Oxucu, yoxsa
yazıçı qıtlığı?!
Bədii
mətn kitablarının
satışı zəifdir
və ya yerli yazıçıların
kitabları az
alınır. Oxucu qıtlığı
var. Bu kimi ifadələrə
adətən yazıçılarımızın
müsahibə və açıqlamalarında rast
gəlirik.
Və yaxud bizdə yaxşı mətn yazan yazıçılar yoxdur,
azdır və.s. Buna görə də yerli yazıçıları
oxumur, kitablarını
almırıq. Bunasa bir
çox hallarda oxucu kütləsinin giley-güzarında rast gəlirik.
Hər iki tərəfin özünə
uyğun arqumenti və yaxud özünü
sığortası var. Yazıçı
oxunmamasına, kitabının
satılmamasına bəhanə
tapır, oxucusa kitab almamağına, oxumamağına.
Hər iki tərəfin haqlı və haqsız tərəfləri var.
Ağız dolusu
danışdığımız sovet ənənəsində
on minlərlə müəllif
kitablarını alan kütlə birdən-birə yoxa çıxa bilməzdi. Belə bir ənənə özünü ən azı bir neçə
onillik irəli aparmalıydı. Ona görə
də Azərbaycanda oxucu qıtlığı
var deyimi tam yerinə düşmür.
Kifayət qədər intelektual,
şeirə, kitaba ac kütlə var.
Azərbaycanda yaxşı yazıçı
yoxdur deyən oxucularınsa adətən
dünyada ciddi ədəbiyyat nümunəsi
sayılmayan, bədii
mükafatlar kateqoriyasına
daxil olmayan əcnəbi yazıçıların
oxucusu olduğunu görərik. Ən yaxşı haldasa
bütün dünyanın
qəbul etdiyi şablon imzalarla kifayətlənirlər. Çünki bu adlar onlarda
ciddi oxucu alqısı yaradır.
Serial, detektiv, sevgi gündəliyi kimi əsərlərin fanatı, oxucusu olan adamın keyfiyyətli mətn axtarışı absurddur.
Bu tip şəxslərin bundan
sonra yerli yazıçıları qınaması
ən azından ayıbdır.
Azərbaycanda oxucu yoxdur deyən
yazıçıyla, Azərbaycanda
yaxşı yazıçı
yoxdur deyən oxucuların iksi də eyni kateqoriyaya
daxildir. Bir-birlərindən fərqləri yoxdur
mənim gözümdə.
Hər ikisi yalan danışır.
Azərbaycan ədəbi mühitində
ən böyük
problem yazıçıların öz oxucusunu, oxucununsa öz yazıçısını tapa
bilməməsidir. Hər iki
tərəf öz bazarını ya tapa bilmir, ya
da yanlış yönlərdə axtardıqlarından
bu kimi bəhanələr
ortaya çıxır.
Azərbaycan şairini bəyənməyib,
dünya ədəbiyyatından
ağız dolusu danışanların da sonradan yerli yazarlardan iki, üç qat zəif yazarların oxucusu olduğu göz önündədir.
Kitab almayan kütlənin adətən
texnologiyanın inkişafını
bəhanə etdiyini də görürük. Bəli, texnologiyanın
inkişafı bir çox kitabları pdf, internet variantında əl çatan edib. Amma bunu kitab almamağa bəhanə gətirmək özünü
sığortalamaqdır. Əslində bu kəsim ümumiyyətlə
kitab oxumur və ya ara sıra başqalarından geri qalma deyə əlinə kitab alanlardır. Yəni reklam xatirinə
və.s.
Kiçik nümunə gətirək. Kino istehsalının inkişafı
zamanı teatrın sıradan çıxacağını
söyləyirdilər. Amma müəyyən dövrdən
sonra kütləviliyi
azalsa da daha böyük "teatr bazarlar"ı ortaya çıxmağa başladı. Teatr canlı
kinodur. Ən istedadlı aktyorun
özünü təsdiqi
isə teatrdan keçir. Normal zövqə malik olan kimsə "canlı kino"dan vaz keçmir.
Eynilə texnologiyanın inkişafı
da kitab bazarını öldürür
deyimləri kitab oxumayan kütlənin özünü sığortası,
bəhanəsidir. Əksinə, texnologiyanın inkişafı
sənin öz yazıçını tapmağa
köməkçi olur,
yeni kitab bazarlarının yaranmasına
səbəb olur.
Eyni zamanda zövqünü oxşayacaq müəllifi
daha qısa müddətdə tapmağa,
onun kitabını almağa yönləndirir.
Hər halda müasir dünyamızda bir çox nəşriyyatlar
kitablarını internet üzərindən
sataraq hər il milyonlarla
gəlir etməsi gözümüzün qabağında
baş verir.
Bir sözlə texnologiya inkişafını bəhanə
etmək bizim kimi cəmiyyətlərdə
kimlərçünsə keçərli
ola bilər, amma ümumilikdə gülünc doğuran arqumentdir.
Bəli, texnologiya daha çox şeir kitablarına təsir edə bilər, amma bir şairi
tam dərk etmək, onun haqqında yekun rəy vermək üçün
internet dünyası acizdir. Bir şairi
bütöv tanımaq
onun kitabından keçir.
Bizim mühitdə
səmimiyyət adətən
özünü yaxşı
anlamda doğrulda bilmir. Yazıçı-oxucu arasındakı münasibət
adətən oxucu-yazıçı
münasibətinə deyil,
süfrə mədəniyyətinə
çevrilir. Amma qərb
ədəbiyyatında bu
adətən süfrə
ilə birgə daha sadiq oxucunun
yaranmasına səbəb
olduğu halda bizdə isə əksinə, o bütü
dağıdır. Bu səbəbdən bir çox yazıçılarımız
araya böyük bir sədd yerləşdirir.
Bəlkə də doğrusu budur.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.-28
sentyabr.- S.9.