Bir çinar
hekayəti
Xatirə-poema
İndi karxana var dağlı sinəmdə
Yaddaş qəlpə-qəlpə
qaysaq qoparır.
Araz
ağrısında yeri göynəyən,
Yaddaşın bir çinar
hekayəti var.
Axşamda, səhərdə qapımı
döyən
Uşaqlıq çağımın əmanəti
var.
Yağı qabağında qürurlu
çinar,
Dayanar budağı,
qolu sınsa da.
Donar, yaddaşında bir Araz donar,
Hər iki sahildə Vətən yansa da.
Yolub saçlarını yellərə
verib,
Şapalaq yarpaqlar ələm-ələmdi.
Ümid bu yerlərdə qəribdən-qərib.
İnam qara geymiş dərdli qələmdi.
Babəkin vurulmuş qolları
sayaq,
Budaqlar qırılıb
yanına düşüb.
Bəlkə, olanları birbəbir
sayaq;
Görək, hansı olay necə ötüşüb?
Deyirəm bu dünya heç belə getməz,
Yaddaş yuxuların çin olmağı var.
Demə
bu dünyanın qovğası
bitməz
Haqqın-ədalətin can almağı var.
...Babama dost olan, atama sirdaş,
Şəkərəli əmi yaxşı kişiydi.
Hər sözü xatirə, kəlməsi yaddaş,
Kənddə xeyir əməl onun işiydi.
Xoş qılıq danışıq,
sözü bütövdü,
Hərdən şirin-şəkər gülməyi
vardı.
Xoş xəbər dilində sovqatdı, sovdu
Pis sözü
dilindən seçib qovardı.
Keçmişi iştahla çözələyərdi,
Əlində yediyi dürməyi kimi.
Qismətə baş qoyar, boyun əyərdi
Haqqı nizamında görməyi kimi.
Bir gün də atama xoş xəbər dedi:
Şər daban göstərsin, gülsün səhərin.
Qismət məni çəkdi, istək yeridi.
Çiçəyi çırtlasın sevinənlərin.
Getdim Haraylana... oğluna de ki,
Adına, bəxtinə bir çinar əkdim.
Boy atıb böyüsün
o çinar təki
Söylə ki, taxtına bir ağ
yol çəkdim.
Min doqquz yüz əlli üçüncü
ili
Zaman yola salır... payızı, qışı...
Bir insan əlinin xeyir əməli
Bir gün qada sovar, kəsər
qarğışı.
Şəkərəli əmi illər uzunu,
Əkdiyi
çinara məni tay tutdu.
Araz ağrısının sükut
buzunu
Qıran xatirələr sözə
"toy tutdu".
Şirvan
bulağının dumduru
suyu,
Çinarın boyunu, soyunu sevdi.
Qismətim bəxtimə çalınan
toyu
Taleyim bu toyda "oyunu" sevdi.
Oxatan bürcündə, ilan ilində,
Bir bulaq başına əkildi qələm.
Tanrı
dəftərində, mələk
əlində
Bir tifil bəxtinə çəkildi
qələm.
Oğul
adınadı - bitsin,
göyərsin,
Şəkərəli əmi bir çinar
əkdi.
Qundaqda inləyən tifil nə bilsin,
O, çinar əkən gün tale dərd əkdi.
Evimiz hündürdə, çinar
dərədə
Baxıb qürurumla qoşa durardım.
Odlu gəncliyimi güdüb bərədə
Mən özüm-özümə
pusqu qurardım.
Çinarın gövdəsi boyu,
budağı,
Kölgə əlləriylə başımda
gəzdi.
Acı xatirəsi bir ağrı dağı,
Həsrəti ömrümdə, yaşımda
gəzdi.
Hərdən Şəkərəli əmi qolumdan tutub
Əkdiyi çinara baxıb öyərdi.
Ömrün axarında yolumdan
tutub
Bəlkə, yaddaşıma naxış
döyərdi.
Doğuldum, sevindi uruğum,
tirəm,
On dörd günü
qalmış payız
qarında.
Dil açdım dil tapam, qəlbinə girəm,
Boğuldum həyatın caynaqlarında.
Xeyir əməl kişi
bulaq başında
Bir çinar
qələmi sancmışdı
yerə.
Bir qələm tutanın öz yaddaşında
İndi ağlar qalıb o dağ, o dərə.
Nənəm deyərdi ki, sən olan günü,
Bir ulduz yanırdı göyün
üzündə.
Dan üzü səhərdə
öz gördüyünü,
Bəxtimə yozmuşdu suyun üzündə.
Göbəyimi kəsən Sənəm
nənənin
Dilləri Araza tapşırdı məni.
Üyünər ağzında bu
dəndənənin
Araz ağrısıyla
ömrümün dəni.
Yağda
piltə tutan Zülfü nənəm də
Qurbani pirinə
nəzir aparır.
İndi
karxana var dağlı sinəmdə
Yaddaş qəlpə-qəlpə qaysaq
qoparır.
İllərin qovğası ömrümü
yedi,
Bilmədim o çinar necə böyüdü.
