Erməni qəsdləri
20 Yanvar,
26 fevral və 31 mart tarixləri müasir tariximizin təqvimində qara pəncərələrdir. Biz hər dəfə həmin pəncərələrdən baxıb
gələcək üçün
lazım olan dərsləri almalı, ibrət götürməliyik.
Şair,
publisist Babullanın həmin silsilədən olan yazısından bir parçanı oxucularımıza təqdim
edirik.
Erməni millətçiləri xalqımızın
başına açdıqları
ağlagəlməz faciələri
törətmək üçün
hər an elə donlara girmişlər ki, onların ölçü meyarı
bəşər tarixində
insanlıq aləminə
yaddır. Bu məkrlər
yalnız bədxah ruhların əcinnə əməlləri ilə üst-üstə düşür...
Bu qəsdləri aşağıdakı
kimi xarakterizə etmək olar:
1.
1828-1904-cü illər - Yazıqlıq,
yaltaqlıq pərdəsi
altında erməni millətçiliyinin baş
qaldırması, fitnə-fəsadlar
və məkrlər;
2.
1905-1920-ci illər - erməni
daşnaklarının "bolşevik cildi"ndə
quduzluq dövrü - xalqımıza qarşı
amansız soyqırımları;
3.
1921-1947-ci illər - erməni
daşnaklarının "beynəlmiləlçi kommunist"
qiyafəsində xalqımızın
intellektual potensialnın
məhvinə yönəltdikləri
repressiyalar, təxribatlar
və sui-qəsdlər;
4.
1948-1952-ci illər - Qərbi
Azərbaycanda yaşayan
soydaşlarımızın məcburi köçürmə
aksiyaları deportasiyalar;
5.
1953-1957 - ci illər Dünya erməni terrorunun apogey həddi, "millətçi-partokrat"
daşnaklarının xalqımıza
qarşı ideoloji təxribatları;
6.
1988-1993-cü illər - Bütün
qurumlardan olan millətçi ermənilərin
dünya "Erməni
diasporu"nun və katalikosun rəhbərliyi ilə xalqımıza qarşı amansız soyqırımları;
7. III minilliyin əvvəli - erməni millətçiliyinin
qudurğanlığı: dünyanı
əsarətə almaq
məkri və erməni dövlətçiliyinin
süqutu və məhvi.
Tarixi faktlara nəzər salaq. İrəvan şəhəri də daxil olmaqla indiki
Ermənistanın Şərq
hissəsi qədim Azərbaycan torpaqlarıdır.
Tarix boyu orada yaşayan
əhalinin əksəriyyəti
Azərbaycan və türk tayfaları olmuşlar.
XVI əsrdə Şah
İsmayıl Xətainin
vəziri Rəvanqulu xan tərəfindən Rəvan qala şəhəri salınmışdır. Bu qala şəhərində
ancaq Azərbaycan bəyzadələri yaşamışlar.
İrəvan toponimi də
yerli camaatın ləhcəsinə uyğun
olaraq "Rəvan"
sözünün fonetik
dəyişikliyə uğramasından
əmələ gəlmişdir.
Mərkəzi İrəvan
şəhəri olmaqla,
İrəvan xanlığı
da bu ərazidə
yaşamışdır...
1828-ci ilin "Türkmənçay
müqaviləsinə kimi
nə İrəvanda,
nə Azərbaycanın
digər bölgələrində
bir nəfər də olsun erməni
yaşamamışdır.
1978-ci ildə Dağlıq
Qarabağda yaşayan
ermənilər İrandan
Azərbaycana köçürülən
ilk ermənilərin Dağlıq
Qarabağda məskunlaşdırılmasının
150 illiyi şərəfinə
abidə ucaldıb bunu böyük təntənə ilə qeyd etdilər. Bayram şənliyi
bir neçə gün davam etdi. Həmin tədbirin keçirilməsi
ilə bağlı materiallar mətbuat səhifələrində geniş
işıqlandırıldı. Lakin 10 il
sonra 1988-ci ildə erməni millətçiləri
bu danılmaz həqiqəti də kölgədə saxlamaq üçün həmin abidəni uçurdular...
Bu köçürmə siyasətinin tarixinə nəzər salaq: Qafqaz canisinin sadiq nökəri general
Valerian Mədətov İranda
yaşayan ermənilər
arasında hiyləgər
erməni təbliğatını
gücləndirərək "ermənilərin Azərbaycana
köçmək" arzularını"
Rusiyanın İrandakı
səfiri A.Qriboyedova çatdırdı. Böyük
"ustalıqla" düşünülmüş
"erməni feli"nə
inanan Qriboyedov ermənilərin bu "istəyinin" "Türkmənçay"
müqaviləsində öz
əksini tapmasında
"böyük fədakarlıq"
göstərdi, müqavilənin
15-ci maddəsini "əzabkeş"
erməni xalqına
"məlhəm" etdi...
Ermənilərin Azərbaycana kütləvi
surətdə köçürülməsi
başlandı... İzi
itirmək üçün
ingilislərə işləyən
erməni casusları tərəfindən 11 fevral
1829-cu il tarixində A.Qriboyedov doğram-doğram edilərək
qətlə yetirildi.
Zaqafqaziyaya köçürülən 1000000-dan çox erməninin 200000 nəfəri polkovnik Lazaryanın və knyaz Arqutinskinin bilavasitə rəhbərliyi
və yaxından iştirakı ilə həyata keçirildi. İrəvanda, Dağlıq Qarabağda, Gəncə və Şamaxı bölgələrində
daha çox erməni məskunlaşdırıldı.
