Anar obrazların
psixologiyasını,
ruh dünyasını açmaqda ustadır
"Kitab dünyası"
"Göz muncuğu" povestindən yazdı
Xalq yazıçısı
Anarın "Göz muncuğu" povesti özbək dilinə çevrilib. Bu haqda Özbəkistanın "Kitab
dünyası" qəzetində
"Yazıçı Anar
qəlbinin əbədi
döyüntüləri" ("Adib Anor qalbining
mangu zarblari", 12 dekabr, 2018-ci il
sayı) başlıqlı
geniş məqalə
verilib. Məqalədə yazıçının yaradıcılığı, söz
gücü, tərcümə
olunan əsərləri,
habelə "Göz muncuğu" povestindən
söz açılıb.
Xalq yazıçısı Anar, sadəcə, Azərbaycanda yox, eləcə də bir çox ölkələrdə tanınmış
yazıçıdır. Bu günə qədər
onun əsərləri
əllidən artıq
xarici ölkələrdə
və dillərdə tərcümə edilərək
çap olunub. Özbək dilinə yeni tərcümələrdən biri
də "Göz muncuğu" povestidir.
Povest Özbəkistanın "Zəmin"
nəşriyyatında Babaxan
Məhəmməd Şərif
tərcüməsində çap
edilib.
"Azərbaycan Yazıçılar
Birliyinə Anar kimi böyük bir yazıçı, qabiliyyətli və zəhmətkeş insanın
sədr olması Azərbaycan yazıçıları
üçün bir əsl uğurdur desəm, yanılmaram"
- deyir tərcüməçi,
jurnalist Babaxan Məhəmməd Şərif.
"Anar ölkənin ən çətin günlərini yaşadığı
qarışıq bir dövrdə Birliyə
sədr olaraq seçildi və gecə-gündüz dayanmadan
çalışdı, çabaladı.
Onun sədrlik dövründə
Azərbaycan ədəbiyyatında
bir çox işlər görüldü,
yeni nəşriyyatlar
açıldı, ədəbiyyata
aid yeni qəzet və jurnallar çap edilməyə başladı. Eləcə də
gənc yazıçılara
diqqət çoxaldı,
imkanlar yaradıldı.
Habelə, Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi
, "Dədə Qorqud
ensiklopediyasi" yaradıldı,
"Ədəbiyyat və
incəsənət" qəzeti
Azərbaycan
Yazıçılar Birliyi
təsərrüfatına keçdi
və "Ədəbiyyat
qəzeti" adıyla
çap edilməyə
başladı. Jurnalist
xalq yazıçısı
Anarın yaradıcılığı
haqqında da fikir bildirib: "Anarın yaradıcılığı
yüksək səviyyəsi
və gücüylə
fərqlənir. Yazıçı, demək olar ki, bütün əsərlərində oxucuya
əvvəla öz dərin düşüncəsini
ustalıqla çatdırmağa
çalışır və
hər dəfə buna nail olur. Yazıçı mövzu və
forma baxımından əsərlərində
hər dəfə çeşidli, fərqli yollara baş vurur, öz-özünü
təkrarlamır, yeni
xarakterlər, obrazlar yaradır. Onun hər bir əsəri oxucular arasında bəhslərə
səbəb olur, çoxsaylı rəylər
söylənir".
Jurnalist Anarın müxtəlif əsərlərini təhlil
edərək qənaətlərə
gəlib. "Yaxşı
padşahın nağılı"
hekayəsini bədii təsvir vasitələri baxımından təhlil edən jurnalist Anarın yaradıcılığı
haqda belə deyir: "Azadlığı
məhdudlayan, müstəbid
dövlətin sonsuz hökmranlığına əsaslanan,
bütün ağılsız
istəkləri yaxşı
niyyət olaraq qəbul edilən bu vəziyyət oxucunu dərin düşünməyə çağırır.
Zəki oxucu yazıçının nə
demək istədiyini yaxşı başa düşür, insanlıqdan
iraq bu
hadisəyə, sadəcə,
müstəmləkəçilik yox, bəlkə də, insanların belə tabeçıliyə
göz yummasının
səbəb olduğunu
anlayır. Sadəcə
müstəbidliyin deyil, intellektual
yoxsulluğun da zalimliyə bilvasitə kömək etdiyini yazıçı bədii
ifadələrlə anladıb.
Hekayə sovet dövrünün
aynası olmağı
bacardı, o dövrün
illətlərini ifşa
edib. Bu isə
o dövrdə böyük
cəsarət idi".
Tərcüməçi "Göz muncuğu"
povesti haqqında fikirlərini belə ifadə edir: "Anar obrazların psixologiyasını, ruh dünyasını açmaqda ustadır, özünəməxsus yüksək
professionaldır. Bu vəziyyətdə
yazıçı realistik
təsvirə, bəzən isə sürrealistik ünsürləri
də yoldaş edə bilir. Əsər qəhrəmanlarının davranışları,
elədiyi işlər
onların batini dünyasında olan dəyişikliklərə uyğun
halda təsvir edilir. Anarın "Göz muncuğu" povestində də bu hadisələri görə bilirik...
...Anar personajlararası konflikt vasitəsilə də, qəhrəmanın
iç dünyasındakı
zidliklər müharibəsi
vasitəsilə də
xarakterlər və obrazlar yaratmağı bacarır. Məsələn, Əhlimanın inkaredilməz
dəlillərə söykənən
tədqiqini elmi şura üzvləri bir səslə tərifləyib, amma gizli səsverməyə gələndə hamı ona qarşı çıxması Əhlimanın
ürəyində nifrət
oyanmasına səbəb
olur, bu isə onu pislik
və intiqam yoluna aparır.
Yazıçı kiçik bir detal vasitəsilə qəhrəmanlar, epizod personajların da iç dünyasını
göstərir, bu isə onların yaddaşımızda möhürlənməsinə
səbəb olur".
Xatırladaq ki, bu günə
qədər xalq yazıçısı Anarın
bir çox əsərləri özbək
dilinə tərcümə
edilib və çap olunub. "Ağ
liman", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", "Qırmızı
limuzin", "Dantenin
yubileyi", "Mən,
sən, o və telefon" və başqa əsərləri
özbək oxucularına
yaxşı tanışdırdır.
"Kitab dünyası" dərgisinin
materialları
əsasında yazını Şahista
Kamranlı hazırladı
Ədəbiyyat qəzeti.- 2019.-
12 yanvar.- S.4.