Azərbaycanın yaşayan
mirası
- Sakit Məmmədov
Bu günlərdə İstanbulda böyük sənət triumfu yaşanır. Bu qədim şəhərin "Tophane-i Amire Kültür ve Sanat Merkezi"nin "Baş Kubbe" zalında dünya şöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun "Opalizm" adlı fərdi sərgisi keçirilir. Sərgi bir ay müddətində (5 sentyabr - 5 oktyabr 2019) sənətsevərlərin ixtiyarında olacaq.
Türkiyə mediasını izlədikcə bu sərgiyə marağın hansı böyük arealda olduğunu ilk baxışdaca sezmək olur. Türk mətbuatı Azərbaycanın xalq rəssamı Sakit Məmmədovu "Azərbaycanın yaşayan mirası olaraq dəyərləndirir. Əsərləri dünyanın ən məşhur qalereyalarının, muzeylərinin daimi eksponatlarında qorunan, adına Avropada orden, marka təsis edilən, çəkdiyi "Dədə Qorqud" tablosu Türkiyə Respublikasının pul vahidinin üzərində sərgilənən, dünyanın müxtəlif şəhərlərində 70-dən çox sərgisi keçirilən, bir məqaləyə sığmayacaq qədər ünlü mükafatlara, fəxri adlara layiq görülən Sakit Məmmədov həqiqətən də Azərbaycanın yaşayan mirasıdır. Onun sənətinin heyranları arasında kimlər yoxdur? İngiltərə kraliçası II Elizabet, Roma papası II İohann Pavel, italiyalı aktrisa Monika Bellucci, Rusiya Rəssamlıq Akademiyasının Prezidenti Zurab Sereteli, böyük rəssam Tahir Salahov...
Bu ilin 15 mart tarixində
Bakıda möhtəşəm
"Kristall-holl"da Sakit
Məmmədovun fərdi
sərgisi oldu. Sərginin açılışında
mən də iştirak edirdim. "Kristall Holl"
həmin gün özünün ən izdihamlı günlərindən
birini yaşayırdı.
Dövlət rəsmiləri,
millət vəkilləri,
ölkəmizin ən
məşhur elm, mədəniyyət
xadimləri, xarici qonaqlar tələbələr,
məktəblilər, müxtəlif
peşə sahibləri...
Və "Kristall Holl"a bayram əhval-ruhiyyəsi verən
möhtəşəm tablolar.
Bu sərgi həqiqətən
də bir sənət bayramına bənzəyirdi. Növbə yaranırdı.
Həmin
sərgidə məni
ən çox duyğulandıran, həyacanlandıran
insanların tablolarla şəkil çəkdirməsi
idi. Şəkil çəkdirən insanlar, sanki ruhən həmin tablolarla qaynayıb qarışır, birləşirdi.
Sakit Məmmədovun əsərlərində
bir müsbət aura
var. İnsan bu müsbət auranın cazibəsinə tez düşür. Və bir
daha bu cazibədən
ayrılmaq istəmir.
10 gün çəkən
bu sərgini hər gün yüzlərlə sənətsevər
ziyarət elədi.
İndi
mən internetdə, ulu memar Sinanın
inşa etdiyi tarixi "Tophane-i Amire Kültür ve Sanat Merkezi"nin
"Baş Kubbe" zalında böyük rəssamımızın sərgisindən
möhtəşəm, izdihamlı,
bayram əhval-ruhiyyəli
görüntüləri izlədikcə,
15 martda "Kristall holl"dakı həmin unudulmaz sərgi bir daha yadıma
düşdü.
Və bir daha inandım ki, günümüzdə
incəsənətə marağın
azaldığını iddia
edənlər yanılırlar.
Əgər böyük sənət varsa, onun izləyiciləri
həmişə olacaq.
Sakit Məmmədov
hadisəsi dediklərimizin
ən bariz nümunəsidir.
Etibar Əbilov
Ədəbiyyat qəzeti.- 2019.-
21 sentyabr.- S.15.