Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini yazıçı
Anarla görüşüb
Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anarla görüşüb.
REAL xəbər verir
ki, bu barədə
APA-ya Birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə,
Anar I Asiya Yazıçılar Forumunda
çıxış edib:
“Çıxış zamanı
Qazaxstanın prezidenti
Qasım-Comərd Tokayev
də ordaydı. Anar müəllim Forumda çox gözəl təkliflərlə çıxış
elədi. Onun çıxışı
hamı tərəfindən,
o cümlədən president Tokayev tərəfindən
çox yüksək
qiymətləndirildi. Buna
görə də Forumun ikinci günü Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Anar və bir
qrup başqa yazıçı ilə görüşdü”.
X.Rza I Asiya Yazıçılar Forumu haqqında da danışıb: “Forumun məqsədi Nobel mükafatına alternativ sayılacaq “Böyük Asiya” mükafatını təsis etməkdir. Mükafatın məbləği 1 milyon dollar olacaq. Qazaxstan dövləti bunu öz ölkələrini
Asiyanın mədəni,
ədəbi mərkəzinə
çevirmək məqsədi
ilə təsis edir. Yəqin ki, forumun işi yekunlaşandan sonra mükafat təsis olunacaq”.
Qeyd edək
ki, sentyabrın 4-də
Qazaxıstanın paytaxtı
Nur-Sultan şəhərində
I Asiya Yazıçılar
Forumu işə başlayıb. Azərbaycandan Forumda Yazıçılar
Birliyinin sədri, xalq
yazıçısı Anar, qurumun Mətbuat xidmətinin rəhbəri
Xəyal Rza iştirak edib.
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 4.