“Söz” Ədəbi
Layihəsi
çərçivəsində növbəti
görüş
Sentyabrın
27-də Bakı İdman Sarayında VI Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası çərçivəsində gənc
yazarlarla görüş olub.
Görüş
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Söz” Ədəbi Layihəsi
çərçivəsində təşkil olunub.
Görüşdə
gənc yazarlar Nigar Həsənzadə, Fərid Hüseyn,
Şəhriyar del Gerani, Günel Şamilqızı, Sahib Məmmədov,
Günel Eyvazlı və Aqşin Evrenin və Mehman Rəsul
yeni kitablarını təqdim edib və şeirlərini
söyləyiblər.
Tədbir
ədəbiyyata, poeziyaya marağın və diqqətin
artırılması ilə yanaşı, ölkəmizin mədəniyyətinin
təbliği, klassik və müasir ədəbiyyatımızın
dünyada tanıdılması, yeni istedadlı yazarların
aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin
öyrənilməsi baxımından əhəmiyyətlidir.
Qeyd
edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkada 81 yerli
və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya
müəssisəsi, kitab evləri və s. qurumlar iştirak
edir.
Ədəbiyyat qəzeti.- 2019.- 28
sentyabr.- S.32.