Şəhidlik
Bilgilər,
bilməklər varıymış,
heç
demə, bilməmək üçünmüş.
Hərdən
də gözünlə gördüyün,
heç
demə, görməmək üçünmüş.
Bir
ömür yaşayıb, ötməyin,
karvanda
yox olub, itməyin,
gəlib,
sonra da getməyin,
heç
demə, gəlməmək üçünmüş.
Ulduzlar
sönmür, bilirəm,
gedənlər
dönmür, bilirəm,
şəhidlər
ölmür, bilirəm,
şəhidlik
ölməmək üçünmüş.
Sol
Küləklər
də sol tərəfindən əsir adamın,
yağışlar
da soldan yağır.
Atılan
daşa sağ çiynini döndərirsən,
daş
da sağdan adlayıb sola dəyir.
Və kürəyindəki yükləri
sanma kürəyin
daşıyır,
sol tərəfin
daşıyır o yükləri də,
o
sancıları, o ağırlıqları da.
Hara
dönsən sol tərəfindi...
sağından
vursalar da,
adam
solundan ölür.
Sevdanın
ayrılıq tərəfi
Sevda
tərəfində oldum həyatın,
özümü
ayrılıq tərəfində tapdım.
Bir addımmış sevdaya,
sevdadan
ayrılığa uzaqlar oldu.
İndi neçə uzaq var
sevdayla
ayrılığın arasında.
Və bizi ən çox bir
ayrılıq birləşdirir.
Biz
bir ayrılığın sevdalısıydıq,
bir
sevdanın ayrılığı girdi araya.
Və
sevda tərəfində gün söndürür buludlar...
Mən
buludu geyinib getdim,
hələ
də susuzluq vurur içimi.
Hələ də sevda tərəfinə
keçə bilmirəm
həyatın...
Ya həyat
elə ayrılıq tərəfiymiş sevdanın.
Bilmirsən sonrası
Qəfil
hava çönür, yağış başlayır,
ömrünə
kədərdən naxış başlayır,
dünənə
bugündən baxış başlayır,
elə
bilirsən ki... göynəməlisən.
Çırpılır üzünə
dərdin küləyi,
hər
şeyin yerində qalır heç nəyin,
sən
belə hər şeyi, belə hər şeyi,
sonunda
heçnətək bilməməlisən.
Gün
gəlir, günlərin axarı dönür,
bacanın
tüstüsü, buxarı dönür,
sonra
yandırdığın ocaqlar sönür,
bilmirsən
sonrası... neynəməlisən.
Kim dünyanı sevdisə...
Başqa
bir yol da yoxdu,
durub
çıxıb gedəsən.
Gözünü
yaşamaqdan,
çəkib,
yığıb gedəsən.
Nə
başqa bir yer də var,
başqa
saatlarıyla.
Hanı
başqa adamlar,
başqa
həyatlarıyla.
Başqa
bir yer axtardım,
bu
yer məni açmadı.
Bu
yol mənə yatmadı,
bu
yol məndən qaçmadı.
Keçmişdə
qalır hamı,
keçmiş
necə evdisə.
Ölüm
gəlib apardı,
kim
dünyanı sevdisə.
Sevgi
Göyüm
göyündən keçmirsə,
külüm
külündən keçmirsə,
bütün
yollar
sənin
yolundan keçmirsə...
keçmirsə,
sevgi deyil.
Sevgi söz yarasıdı,
göz yarasıdı.
Sevgi
ürəkdə köz yarasıdı,
buludu
yandırır,
göyü
yandırır.
Ən
isti yağışlar sevgili buludlardan yağır,
sevgili
göylərdən gəlir.
Hələ
getmədiyin yollar var,
getmədiyin
yerlər var sevgi adında.
Heç
bilmirsən gedib hara çıxır.
Başına sevgi gəlməyən
yerdə,
başına
dərd gələr,
dərdlərə
danışarsan bütün yuxularını.
Göyüm
göyündən keçmirsə...
bütün
sevgilər ayrılıqdı.
Bölünüb
Nə
vaxtsa dünya biriydi,
indi
ikiyə bölünüb.
İndi
bu böyük şəhər də,
tinə,
küçəyə bölünüb.
Bahar
da qış kimi düşür,
günlər
də daş kimi düşür,
yağış
da yaş kimi düşür,
gecə
də gecəyə bölünüb.
