Şəhidlərlə birgə
yaşayan qadın...
"Müharibə həm həyat verən, həm də öldürücü ilan zəhəridir"
Şeirimdən çıxardığım bu misra məni boş-boşuna narahat eləmir. Gəncəyə ilk səfərimdə dostum mənə gəzməli-görməli yerləri göstərirdi. Bir xeyli maraqlı yerlər gəzdik. Təsadüfən gəlib çıxdığımız ev o misranın məna qapılarını üzümə açdı. Görək, nə olur.
Dedilər ki,
evin sahibi Elnarə Tağıyevadır. O, müharibə iştirakçılarının, şəhidlərinin,
bir sözlə
müharibədən əlinə
keçən bütün ağrılı əşyaları bir yerə toplayıb, evini muzeyə
çevirib.
Elədir ki var. O, bura ad da qoyub
- Vətən İgidləri
Muzeyi.
Divardan tüfəng asılıb...
Elnarə xanım sakit qadına bənzəyir. Həm də deyəsən, bir az utanır. Amma bu ev o qədər adam görüb ki, məncə, bu utancaqlıq çoxdan keçib getməli idi. İlk baxışdan mənzərə
bəllidir. Ağ-qara,
rəngli şəkillərdən
boylanan yaralı, xəstə, bəzən xəfif gülüşlü
insan baxışları,
odlu-alovlu müharibənin
dəhşət saçan,
qandonduran səhnələrini
əks etdirən saysız-hesabsız fotolar,
al qana boyanmış əsgər geyimləri, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər,
parça-parça olmuş
çəkmələr, gilizlər,
qəlpələr, möhürlü
sənədlər, saralmış
qəzet-jurnal səhifələri...
Amma içimdəki
hər şeyin yerinə çatmaq arzusu məni rahat buraxmır axı. Elnarə xanımdan bütün
bunları yığmağa
nə vaxt başladığını soruşuram.
- Müdafiə Nazirliyinin
nəzdindəki Əşya-Əmlak
Xidməti Kombinatında
çalışırdım. O zaman bizim camaşırxana Gəncə qarnizonunu və bütün cəbhəboyu bölgələri
təmiz hərbi geyimlə təchiz edirdi. Müharibə getdikcə qızışırdı,
cəbhədən ağır
xəbərlər alırdıq.
Hər dəfə paltarları aparmağa ayrı-ayrı
əsgərlər gəlirdi.
Geyimlərin bir neçəsini
isə orada qoyub gedirdilər. Kombinatda yeni işə düzəldiyimə görə
ilk günlər nələrin
baş verdiyinin fərqində deyildim.
Aparılmayan paltarları səliqə
ilə bir kənara qoyur və həmin paltarların sahiblərini
gözləyirdim. Bir
gün kombinatımıza
gələn zabit dedi ki, həmin
paltarların sahibləri
artıq həyatda deyillər, onlar şəhid olublar. O zaman anladım ki, bura gələn
əsgəri niyə sonra görə bilmirəm. Artıq bu gün gördüyüm əsgəri
bir də görəcəyimə ümidim
yox idi. Ona görə də hər dəfə kombinatımıza gələn
əsgərlərdən xahiş
edirdim ki, siqaret qutularından bir papiros çıxarıb,
üzərinə ürək
sözlərini və
tarixi yazıb mənə bağışlasınlar.
Sonra cəbhədə baş verənləri evdə valideynlərimə danışdım
və onların razılığı ilə
şəxsi mənzilimizin
bir otağını muzeyə çevirdik.
- Bəs, siz müharibənin
içində heç
təhlükə ilə
rastlaşmadınız?
- Dəfələrlə ölümlə
üz-üzə gəlmişəm,
bəzən də şəhid olan əsgərləri öz gözlərimlə görmüşəm.
Döyüşlərdən birində güllə
başımı sıyırıb
keçmişdi. Hər dəfə
efirdə yaralanan, yaxud şəhid olan əsgər xəbərini eşitdikdə
əvvəlcə onun
ünvanını axtarıb
tapıram, sonra da yaşadığı evə gedirəm. Yaralı əsgərlərlə, şəhid
ailələri ilə
həmsöhbət oluram,
geri qayıdanda isə ya onların
özündən, ya da ailə üzvlərindən
muzey üçün
bir əşya istəyirəm.
