Miqrantı azdıran yollar
Yaşar Bünyadın kitabı
haqqında
Hər il neçə
gənc doğma elini, obasını, ata ocağını, böyüyüb boya-başa
çatdığı kəndi
atıb iş dalınca balaca şəhərin böyük
sıxlığına - Bakıya
can atır. Hər il neçə
gənc ata nəfəsini, ana qoynunu yar busəsinə
dəyişmək üçün
böyük sıxlığın
balaca adamlarına tərəf qaçır.
Hər il
neçə ana, neçə ata övlad yolu gözləyir. Neçə qadın "Qaytar,
ana borcunu" şeirini əzbərləyir?
Bu həqiqət çox
üzücüdür. Bir qadın
dostum mənə tez-tez dərdini danışır, şikayət
edirdi. Deyirdi ki, ərimə
nökərçilik etməkdən
bezmişəm. Qadının ərini bir neçə dəfə görmüşdüm. Çox mədəni,
zəhmətkeş insana
bənzəyirdi. Həftənin şənbə, bazar günləri də çalışırdı ki,
ailəsi, uşağı
kiməsə möhtac
olmasın. Qadınsa gündə
bir dəfə yemək bişirməyi, həftədə bir-iki dəfə paltar yumağı nökərçilik
hesab edirdi. Sonra boşandılar. İndi qadın
bir kafedə xidmətçi işləyir.
Hər gün ən azı 20-30 kişiyə nökərçilik edir.
Bu kişilərin də
əksəriyyəti kafeyə
spirtli içki içməyə görə
gəlirlər, bir az içəndən
sonra azacıq ağıllarını da
itirirlər və həmin qadına sataşırlar, alçaldıcı
sözlər deyirlər.
Görəsən, bu qadın
heç düşünürmü
ki, əsl nökərçiliyi indi
edir?
Yaşar Bünyadın "Miqrant"
hekayəsini oxuyarkən,
nədənsə, bu hadisələri xatırladım. Rusiyanın soyuğunu,
şaxtasını görməyən
adamlar elə bilir ki, Rusiya
bazarında işləmək
çox asandır.
Ancaq
"Miqrant" hekayəsini
oxuyarkən bizim üçün bir çox məsələlər
aydınlaşır.
1. Bazarda etnik qarşıdurmalar
var, çox zaman da "qara millət" saydıqları qafqazlılara
bəslənən nifrət
dava-qırğına səbəb
olur.
2. Pul vətən həsrətinə əlac
tapa bilmir. Vətəndən, doğmalardan uzaqda
sadəcə pul üçün yaşadığını
anlamaq və bunu anlayaraq çalışmağa, yaşamağa
davam etmək çox çətindir.
3. Ölkə xaricinə gedərkən sonrakı taleyindən əmin olmamaq, orada sənə qəyyumluq edəcək insanın olub-olmadığını bilmədən
vətəni tərk etmək və s.
Nə qədər
insan həyat şəraitini təmin etmək və yaxşılaşdırmaq üçün
Rusiya bazarlarına üz tutub. Nə qədər adam
əli pulla oynasa da, xoşbəxtlik
tapa bilməyib. Daha çox pul qazandıqca daha böyük boşluğa
yuvarlanıb. Ancaq məişət
zəkası ilə yaşayan adamı pul xoşbəxt edə bilər.
"Miqrant" hekayəsini
oxuduqca anlayırsan ki, hekayədə avtobioqrafik məqamlar var. Onu da başa
düşürsən ki,
miqrant niyə xoşbəxt ola
bilmir?
...Komandir anamın atamdan başqa heç kimin toxunmağa haqqı çatmayacağı yeri
söydü.
("Miqrant " hekayəsindən).
Çox dərin, dəhşətli
təsvirdir. Bircə cümlə ilə
diqqətli oxucuya hər şey aydın olur. Sovet illərinin hərbi xidmət qaydaları gözlərinin qarşısında
canlanır. Müəllif
o dövrün hadisələri
və mahiyyəti ilə bizi, əsasən də gənc nəsli tanış edir.
"Hürməyən küçüyün ariyası"
və "General" hekayələrində
çox həssas məqamlar var. Qaba xarakterinə görə heç kimlə ünsiyyət qura bilməyən Kərimin yeganə təsəllisi
General adı verdiyi itin hürməsi olur. İtsə tərsliyinə salıb
hürmür ki hürmür. Kərim elə
zənn edir ki, yəqin it laldır. Son məqamda görürük
ki, Kərimə qalan elə azdırmaq istədiyi, nifrət bəslədiyi, bəzənsə yazığı
gəldiyi it olur.
İt Kərimin ölüm anında hürür.
Sanki hayqırır, sahibinin ölümünə
etiraz edir. Müəllif növbəti hekayədə
itin dilindən elə təsvirlər verir, elə məqamlara toxunur ki, dəhşətə gəlirsən. Yaşar Bünyadın
hekayələrində xüsusi
təhkiyə, dilin
alt qatına enmə, özünəməxsus təsvir
imkanları və zəngin həyat təcrübəsi var. Həyat
təcrübəsi və
yazdığın dili
mükəmməl bilmək
yazıçı üçün
ən vacib amildir. Yaşar Bünyadın hekayələrini
oxuyanda əmin olursan ki, müəllif
hər iki üstünlüyündən mükəmməl
istifadə edir.
"Hürməyən küçüyün ariyası"
və "General" hekayələrini
oxuyan zaman məni bir sual
maraqlandırırdı. Görəsən, hansı daha çox bədbəxtdir, ümidini ancaq bir itə bağlayan
Kərim, yoxsa zamanında hürmədiyinə
görə Kərimin
ümidlərini məhv
edən General. Adı
General olsa da, bu it ancaq
Kərimin can verdiyi anda cəsarət tapıb hürür. Kərim, əslində, mənfi obrazdır. Tüfeyli günlər keçirərək
həyatını məhv
edib, ömrü boyu təkliyə məhkum olunub. Bu məqamda mən Bulqakovun məşhur sözlərini xatırlayır
və xatırladıram:
"Pis insan yoxdur, bədbəxt insan var".
Görəsən, hansımız daha çox bədbəxtik? Kəndimizə
səssizcə ölməyi
dəb salan Cabbar kişi
("Quşlar qayıtdısa"
hekayəsi), tüfeyli
həyata meyil edib özünü məhv edən Kərim, hürməyə
cəsarəti çatmayan
General adlı it, bu qədər kədərli
obrazların faciəsini
öz içində daşıyan Yaşar Bünyad, yoxsa bu hekayələri oxuyub dəhşətə
gələn, müəllifin
istedadına qibtə edən Nicat Həşimzadə?
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2019.-
21 sentyabr.- S.23.