recep Hıfzı'nın Şiir
Dünyası", "Aşık Nesib'in Şiirlerinde
Türkiye ve Türkçülük" və s. kimi türk
xalqlarının müxtəlif problemlərinə həsr
olunmuş məqalələri vardır. Gördüyümüz
kimi, ədəbi əlaqələrimiz sahəsində diqqəti
cəlb edən məsələlərdən biri də ortaq
türk abidələri haqqında aparılan
araşdırmalardır. Q.Şəhriyarın
çoxsaylı məqalələri bu baxımdan diqqəti cəlb
edir. Ü.Ələkbərovanın da, "Türk
xalqlarının inanclarında Tül və ritual
ağlama", "Türk və monqol xalqlarının
inanclarında alın yazısı", "Türk
xalqlarının yas mərasim və inancları" və s.
məqalələri maraq doğurur. Ədəbi
əlaqələrin inkişafında Ə.Şamilin rolu
olduqca böyükdür. Onun 2018-ci ildə
bu səpkidə çox dəyərli məqalələri dərc
olunmuşdur. Fil.f.d. M.Məmmədovanın, "Azərbaycan
və Anadolu folklorunda daş oyunları", "Azərbaycan
və Anadolu Folklorunda Gizlətmə Tipli Uşaq
Oyunları" və s. məqalələrində Azərbaycan
və Anadolu folklorunda uşaq oyunlarından bəhs edilmiş,
oyunların hər iki bölgəyə aid müxtəlif
variantları üzərində durulmuşdur.
Professor
F.Bayatın isə ötən il, ölkəmizdə
və Türkiyədə olmaqla dörd monoqrafiyası nəşr
olunmuşdur. Fil.f.d. E.Fikrətqızının
"Vücudnamələrdə mətnlərarası əlaqə"
və "Türk xalqları ədəbiyyatında
vücudnamələr" adlı monoqrafiyaları da ədəbi
əlaqələrimizə töhfədir.
Ötən illərdən fərqli olaraq, 2018-ci ildə
qumuq ədəbi əlaqələri ilə bağlı tədqiqatlar
aparılmışdır. A.Qəzənfərqızının
"Azərbaycan-qumuq folklor əlaqələri" adlı
monoqrafiyasında Azərbaycan-qumuq folklor əlaqələri
ümumtürk folklor düşüncəsi kontekstində
araşdırılmışdır.
Ədəbi əlaqələrin inkişafında
keçirilən beynəlxalq elmi konfransların,
bağlanılan müqavilələrin mühüm əhəmiyyəti
vardır.
Bunların bəzilərinə nəzər salaq; 12 fevral
2018-ci ildə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Türkiyənin Türk Ədəbiyyatı
Vəqfinin nümayəndə heyəti ilə
görüş keçirilmişdir. İki
qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın
inkişafında çoxşaxəli fəaliyyətinə
görə akademik İ.Həbibbəyli Türk Ədəbiyyatı
Vəqfinin rəhbəri S.Kabaklı tərəfindən Vəqfin
"Təşəkkürnamə"si ilə təltif
edilmişdir. Onu qeyd edək ki, akademik 10
fevral 2018-ci ildə Türkiyə Cümhuriyyəti Türk
Ədəbiyyatı Vəqfinin "Şükran Beratı"
ilə də təltif edilmişdir. 20 aprel 2018-ci ildə
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda tanınmış alim Y.Akpınara Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun "İlin alimi"
mükafatı təqdim olunmuşdur. 25 aprel 2018-ci ildə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
Bakı Yunus Əmrə İnstitutu və Xaricdə Yaşayan
Türklər və Qohum Cəmiyyətlər Birliyinin birgə
təşkilatçılığı ilə Ədəbiyyat
İnstitutunda "XX əsrin əvvəllərindən bu
günə Azərbaycan-Türkiyə ədəbiyyat və
maarif münasibətləri" adlı panel keçirilmişdir.
25 iyun 2018-ci ildə türkmən şairi M.Fəraqinin
yaradıcılığına həsr olunmuş "Məhtimqulu
- insan qəlbinin mənəvi təbibi" adlı Beynəlxalq
elmi konfrans keçirilmişdir. 13 iyul 2018-ci ildə isə
Ədəbiyyat İnstitutunda Ç.Aytmatovun 90 illik yubileyinə
həsr olunan "Ç.Aytmatov: milliliklə bəşəriliyi
birləşdirən fenomen" mövzusunda beynəlxalq elmi
konfrans keçirilmiş, "Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalının Ç.Aytmatova həsr olunan xüsusi
buraxılışı da ictimaiyyətə təqdim
olunmuşdur. Ədəbi əlaqələrin
inkişafında DGTY Birliyinin də xidmətləri
böyükdür. Ədəbi birliyin təşkilatçılığı
ilə bir sıra antologiyalar hazırlanmış, türkdilli
yazıçılarla görüşlər, dəyirmi masalar
keçirilmişdir. Bunlardan başqa, onu da xüsusilə
vurğulayaq ki, "Ədəbiyyat qəzeti", "525-ci qəzet",
"Azərbaycan" jurnalı və s. mətbuat
orqanları, eyni zamanda internet portallarında da ədəbi əlaqələrimizə
həsr olunmuş məqalələr nəşr olunmuşdur.
Türkiyədə dərc edilən "Mövsümlər",
"Təlmih" və s. aylıq sənət-ədəbiyyat
jurnallarında da ədəbi əlaqələrlə bağlı
məqalələr dərc edilmişdir. Ədəbi
əlaqələrin inkişafında tərcümələrin
də rolu misilsizdir. 2018-ci ildə P.Səfanın
"Tənhayıq" (tərcümə edəni
N.Cabbarlı), Ç.Aytmatovun "Kassandra damğası"
(tərcümə edəni N.Cabbarlı), S.Urfanın "Azərbaycan
Müdrikləri. Hekayətlər" (tərcümə
edəni A.Ülvi), M.Menginin "Əski türk ədəbiyyatı
tarixi" (tərcümə edəni F.Hicran) və s. kimi
kitablar nəşr olunmuşdur.
Məqalədə,
il ərzində nəşr olunan bütün kitab, məqalə,
məruzə və s. haqqında geniş məlumat verə
bilməsək də, ümumi olaraq ədəbi prosesi göstərməyə
çalışdıq. Görünən ədəbi prosesdən
bu nəticəyə gəlirik ki, 2017-ci il
ilə müqayisədə, 2018-ci ildə Azərbaycan və
türk xalqları arasındakı ədəbi-mədəni əlaqələrin
inkişafında bir az da sürətlənmə
müşahidə edilir.
Eşqanə
Babayeva
Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.28.