Kamal Abdullanın
“Yarımçıq əlyazma”
romanı Britaniya Kitab Klubunda müzakirə
edilib
Dekabrın 20-də Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubunda “Yarımçıq əlyazma” romanı müzakirə edilib.
Bu barədə
əsəri ingilis dilinə tərcümə edən Anna Tompson məlumat verib. O, imkan taparaq görüşdə iştirak
edib və müzakirə haqqında müfəssəl məlumat
təqdim edib.
Anna Tompson bildirib ki, Kamal Abdullanın
“Yarımçıq əlyazma”
romanının müzakirəsi
böyük maraqla keçib: “Kitab Klubu Britaniya Kitab mağazalarında üstünlük təşkil
edən Şimali Amerika və Qərbi Avropa ədəbiyyatlarından kənara
çıxaraq, hər
ay oxuyub müzakirə
etmək üçün
fərqli bir kitab seçir. Əsərin
müzakirəsi çox
böyük maraqla keçdi”.
Anna Tompsonun dediyinə görə, müzakirələr
əsasən mif, reallıq və tarixi yazılar üzərində aparılıb:
“Oxuculardan biri şərh verdi
ki, bu kitab
onu “tamamilə başqa aləmə” saldı. Müqayisələr arxeoloqlar Troya
şəhərinin qalıqlarını
tapana qədər mif hesab olunan
Troya müharibəsi ilə aparılırdı.
Digər
bir oxucu isə əlyazmanın sanki parçalandığını
və yaranan boşluqların doldurulmasının
oxuculara həvalə edildiyini vurğuladı.Tarix
ayrı-ayrı faktlardan
ibarətdir və o faktlar tamamilə aşkar olunanda tarixə baxış dəyişir. Oxucular
əsərin mövzusunu
müzakirə edərkən,
özləri üçün
bəzi məsələləri
də aydınlaşdırmaq
istəyirdilər. Hekayənin
sonunu nəzərə
alaraq, onlar maraqlanırdılar ki, Dədə Qorqud Aruzdan yaxa qurtarmaq
üçün kimi qurban verəcək. Müzakirə iştirakçılarına elə gəlirdi ki, xan öz
kürəkənini sevmir.
Məsələn, bir oxucuya görə Xan Qazanı qurban vermək istəyir. Bəlkə də, Xan Uruzun böyüməsini
gözləyib, daha sonra Qazandan bu şəkildə yaxa qurtarmaq istəyir?Oxucular Qorqudun, həqiqətən də,
müsbət, yaxud mənfi obraz olması ilə maraqlanırdılar,
halbuki bu obraza artıq isinişmişdilər. Boğazca Fatma
da Xızır kimi onların diqqətini cəlb edən digər məşhur bir fiqur idi”.
Anna Tompson əlavə edib ki, müzakirə
iştirakçılarında xüsusilə Nur Daşı mübahisə
doğurub və onun başqa yerdə olub-olmaması ilə maraqlanıblar: “Romanın gözə çarpan digər bir səciyyəvi cəhəti başçının
evinin yağmalanması
ilə bağlı idi. Bu vaxta qədər bu haqda heç kəs heç nə eşitməmişdi.
Banuçiçəyin evliliyi isə başqa bir oxucunun marağına səbəb oldu. Oxuculardan birinə xüsusilə Təpəgözün taxta
qılıncı və
qalxanı xoş gəldi və o, bunu sehrli çubuqla
müqayisə etdi”.
Oxucular bir neçə hekayəni özündə
ehtiva edən “Yarımçıq əlyazma”nı
maraqla qarşılayıb
və onlar müəllifin
əlində olan məlumatla gələcəkdə
nə edəcəyini
bilmək istəyiblər: “Ümumiyyətlə,
onlara elə gəlir ki, o, gənc kitabxanaçıya
məftun olmuşdur, ya da müəllif
onun işlərinə
laqeyd yanaşan bir ruh obrazı
uydurub”.
Müzakirə iştirakçıları kitabın
ingilis dilindəki versiyası ilə bağlı bir sıra faydalı fikirlərini də irəli sürüblər. Klubda Şah
İsmayıl və Kitabi-Dədə Qorqudla bağlı məlumatları
kifayət qədər
olmayan oxucular yazıçıdan daha müfəssəl bir giriş istəyiblər.
Obrazların çoxluğu və
adların naməlumluğu
xarici oxuculara çətinlik yaratdığı
üçün onların
istəklərindən biri
də obrazların siyahısını və
bir-biri ilə əlaqəsini göstərməkdən
ibarətdir. Oxuculardan biri
qeyd edib ki, “bizə kömək lazımdır”.
Əsərin əvvəlində oxucu naməlumluqdan konfuza düşsə də, yarıya çatdıqda o bundan zövq alır və marağı getdikcə artır.
Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubu 2006-cı ildə təsis olunub. Burada müxtəlif mədəniyyətləri
təmsil edən insanlar ayda bir
dəfə toplanıb
Qərbi Avropa və Amerika hüdudlarından kənarda
olan ədəbiyyatlardan
bəhrələnərək onları dünyada təbliğ edirlər.
Kitab və müəlliflər
altı ay öncədən
müəyyənləşir. Müzakirənin sonunda seçilmiş
əsər Dünya Elektron Kitab mağazasının bazasına
daxil edilir və müəllifin müxtəlif mükafatlara
namizədliyi irəli
sürülür. Ümumiyyətlə, kitab klubları tarixində ilk dəfədir
ki, Azərbaycan ədəbiyyatından əsər
və azərbaycanlı
müəllif seçilib.
Qeyd edək ki, “Yarımçıq əlyazma”
romanının Britaniya Kitab Klubunda müəllifdən
xəbərsiz müzakirə
edilməsi Azərbaycan
ədəbiyyatının təqdir
olunmasının əyani
sübutu və göstəricisidir.
Ədəbiyyat qəzeti.- 2019.-
12 yanvar.- S.13.