Gülün yuxusu

 

Nazim Hikmətin doğumunun 117-ci ildönümüdür. Masamın üstünü Nazim Hikmətin külliyyatı Faiq İsmayılovun "İynə boyda böyük dünya"sı fəth edib. Hər iki şairin kitabını vərəqləyirəm... Düşünürəm ki, Faiq yaşasaydı 57 yaşının astanasında olacaqdı. Hər halda o da fərqli yaş baş dövrlərində Nazim kimi ortabab yaşamağın gözəlliyini duyacaqdı. Onun poeziyası da böyük bir inkişaf yenilənmə mərhələsi keçəcəkdi. Heç buna o qədər ehtiyac olmadı. Faiq İsmayılov poeziyası iməkləmə kəkələmə mərhələsi yaşamadı. Birbaşa ayaq tutub yeridi. Dil açıb danışdı. Faiqin şeirləri klassik modernist poeziyanın arasındakı qızıl ortada məskən salıb. Bu baxımdan Faiqi Mirzə Fətəli Axundovla müqayisə etmək mümkündür. Axundovun simasında Azərbaycan dramaturgiyası uşaqlıq yeniyetmə çağını görmədi. Fətəli məmləkətdə həyata yenicə göz açan dramaturgiyaya temperament, enerji, dinamika gətirdi. Azərbaycan dramaturgiyası Axundov qələmində kamil bir gənclik ehtirasına bələndi. Avropaya çıxış vizası qazandı.

Hərisliklə dadıram şeirləri. Nazimin , Faiqin şeirlərinin dadı, qoxusu rəngi görünür. Nazimin Yapı Kredi Yayınlarından çıxan külliyyatının birinci cildi olan "835 sətir" Faiqin "İynə boyda böyük dünya"sı təxminən eyni yaş dövrlərində yazılıb. Faiq 19-24 yaş, Nazim 19-28 yaş aralığında bir-birindən gözəl şeirlərlə maraq doğurur. Heyran edirlər. Eyni yaş intervalında Faiq Nazim kimi, maraqlı konseptual şeirlər qələmə alıb. Nazim digər kitablarında inkişaf edir, kamilləşir. Etik estetik planda böyük bir sənət xəritəsi yaradır. Aşağı yuxarı, sağa sola, arxaya önə doğru poetik fəlsəfi qatda dərinləşir. Faiqə Nazim qədər yaşamaq qismət deyilmiş. Bəlkə , ona görə onun şeirləri uşaqlıq yeniyetmə çağını görmədən gənclik yetkinlik dövrünə qədəm basdı.

Bəlkə , Faiq yaşasaydı, ömrünün qalan hissəsində şeir yazmazdı. Nədənsə, buna inanmağım gəlmir. Bəzən... bəzən isə şairin şeir yazmamağının özü bir poeziya hadisəsidir. Şeirdən daha təsirlidir. Yaşasaydı Faiqin şeirləri ən azı estetik miqyasda ölkə sərhədlərini keçəcəkdi. Faiq günəşi içirəcəkdi şeirlərinə. Nazim ən sevdiyim şairdir. "Haradan gəlib, hara gedirik?" şeirində isə, həyatın mənasını mənasızlığını, nifrətin puçluğunu, sevginin intəhasızlığını, Tanrısız Tanrılığı, Allahlı Allahsızlığı sənətin əbədi probleminə çevirib. Adamın iliyinə işləyən sarsıdan bir üslub yaradıb. Sənətin bütün estetik kateqoriyaları mövcuddur o şeirdə. "Hardan gəlib, hara gedirik?" şeiri bənzərsiz, unikal dramaturgiya modeli ilə fərqlənir. Poeziya, nəsr dramaturgiyanın sərhədlərində gəzişmələr, poetik etüdlər, yeni intonasiya, fərqli təsvir təhkiyə metodları bir-birini izləyir. Bəşəriyyətin poetik alın yazısıdır bu şeir. Necə ki, Nazimin digər şeirlərində həmin alın yazısı davam edir.

İv Bennefoya görə, şeirlər iki cür olur. Birincisi, xülyalardan yaranan şeirlərdir ki, poeziya sənətində ciddi bir dəyər məna ifadə etmir. Xülya olaraq da qalır. İkincisi, həyatdan daha təsirlidir. Antidialektik hadisədir. Axı şair yaşamaqdan belə, imtina edə bilər. Ancaq şeirdən xilas olması mümkün deyil.

Gecə saat üçdür. Mən hələ Nazim Hikməti oxuyuram. Nazimin 111 illiyində çap edilən külliyyatına hərisliklə girişmişəm. Şairi anmaq şeirləri ilə nəfəs almaqdır. Onun dünyasına daxil olmaqdır. Fasilə verib eyvana çıxıram. Sərin bir külək keçir içimdən. Şeir kimi bir külək. İsa Hüseynovu xatırlayıram. Brrr. Eyvandan birbaşa qızım Gül yatan otağa keçirəm. Gül oyaqdır. Anası qucağında yelləyir, əzizləyir, xeyri yoxdu. Yatmır. Gülü beşiyinə qoyuruq, bu dəfə gözlərini zilləyir üzümüzə. Yat, qızım, şirin yuxuya bat, qızım, - deyirəm. Gülümsəyir. Ayağını döyəcləyir. Ana yorulub. Bir az da sən bax, - deyir - qızına.

