Ürək köz-köz yanar
dərdiylə, heç
büryanə mən sığmam,
İki hicran sığarsa məndə,
bir Hicranə mən sığmam.
Qələm israrlı yazmaqda,
fəqət həsrət
olur hasil,
Vüsala hicran hakimdir, gələn fərmanə
mən sığmam.
Üzüm tutdum, o loğmanə,
məni fərz etdi divanə,
Əl atdı çarə-dərmana,
dedim, dərmanə mən sığmam.
Darardım qarə tel-tel, ağlayıb küsdanə
bənd etdim,
Halım pisdir, qəmim gizli, açıb pünhanə mən sığmam.
Bəniz
solğun, könül
darğın, yolum çovğun, dizim yorğun,
Nə fənd
qurmuş bu dünya bilməm heç ünvanə mən sığmam.
Başım uca, qolum qoynumda, şer yazdım özüm boyda,
Bu dünya boyda qəlb ilə, kiçik bir canə mən sığmam.
Nəsiminin gəzər dillərdə
şeri, fəth edər qəlbi,
İki dünyaya
sığmazkən o, bu
meydanə mən sığmam.
Yaşıdam tarixə, şanım,
adım aləmləri
tutmaz,
Tərifə boş verin, əsla, cəlala, şanə mən sığmam.
Dedim öz dərdimə ağı, yaram dərin, fərağ acı,
Asandır hicranın dağı, yalan, böhtanə mən sığmam.
Yarıdan yer yarılsa,
gen cahanı dar olar, ağlar,
Deyər Xalidə Hicran ki, belə zindanə
mən sığmam.
Dərya olsa
Dərya
olsa həyat eşqin, quruyacaq bir gün o da,
Gəncliyin də əldən gedər, həzin-həzin
düşər yada.
Bir damcı suyu qalarmı o dəryanın,
o behiştin,
Köçüb gedər qəm karvanın, kəcavədə
nakam eşqin.
Gələr ömrün ahıl
çağı, yada
düşər xatirələr,
Həsrət çəkər ürəyinə
uzaq sevgi dolu günlər.
Bir qızılgül butasıdır,
açar, yayılar qoxusu,
Gənclik ömrün yaz çağıdır, qocalıqsa
qış yuxusu.
Xalidə Hicran SEYİDOVA
Ədəbiyyat qəzeti.- 2019.-
28 sentyabr.- S.15.