Gülhüseyn Hüseynoğlunun
“Mücrü”
kitabının təqdimatı keçirilib
Edebiyyatqazeti.az
xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
Xalq yazıçısı,
görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun
seçilmiş əsərlərinin
yer aldığı “Mücrü” kitabının
təqdimatı keçirilib.
AMEA-nın dəstəyi
ilə nəşr olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.
Tədbiri AYB-nin katibi İlqar
Fəhmi açaraq G.Hüseynoğlu yaradıcılığını
yad etdiklərinə görə AMEA rəhbərliyinə
təşəkkürünü bildirib. Birliyin katibi, Xalq yazıçısı Çingiz
Abdullayev sovet hakimiyyəti illərində
azadlıq uğrunda mübarizə aparan yazıçının məşəqqətli
həyatından söhbət
açıb.
Sonra yazıçının
yaradıcılığı haqqında ətraflı çıxış edən
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli yazıçının
Azərbaycan ədəbiyyatının
inkişafındakı mühüm
rolundan bəhs edib.
Kitabın ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə
Mikayıl Müşfiq
şeirlərinin vurğunu
olduğunu və şairin yaradıcılığını
dərindən araşdıran
G.Hüseynoğluna böyük
rəğbət bəslədiyini
söyləyib.
G.Hüseynoğlu yaradıcılığı və
şəxsiyyətindən bəhs edən akademik Teymur Kərimli mənsur şeir ustası G.Hüseynoğlunun Avropa və rus ədəbiyyatından
daha çox, məhz klassik Azərbaycan ədəbiyyatı
ənənələrinə söykəndiyini vurğulayıb. T.Kərimli yazıçı
ilə bağlı xatirələrini də bölüşüb.
Tədbirdə, həmçinin akademik
Abel Məhərrəmov, filologiya
üzrə elmlər doktorları - Vaqif Yusifli, Məmməd Əliyev və digərləri çıxış
edərək G.Hüseynoğlu
ilə bağlı xatirələrini bölüşüb,
yazıçının antisovet
fəaliyyətindən, azadlıq
uğrunda mübarizəsindən
danışıblar.
Sonda yazıçının
oğlu Toğrul Abdullayev kitabın nəşrinə görə
AMEA rəhbərliyinə və
tədbirin iştirakçılarına
öz minnətdarlığını
bildirib.
Ədəbiyyat qəzeti.- 2019.- 21
sentyabr.- S.5.