İbrahim, sən
qəmləri qıra
bilməzsən
və baltanı ən böyük qəmin üstünə qoyub
sonra Allahınla birlikdə gülə bilməzsən.
Sən yalnız
"Okanol"da kiçik
bir restoranı
süpürə bilərsən
Və hərdən
bir qızcığaza
göz vura bilərsən.
Yox, mən
həmin İlyas deyiləm ki,
hələ də canı var
və böyük dənizlərə hakimlik
edir.
Mən yalnız
bunu edə bilərəm ki,
Depressiya dərmanlarımı unutmayam.
və muğayat olam ki,
sərxoşluğum şəhərin
ətrafına yoluxmaya.
Qaranlığın davamı
var
gəl dodaqlarımızı
yandıraq.
Sərgərdan ruhumuzu göy üzünə göndərək
Bulud olsun
Yağsın
və bizi darıxan qarışqacıqlar
təki
içində boğsun.
Bəli...
Gərək hərdən xəyalpərəst
olam.
İbrahim,
Biz kitabsız, çörəksiz,
məktubsuz peyğəmbərlərik
ki,
səhərləri gecənin
ac qoynunda
yuxudan ayılırıq.
Alnımızın qırışlarını
ütüləyirik
Və qonşunun
xoşbəxt İsmayılına
gülümsəyirik
Bəli...
Yaxşı olar, hərdən yalan danışaq!
Dənizə baxdığında
dəniz də səni izləyir.
Yaxınlaşma,
qorxuram,
ola bilər qollarını açıb
səni özü ilə aparmaq istəyər.
***
Qırmızı köynək
sənə yaraşır,
yoxsa sən qırmızı köynəyə?
Külək tumurcuqları
barlandırır,
yoxsa sənin gözəlliyini?
Psixoloqum deyir:
"Nostalgiya"ya mübtəla
olmusan
Məni bağışlayın,
hörmətli tənqidçilərim,
əgər incə
qaydalarınıza riayət
etmirəmsə.
Bu günlər bütün qafiyələri uduzmuşam.
Torpaqlar mina doğur.
Şərablar sidik dadıxır.
Qurdlar sürünü
sürüyür.
Və o kəs
ki, yuxarıda yuxlayıb
Oyunun qaydasını
unudub.
Səni düşünmək
istəyirəm
ki, damarlarıma yoluxmusan.
AİDS kimi Afrikada
Depressiya kimi Qərbdə
Səni düşünmək
istəyirəm,
amma deyirlər:
İyirmi beş tikədən ibarət olan bir qayıq idi
İyirmi beş min yara
İyirmi beş min ümid
Deyirlər:
Onların içində
bir ağız sənin ağzının
gözəlliyitək çığırıb:
kömək!..
Bir əl sənin gözəlliyintək
çığırıb: ...
Səni düşünmək
istəyirəm,
O qayığa
yox ki, okeanda
qərq olub.
O uşaqlara
ki, ticarət olurlar...
Alış-verış zəmanəsidir, əzizim.
Sən saçlarını
on dinara satırsan
Mən bu şeiri sənə yazıram
və paytaxta email gödərirəm
bəlkə bir mükafat qazana biləm.
Psixoloqum deyir:
Yeni bir sevgili tap
Təmiz hava al
Nə fərqi
var?..
Sən ki, yoxsan...
Bu otağın nəfəs çəkməyə dəyəri
yoxdur.
Bəzi vaxtlar vardır
əşyanın sümüyü
çürüyür
və çürüklük
divardan yağır.
Bəzi vaxtlar var
Nə aprel ayının sərçə
nəğməsi
Nə bir səmimi səs
Nə də, şəkildən ananın
baxışı səni
qane etmir.
Həyat qane etmir!
Və sənin
bir azca ölümə ehtiyacın
var...
***
"Bahara, yar, Tabsız
ürək"
Hə...
Oxu!
Sevgilim eşitsin
simlərin,
dirəklərin arxasından
Biz həmin darısqal küçədə tanış olduq
Yavaşca addımladıq
Yavaşca gülümsədik
Və yavaşca
itdik
***
Hərdən bu küçələri
tanımıram kimi düşünürəm
Bu küçələri birinci
dəfədir kimi görürəm,
Və ağaclar
məni bir-birinə göstərirlər
Gecələr yatmazdan
öncə
Bir quş özünü yatağıma
vurur.
Səsinə qulaq asıram,
Kədərli nəğmə
ilə deyir:
"Özgə... Özgə...".
Özümü tapmaq istəyirəm,
Səni kütləvi
qəbiristandan tapmaq istəyirəm,
Sevgilimi sərgərdan
divarların
arasından tapmaq istəyirəm.
Bir qadın
eyvandan səslənə
Və mən bütün ayaqlarımla ona tərəf qaçam...
Tərcümə edəni:
Ümid Nəccari
İlyas Ələvi
Ədəbiyyat qəzeti.- 2019.- 14 sentyabr. S. 25.