 

Kişi hüznlüdür,

hüznlü nəğmələr kimi hüznlü.

Qadın gözəldir,

gözəl xatirələr kimi gözəl.

Uşaq:

 

Gözəl xatirələr kimi hüznlü,

hüznlü nəğmələr kimi gözəl!

 

Gülü qucağıma alıram. Şeir kimi gözəldir. Faiqin şeirləri kimi balaca məhzun biçimdədir. Ancaq Günəş kimi parlaqdır. Nazimin şeirləri kimi safdır. Hər şeydən azad asudə bir saflıqdır bu. İnsan olmağın daxilində xaricindədir. Şairlərin şeirlərin alın yazısı kimi sərbəstdir...

Gülü yatırmaq üçün sərf etdiyim çabalar boşa çıxır. Yazı otağına yollanırıq Gül ilə. Divanın üstündə özümə Gülə yer düzəldirəm. Ayağımın üstünə yastıq qoyuram. Gülü yırğalayıram. Əlimi uzadıram masanın üstündəki kitablara. Çatmır. Birtəhər əlimi kitablardan birinə ilişdirə bilirəm. Nazim Hikmətin "Yaşamaq gözəl şeydir, qardaşım" romanıdır. Təəssüflənirəm. Çünki Gülü, adətən, şeir ya musiqi ilə yatırıram. Düşünürəm ki, ruhu indidən qidalanmalıdır. Yoxsa... "Yaşamaq gözəl şeydir, qardaşım" romanının sonundakı şeiri nəğmə kimi zümzümə edirəm.

 

Sevdayam təpədən-dırnağa

Sevda: görmək, düşünmək, anlamaq,

Sevda: doğulan uşaq, yeriyən aydınlıq,

Sevda: yelləncək qurmaqdır ulduzlarda

Sevda: polad tökməkdir qan-tər içində

Sevda: səni sevməkdir, qızım. Varlığına şükür etməkdir. Tanrıya təşəkkür etməkdir.

Gül yenə gülümsəyir. Yatmaq fikri yoxdur. Yırğalanan başqa bir şeir nəğməyə qovuşur.

Dünyaya gələndə toy-bayram etdik.

Sonra sevindik ki, o iməkləyir.

İndi fərəhimiz bir az da artıb.

Onun qönçə ağzı söz çiçəkləyir.

 

Gülün qönçə ağzı söz çiçəkləyəcəyi anların xəyalını qururam... Xəyaldan ayılıb görürəm ki, yatmır. Yuxuya getmir ki, getmir. Bu dəfə Faiq İsmayılovun "Tanış nəğmə"sini dinləyir Gül. Gecənin sükunəti pozulur. Səsim ixtiyarsız halda ucalır.

 

Damcı pəncərədən sürüşən kimi,

Sürüşür qəlbimdə bir soyuq kədər.

O tanış nəğməni kimdi oxuyan?

Deyin oxumasın, mümkünsə əgər.

 

Ya da susdurmayın, qoyun oxusun.

Onunçün şirindi bəlkə, bu nəğmə.

Ürəyim titrəyir... Yoxdu qorxusu,

Yumub gözlərimi dinləyirəm mən.

 

Nazim Hikmətin bəlkə , poeziya sənətinin ən sehrli, ovsunlu kədərli misralarını pıçıldayıram qızımın qulaqlarına.

 

Uşaqların ovuclarında

günlərimiz növbə gözləyir,

Günlərimiz toxumlardır

ovuclarında uşaqların,

Uşaqların ovuclarında

                        cücərəcəklər.

 

Gül həzin-həzin yuxuya gedir. Arada aralanır işıq saçan siyah gözlər. Süzülür. Yuxunun şeirlərin dincliyinə, rahatlığına tab gətirə bilmir. Əslində, bu yazı Faiqin "Yaş balıq" Nazim Hikmətin "Kiçik bir xoşbəxtlik istəyirəm" şeirlərinin estetik strukturu haqqında olacaqdı. Ancaq gecənin təəssüratı daha doğma, məhrəm tanış bir nəğmə haqqındadır. gecənin qaranlığı öz aydınlıq meyvəsi olan bu yazını yaratdı.

Elə adamlar var ki, adam onların ürəyinə sarılmaq istəyir. Qızım Gül mənim cənnətimdir. Arzularımın məhzun saflığıdır. Ürəyinə sarıla biləcəyim yeganə insandır. Bir bütün uşaqlar. bir şairlər... şairlər isə ürəyinə sarılmaq istədiyim uşaq xislətli varlıqlardır. İnsanlığın daxilində xaricində baş verən başqa nadir bir hadisə şairlikdir. Şeirlərdir. Gülün yuxusu kimi.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.22.