Ədəbiyyat qəzeti”ndə
yeni imza - şair...rəssam Orxan Yaşar
Orxan Yaşarın
42 yaşı var. Rəssamdır. Şeirlər yazır.
Görüşdük. Söz-sözü çəkdi. Ucaldan danışdıq.
Ucal Haqverdiyevdən. Ucalın rəsmləri qədər də əsrarlı olan şeirlərindən...
Orxan Yaşarın
irfanla aşıb-daşması
hər halından, rəsmlərindən və
şeirlərindən bəlli.
"İntrospeksiya və ya qırxıncı bağ" şeirini - sufi-irfani kompozisiyanı oxuyub
Ucalın "Sehrli bağ" tablosunu xatırladım. Fərqli
bağlar olsa da, hər iki
bağda metafizik rüzgarlar əsir... Ucaldakı xristian obrazları ilə Orxandakı təsəvvüf motivlərinin
mübhəm mənalar
dünyası birləşir
və bir bütövə çevrilir.
Bir az
da Əhməd Yəsəvi introspeksiyasını
yada salır. XXI yüzilin irfanı
budur. Neosufizm, yaxud neoirfan düşüncəsinin dirilişi,
poeziyada irfana qayıdış, məncə,
belə olur...
Orxan Yaşarın
şeirlərini oxuduqca,
Azərbaycanın bəlli
poeziya məkanından,
buradakı səs-küydən
və iddialardan uzaq, bu qədər
ayrıca, fərqli, bu qədər özümlü, həm estet, həm də iman işığıyla
dolu və heç bir səslə qarışığı
olmayan poetik ruhun varlığına heyrətləndim.
Şeirləri ilk dəfədir ki, çap olunur.
Azər Turan
Ədəbiyyat qəzeti.- 2019.-
14 sentyabr. S. 8.