Elnarə xanım bütün bunları rahat-rahat danışsa da, içində hələ
də müharibənin
ağrısı hiss olunur. O, əsgər
çəkmələrinin sıralandığı cərgəyə
yaxınlaşır və
bir tayı olmayan parçalanmış
çəkməni qaldırıb
deyir: "Bu çəkmələrin
sahibləri şəhid
olublar. Əlimdəki tək və
parçalanmış çəkmə
isə minaya düşən əsgərindir.
Ondan qalan yalnız budur".
Aşağıdakı misralarım içimi didişdirir:
"Hələ ərinin tikələrini basdıran
o gəlin də bilmir,
Hər gün qəbri üstdə ağladığı
əridir, ya yox".
Şəhid fotoları arasından bir qadın şəkli də boylanır. Elnarə xanım bu şəklin
Gəncənin yeganə
qadın şəhidi
olan Sevda Cabbarovaya aid olduğunu deyir. Sonra didilmiş
əlcəkləri göstərib
onun minaya düşən şəhidə
aid olduğunu, qanlı
bayrağa kimin büküldüyünü, öldüyü
düşünülüb morqa qoyulan, lakin beş
gündən sonra meyitlər arasından çıxarılıb əməliyyat
olunan və yenidən həyata qayıdan qazinin hekayəsini söyləyir.
Titrək səslə...
Kütləvi mərmi və siqaret məzarlığı...
Masanın üstündə gözümü
deşən mərmilər,
üstünə ad yazılan
balaca kağızlar diqqətimi çəkir. Mərmilər raketə bənzəyir.
Elə bil, o adamların ruhu bizi bu
raketlərə minib tərk edib. Sonra siqaret gilələrini görürəm, onların
da üstünə adlar yazılıb. Birində
"Xoşbaxtıq ordudayıq",
o birinin üstünə
"Bizi unutmayın"
yazılıb. Elnarə xanımdan
soruşuram ki, bəs bu adları
özünüz yazmısınız,
yoxsa? Deyir ki, o vaxt əsgərlərdən əşyalar
istəyəndə çoxusunun
üstündə heç
nə olmurdu. Mən də onlardan çəkdikləri siqaretlərdən
bircə dənəsini
üstünə ya imza, ya ad, ya
öz arzularını
yazıb verməsini istəyirdim. Ki, gələcəkdə
sağ qalsalar özləri, şəhid
olsalar doğmaları
gəlib müharibə
dövründə, illər
qabaq nə arzuladıqlarını, hansı
ovqatda olduqlarını
görsünlər, xatırlasınlar.
Divardakı lövhədə 2 aprel şəhidlərinin də
şəxsi əşyaları
var. Bel kəməri, mərmilər, güllələr,
saç darağı,
dabankeş, papaqlar, hərbi geyimlər. Elə bilirəm
ki, müharibə həqiqətən də hansısa evdə gizlənib, oradan bic-bic öz işini görür.
Bəlkə, elə ona görə də biz hələ də şəhid veririk. O
əclaf gizləndiyi yerdən idarə edir dünyanı.
Və qəfil
Elnarə xanım divardan asılmış əldə hazırlanan tüfəngi göstərib
deyir ki, bu tüfəng isə Gəncənin ilk şəhidlərindən olan
Bəxtiyar Əliyevindir. Müharibənin ilk illərində nə ordumuz var idi,
nə də silahımız. Əsasən Çaykənddə yuva salmış erməni nankorları qonşuluqdakı
Azərbaycan kəndlərinə
meydan oxuyurdular. Bəxtiyar erməni quldurlarının
Çaykənddə fəallaşdığını
eşidib evə dönür, silah hazırlayır və düşmən üstünə
gedir. 1990-cı il Todanın müdafiəsində qəhrəmancasına
şəhid olur...
Bu hüznlü ab-havanın içində həm də sevinirəm ki, özümə nə qədər dost qazandım. Müharibəyə toxuna bildim,
qoxusunu ala bildim.
Elə bu misraları Elnarə xanıma deyib sağollaşıb çıxıram.
"Külək yellədikcə
bayrağı,
Göydən ata düşmür
yetim uşaqlara,
Vətən də başını
yelləyir baxıb taa uzaqlara..."
Hə, mən müharibənin üzünü görmüşdüm,
bir az
ağır oldu, görəndə astar tərəfini.
Eminquey
Ədəbiyyat qəzeti.- 2019.-
19 yanvar.- S.5.