Kimdir eqoist?!
Adətən, ayda bir kərə
sosial şəbəkələrdə,
saytlarda ədəbi mühitin varlığını
müşahidə və
analiz günü kimi keçirirəm. Sosial şəbəkələri
götürək. Bir
çox hallarda bizim yazarlara hansısa əcnəbi pasportu daşıyan şərh yazan kimi "abi"lər,
"hocam"lar sözləri sarmaş-dolaş
olur. Onların bir şərhi
belə, cavabsız buraxılmır. Zarafatlarını sosial şəbəkə
dili ilə qeyd etsək, smayliklər gen-bol bulaq gözündən axan suya çevrilir.
Amma o əcnəbi pasportludan dəfələrlə üstün
olduğuna inandığım
azərbaycanlı şərh
yazsa, xüsusən də hər hansı statusu yoxdursa, onu görməyəcək.
Hətta
zarafatlarından ciddilik
tələb edəcək.
Niyə?
Səbəb odur ki, azərbaycanlı yazıçıdır?
Əgər istedadına görə
onlardan aşağı
səviyyədə olan
birisi olsaydı anlardım.
Və yaxud götürək bəzi səfərləri. Öz ölkəsində ciddiyə alınmayan ikinci, üçüncü
və daha aşağı səviyyəli
yazıçıları öz
üzərimizdən yuxarıda
əyləşdiririk. Onlara hörməti, yanaşmanı
özümüzdən fərqli
etmək. Xeyr, bu,
qonaqpərvərlik də
deyil.
Bilirsiniz, bu nədir? Əziklik sindorumudur,
bizlərdən olmayan
bizdən daha üstündü psixologiyasıdır.
"Pasport" fərqinin acımasız etirafıdır.
Əzizlər, sonra deyirsiniz niyə bizi saya salmırlar. Siz özünüzü
saya saldınız da, başqası saymadı?
Ədəbi mühitimizdə tez-tez bir-birimizə olan ögeylikdən, qısqanclıqdan,
paxıllıqdan danışırıq. Bunu həm
istedadlı şəxslər,
həm də özünü istedadlı
sanan şəxslər
dilinə gətirir.
Aşağı-yuxarı 90% belə düşünür.
Ədəbi gənclikdə
isə az
qala bunu hamıya şamil etmək olar.
İstedadlıyam, məni görmürlər.
Kitabım çıxdı, haqqında
kimsə yazmadı və ya az yazdılar.
Ciddi mətn
yazdım, paxıllıqla
yanaşdılar, görməzdən
gəldilər.
Mən yaxşı
yazıram, amma qısqanclıqla yanaşıb,
sanki məni tanımırlar görüntüsü
yaradırlar.
Adi statuslarıma,
ciddi olmayan açıqlamalarıma münasibət
bildirənlər şeirimi
görəndə yoxa
çıxır.
Və s.i.a.
Hər birimizin
şikayətləndiyi, amma
bu eqoistləri özümüzdən başqa
yerdə axtardığımız
sonuna kimi tapmadığımız insanlar
bəs harda mövcuddur, harda yaşayır?! Bəlkə elə öz içimizdə, ruhumuzda yaşayır o insanlar...
Bu ögeylər, eqoistlər
kimdir axı? Hər şeyi
başqalarında axtarmaq,
gözləmək doğrudumu?
Olmaz ki, içimizdəki eqoist qalasını dağıdaq? Bəlkə
başqaları da bizdən kiçik bir jest gözləyir... Sadəcə, barmaq boyda kiçik bir jest...
Elə götürək,
bəndəniz Emin Pirini. Diqqətlə analiz edirəm.
İndiyə kimi mənim
yaradıcılığıma şairlər, yazıçılar,
tənqidçilər ümumiyyətlə,
ədəbiyyat adamları
onlarla yazı həsr edib.
Bəs mən? Müsahibələrimdə,
açıqlamalarımda ad çəkməyi istisna etsək bir şair haqqında bir yazı belə
qeyd etməmişəm.
Elə öz içimizdəki eqoizmi dağıdaq.
Bu qədər eqo ruhumuzu yeyib,
olan-qalan istedadımızı
da məhv edəcək.
Bilirəm, yenə günahkar ovuna çıxacaqsınız. Başqalarında görəcəyik, axtaracağıq.
Kimsə
özündə səhv
tapmayacaq. Elə isə
deyirəm, bu mühitin ən eqoist adamı mənəm. Bütün günahlar
məndədir. Bəli, o başqası
tapıldı. Rahat
ola bilərsiniz.
Ruhunuzu sevgiyə təslim edin və bir-birinizə qucaq açın!
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.-
21 sentyabr.- S.29.