Ramiz Qusarçaylının 60 illik yubileyi qeyd olunub
Edebiyyatqazeti.az
xəbər verir ki,
Bəşir Səfəroğlu
adına Quba Rayon Mədəniyyət Mərkəzində
şair-publisist
Ramiz Qusarçaylının
60 illik yubiley tədbiri keçirilib.
Mədəniyyət Mərkəzinin
foyesində şairin həyat yolunu əhatə edən sərgiyə baxışdan
sonra tədbiri giriş sözü ilə respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov açıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı
Ziyəddin Əliyev çıxış edərək
şairin əldə etdiyi ədəbi uğurlardan geniş bəhs edərək onu Fəxri Fərmanla təltif edib.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Əjdər Ol, Xaçmaz Regional Mədəniyyət İdarəsinin
rəisi Nazim Ağayev, Azərbaycan MEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru, şair-tərcüməçi Şahin Fazil, Bakı Slavyan Universitetinin professoru, ədəbi tənqidçi
Rüştəm Kamal,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Nadir Məmmədli,
AYB Qazax bölməsinin
sədri, şair Barat
Vüsal, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının
sədri, şair Əkbər Qoşalı,
Dərbənddən gəlmiş
qonaqlardan -Rusiya Yazıçılar İttifaqının
üzvü, şair-tərcüməçi
Fəxrəddin Oruc Qəribsəs, şairlərdən
Zeynəb Dərbəndli
və Safiyat Calğanskaya, Təbrizdən
gəlmiş şair Səttar Mahmudoğlu, AYB Şabran bölməsinin sədri, yazıçı
Aydın Tağıyev,
Xaçmazın “Ulduzlar”,
Şabranın “Şabran”,
Qusarın “Şahdağ”,
Qubanın “Gülüstan”
və “Ay işığı”
ədəbi məclislərinin
üzvləri, yerli ağsaqqallar və ziyalılar yubilyarı təbrik edib, Ramiz Qusarçaylı
poeziyası haqqında
ürək sözlərini
söyləyiblər.
Bildirilib
ki, Ramiz Qusarçaylı 1958-ci ilin
dekabrın 25-də Qubanın
Çartəpə kəndində
anadan olub. Uşaqlıq illərindən
yaradıcılığa başlayan
Ramiz Qusarçaylının
“Bağban” adlı ilk
şeiri 1975-ci ildə
“Azərbaycan gəncləri”
qəzetində dərc
edilib. 17 yaşında
ikən Xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü
verib, mətbuat səhifələrində yaradıcılığı
barədə məqalə
ilə çıxış
edib.
1993-cü
ildə Qubada bölgə yazarlarını
özündə birləşdirən
“Ay işığı” adlı
ədəbi məclis
yaradıb,1994-cü ildə həmin məclisin bazası əsasında Azərbaycan Yazıçılar
Birliyinin Quba bölməsi təsis edilib, 2002-ci ildən
2015-ci ilə kimi bölməyə sədrlik
edib.
Ramiz Qusarçaylı “Çörəyim
daşdan çıxır”,
“Ömür qapıları”,
“Bir çiçək
axşamı”, “Nə
özəldi yolun,
Allah”, “Almalı kitab”,”Gedəsən
dünyanın axırınacan”
adlı şeirlər,
“Göyəm ağacı”
adlı tərcümə
kitablarının, “Quba”
adlı fotoalbomun, “Ay işığı” adlı
beş almanaxın, onlarla elmi, bədii
və publisistik məqalənin müəllifidir.
Şeirləri ingilis,
rus, ukrayna, fars,qazax,özbək dillərinə
tərcümə edilib,
kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub.
Xalq şairləri Osman Sarıvəlli, Bəxtiyar
Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Zəlimxan Yaqub, eləcə də Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Vaqif Arzumanlı, Şahin Fazil, Şahmar Əkbərzadə,
Ramiz Əskər, Tofiq Mütəllibov, Rüstəm Kamal, Vaqif Yusifli, Allahverdi Eminov, Nazif Qəhrəmanlı və başqaları onun yaradıcılığına
həsr edilmiş məqalələrlə respublika
mətbuatında çıxış
ediblər.
Filologiya
elmləri doktoru,
professor Vaqif Arzumanlı
“Təbiət, qeyrət,
həqiqət şairi”,
şair-publisist Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı
şeirində”, ədəbiyyatşünas
Gülarə Aydın
isə “Məni yaman tutub şeir
havası” adlı kitablarını şairin
həyat və yaradıcılığına həsr
ediblər.
Qeyd olunub ki, Ramiz Qusarçaylının
ədəbi külliyyatında
Vətənimizi tərənnüm
edən, xalqımızın
dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur. Şairin
“Azərbaycan bayrağı”
şeiri 8-ci siniflər
üşün “Azərbaycan
dili” dərslik kitabında və 9-cu siniflər üçün
Dövlət İmtahan
Mərkəzinin test kitabında,
eləcə də Milli Ordunun nizamnamə
kitabında yer alıb. Şair təkcə ədəbi
fəaliyyətlə məşğul
olmur. O, uzun illərdir ki, ədəbiyyatımıza neçə-neçə
gənc şair və yazıçıların
gəlməsində, eləcə
də şimal bölgəsində ədəbi
mühitin inkişafında
yaxından iştirak edir.
Əldə etdiyi ədəbi
uğurlara görə
2009-cu ildə Prezident
təqaüdü ilə,
dəfələrlə Fəxri
fərman, diplom və mükafatlarla təltif
olunmuşdur.
Tədbirdə şairin şeirləri bədii qiraət olunub, əsərlərinə
bəstələnmiş mahnılar
səslənib. Yubilyar ona göstərilən
diqqət və qayğıya, yubiley tədbirinin yüksək səviyyədə təşkilinə
görə minnətdarlığını
bildirib.
Ədəbiyyat qəzeti.- 2019.- 12
yanvar.- S.23.