Hər
şey yox kimi dəyişib
ağrılar
çox kimi dəyişib,
tüstülər
ah kimi dəyişib,
ömürlər
təkliyə bölünüb.
Ayrılıq
Soyuq
kimi daşıyıram
adını
dodaqlarımda.
Vida
kimi daşıyıram
üzümü
ovuclarımda...
Səsimin
titrək yerindən
gözlərimi
duza batırıram hər gün...
Duzlu
yağışlar yağır.
Payız
kimi daşıyıram
çöhrəni
xatirəmdə.
Qış
kimi daşıyıram
səni
bu ömürdə.
İyuldu...
Üşüyürəm.
Yağır
Yenə
sevgililər yağışdan qaçır,
yağış
çiçəklərin üstünə yağır.
Hər
yan ürək-ürək sevgilər açır,
yağış
ürəklərin üstünə yağır.
Duman
örtük kimi çəkilir yerə,
ağaclar
qələmdi, əkilir yerə,
durna
lələkləri tökülür yerə,
yağış
lələklərin üstünə yağır.
Gedən
sevgilərin yolları gəlmir,
itən
xoşbəxtliyin illəri gəlmir,
kimsə
çiçək yolur, sevir, ya sevmir,
yağış
ləçəklərin üstünə yağır.
Şair ömrü
Öz
yüküm öz kürəyimdə,
çəkə
bildikcə çəkirəm.
Qaranlığın
ilməsini,
sökə
bildikcə sökürəm.
Axa bildikcə axıram,
baxa
bildikcə baxıram,
qalxa
bildikcə qalxıram,
çökə
bildikcə çökürəm.
Cığırlarda
izlərimi,
baxışlarda
gözlərimi,
vərəqlərdə
sözlərimi,
əkə
bildikcə əkirəm.
Yorğunluq
Mənim daha nəyim qalıb,
ömür
sovrulub, sovrulub.
Günlər
qara, aylar qara,
illər
qovrulub, qovrulub.
Elə
bil ki, nəmdi aləm,
günəşindən
kəmdi aləm,
başdan-başa
qəmdi aləm,
dərdlə
yoğrulub, yoğrulub.
Karvanı
ağrıyla gedir,
sarvanı
ağrıyla gedir,
zamanı
ağrıyla gedir,
zaman
yorulub, yorulub.
Yaşamadıqlarımın
yaşantısı
Sənin
məndəki yerin
gedə
bilmədiyim yer kimi
içimdən
qopmayan yoxuşdu.
Havada
yaz,
sənin
yerində qışdı,
qardı,
yağışdı.
Sənin
məndəki yerin
həsrətlə
dolu,
acıyla
dolu.
Qalan
yerlərim boşdu.
Mən
boyda boşluqda
bir
gerçək yerdi günəşsiz,
bir
doğru xəbərdi sənsiz,
o qədər
gerçək ki...
Qarın
altında bir quş kimi üşüyür
sənin
məndəki yerin.
Sənin məndəki yerin
ayrıdı...
yaşamadıqlarımın
yaşantısıdır.
Xatırla
Xatirələr
yaralıdı, dəymə heç,
dərd
qapısı aralıdı, döymə heç,
istəyirsən...
mənə bir şey demə heç,
ara-sıra
bulud-bulud xatırla.
Hərdən
də bir xəyalları al, gedək,
o
yolları gözlərindən sal, gedək,
istəyirsən...
xəyallarda qal, gedək,
ayrılığı
umud-umud xatırla.
Kimsə
itsin dumanında illərin,
qayıtmasın
gümanında illərin,
istəyirsən...
səndə qalsın əllərim,
sonra
məni unut, unut, xatırla.
Məndən
savayı
Dincəl,
o gəlməyən günlərdə dincəl,
incəl,
üzüldüyün tellərdə incəl,
indi
düşünürsən, boşuymuş səncə,
bir
ömrə bu gəliş-gediş havayı?..
Çəkil,
çəkilməyən rəsmdən çəkil,
sevə
bilmədiyin isimdən çəkil,
sevda
tilsimiymiş, tilsimdən çəkil,
bitsin
ayrılığın bu bəm harayı.
Atlan,
ürəyimin başından atlan,
gördün
qış sərt keçir, qışından atlan,
çırman,
gözlərimin yaşından atlan,
gör
hara düşürsən məndən savayı.
Elçin
İSGƏNDƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2019.- 14
sentyabr. S. 15.