Taleyim üzümə güldü-gülmədi,
Alnıma yazıldı çinar öyüdü.
Sinəmdə min dərdin gülləri
bitdi,
Ömür bulağından əzab içdikcə.
Hər dəfə inamdan bir zərrə itdi
Sınıq körpülərdən ötüb
keçdikcə.
...Mənim ürəyimdə
Xan Çinar adlı,
Hələ yazılmayan bir kitab yatar.
Ömrün dan üzündən
yol gələn atlı
Gün kimi doğular, Ay kimi batar.
***
Bu gecə yuxumda öpdüm yolları,
Xaraba yurdları
Araz boyunca.
Bədənsiz başları, kəsik
qolları
Sıxdım qucağıma, sıxdım
doyunca.
Yanımca gedirdi şəhid
oğullar,
Çinar oğulların boyunu gördüm.
Bitib-tükənməzdi burda nağıllar,
Sonunda almalar oyunu gördüm.
Bizi içimizdən çağıran
səsə
Əl-ələ, qol-qola haray verək biz.
Şəhid oğullarla nəfəs-nəfəsə,
Zamanın özünə sinə gərək biz.
Arzunun, istəyin diləyi gülsün,
Arazı yol bilək Vətənə sarı.
Qəzəbin tufanı tüğyana
gəlsin,
Dağılsın, sökülsün bu dərd hasarı.
***
Vətənin sinəsində,
Dərd
yarpağı saralar,
Ümidlərin səsində
Nəfəs yanar, qaralar.
Dedim sözüm göyərər,
Ümidim
xəzan oldu!
Soraq salar göy ərər,
Arzular nə tez soldu...
Göynəyən ürəklərdə,
İnam göy daşa döndü.
Vədəsiz küləklərdə
Bir çıraq
yandı, söndü.
***
Həmyaşıdım çinar təki boy verib
Ürəyimdə bitən dərdin ağacı.
Ucalığı günəş dərib,
Ay dərib,
Vüsal
adlı meyvəsindən
bar acı.
Gövdəsində göynəyidi harası,
Kövrək-kövrək əyrilənib budaqlar.
Qabıq-qabıq, qaysaq-qaysaq yarası
Dağ-dağ olub boy göstərir bu dağlar.
Ömür keçir günüm
fəsil sorağı,
Yarpaq-yarpaq, dilək-dilək saralar.
Oxunmadı bu kitabın varağı
Tapılmadı bu dərdimə çaralar.
Küştü tutduq, cəng aradıq, nə fayda?
Mən qəmləri,
qəmlər məni ötmədi.
Həsrət məndə, vüsal
qalıb o tayda
Ha çağırdım, harayıma
yetmədi.
Budağına, meyvəsinə baxıram,
Ağrı-ağrı, yara-yara barı var.
Bəxtim
gülür, dərd selində axıram,
Deyin kimin mənim kimi varı var?!
***
Bəxtimə əkilən çinar
qardaşım,
Gövdələr, budaqlar, gözlə, gələrəm.
Mənim
ömür payım -
kitab yaddaşım,
Qələmlər, varaqlar, gözlə, gələrəm.
Yaddaş
tufanından yağar bir dolu,
Taparam xatirə ağacı, kolu...
Ot-alaf bassa da çığırı,
yolu,
A yollar, yolaqlar, gözlə, gələrəm.
Ula, ulamağın canımdan keçsin,
Səsin qana dönsün, qanımdan keçsin.
Ağzı yanmış qurdum
yanımdan keçsin,
Közərən ocaqlar, gözlə, gələrəm.
O dağ da, dərə
də nəfəsə
gəlsin,
Yerisin qol-qola,
qoy kəsə gəlsin.
Dirilsin daş-qaya, bu səsə gəlsin,
A batmış soraqlar,
gözlə, gələrəm.
Başımda ağ çiçək - gülüm
gətirər,
Həsrətinə yansam, külüm gətirər.
Sözü dilim-dilim dilim gətirər,
Sinəm üstə dağlar, gözlə, gələrəm.
Quş kimi sıçrayıb keçdiyim sallar,
Bələni qıy tutan təpələr, yallar.
Sevgimə şahidsən çəpərlər,
çallar,
A günlər, a çağlar,
gözlə, gələrəm.
Başımda dolanan, yanan eşməsən,
Ürəyimi bu yol üstə
deşmə sən.
Könlümə, gözümə dolan
çeşməsən,
Öpdüyüm bulaqlar, gözlə, gələrəm.
Gözlərim qaralıb tora düşsə də,
Xal-xal ürəyimə
yara düşsə də.
Diləyim, istəyim tara düşsə də,
Soyuqlar, sazaqlar,
gözlə gələrəm.
Məni
bir alagöz qəbir gözləyir,
Daşında yazılan səbir gözləyir.
Neçə-neçə yaddaş bir-bir gözləyir,
Qara üstə
ağlar, gözlə,
gələrəm.
Əli Rza Xələfli
Ədəbiyyat qəzeti.- 2019.-
28 sentyabr.- S.26.