Qədim
tariximizi yaşadan bölgələrimizə "əcinnə
erməni axını
Qarabağın bugünkü
qara günlərinin əsasını qoydu... Bu dövrdən başlayaraq,
köçkünlərdən əlavə, azərbaycanlılara
hamballıq, nökərçilik
etmək üçün
"yazıq" formaya
salan ermənilər ən çox İrəvana gəlməyə
başladılar. Bütün
bunlara baxmayaraq XIX əsrin ortalarında İrəvanda əhalinin yarıdan çoxu hələ də azərbaycanlılar idi...
...Fransız səyyahları
Jan Batistin və Yan Şardenin əsərlərində
qala şəhəri İrəvanda (həmin dövr və daha əvvəllər üçün) yalnız
müsəlmanların - azərbaycanlıların
yaşadıqları qeyd
olunurdu.
Lakin erməni millətçiləri
tariximizi saxtalaşdıraraq
İrəvan şəhərinin
adını erməniləşdirməklə
yanaşı, onun salınma tarixini də "erməni dəst-xətti" ilə
"daş kitabələr"
basdırmaqla eramızdan
əvvəlki dövrlərə
"calamışlar", hətta
1968-ci ildə Yerevanın
qondarma 2750 illik tarixini "təntənəli"
surətdə qeyd etdilər... "Dədəm
Qorqud" kitabında
Göyçə və
Ayğır göllərinin
adlarının çəkilməsi
bu yerlərdə ta qədim zamanlardan
məhz azərbaycanlıların
yaşamasından xəbər
verir.
Qaraqoyunlu, Əfşar və Ozanlar yaşayış yerlərinin olması da deyilənlərə sübutdur.
XIX əsrin ortalarında İrəvanda 3 min azərbaycanlı,
1 min erməni ailəsi
yaşayırdı...
İstər İrəvandakı, istərsə
də indiki Ermənistanın bütün
ərazisindəki toponimlərə,
mikrotoponimlərə, orominlərə,
oykonimlərə, hidronimlərə
nəzər yetirsək
onların başdan-ayağa
Azərbaycan və türk mənşəli olduğunu görərik.
İrəvandakı Bağcalar, Boyaqcı, Börkçülər,
Qəbiristan, Qəriblər,
Dəmirbulaq, Dabbaqlar,
Məsciddalı, Rüstəmxan,
Sabuncu, Sallaxlar, Yoncalıq, Təpəbaşı,
Toxmaqçı, Şiləçi
məhəllələri, Əfşar,
Seyxülislam, Kömürçü,
Gürcü, Sərdar,
Sulu, Susuz, Culfa və Hacı Əli karvansaraları, Abi Həyat, Zəngi, Gedərçay,
Məmur çayları,
Qırxbulaq, Dəmirbulaq,
Dələməbulaq və
Sərdar bulaqları,
İrəvan qalası,
Xan sarayı, Körpüqulağı, Təpəbaşı,
Qala Hacı Novruzəli məscidləri,
Pənahxan körpüsü
tariximizin silinməz yaddaşıdır.
...1905-ci və 1918-ci illərin soyqırımları xalqımızı
sarsıtdı...
... Hətta erməni tarixçisi Z.Qorqodyan yazırdı: "Daşnakların
təmizləmə siyasəti
nəticəsində 1919-cu ilədək qovulmuş azərbaycanlılar 200000, 1920-ci ildə isə 60000 nəfər olmuşlar...".
1918-ci ildə S.Şaumyan
Bakıda "Evelina"
təxribatı hazırladı. Bolşevizm
pərdəsi bir neçə gün ərzində Bakıda və ona yaxın
kəndlərdə 17000 azərbaycanlı
qətlə yetirildi...
Bakıda mart soyqırımı törədiləndən
sonra S.Şaumyan aprel ayının 13-də
Leninə teleqram vurub - "düşmən
tamamıilə darmadağın
edildi, vuruşmanın
nəticəsi bizim üçün gözəl
oldu..." deyə yazanda 17000-dən çox
soydaşımızın vəhşicəsinə
qətlə yetirilməsini
nəzərdə tuturdu.
Bu soyqırımın cinayətkarları
S.Saumyan, T.Əmirov və Laloyan az sonra
daha da azğınlaşdılar.
Şamaxıda 40-dan çox kəndi
yerlə-yeksan edib əhaliyə divan tutdular.
Əhalini Cümə məscidinə
yığıb yandırdılar.
Quba bölgəsindəki
daşnak vəhşilikləri
tariximizə qanla yazıldı. N.Nərimanov
1925-ci ildə Moskvada çap etdirdiyi məqalədə yazırdı:
"Daşnaklar nəinki
kişilərə, hətta
hamilə qadınlara da rəhm etmirdilər".
Erməni
tarixçisi A.Laloyan açıq etiraf edirdi: "Qısa müddət ərzində
Azərbaycan əhalisinin
60 faizi məhv edildi...".
Rus alimi N.Şarov ermənilərin
Qafqaza köçürülməsini
rus mənafeyi üçün yeni təhlükə adlandırmışdı.
Amerika qafqazşünası
Benniqsen qeyd edir ki, Zaqafqaziyada,
o cümlədən Azərbaycanda
yaşayan ermənilər
"diaspor xalq"dır.
... Erməni daşnakları nəyin bahasına olursa olsun Ermənistanda rəhbər vəzifələrdə
çalışan azərbaycanlıları,
təxribat, sui-qəsd
və böhtan yolu ilə aradan
götürməyi qarşılarına
məqsəd qoymuşdular.
Bununla yanaşı, Moskvada "işləyən" ermənilərin
köməyi ilə xalqımıza qarşı
iftiralar daim genişlənirdi.
ABŞ-da, Fransa da,
SSRİ-də erməni
lobbisinin təsir gücünü artırmaq
üçün katalikosun
həlledici rolundan istifadə etməklə, Rusiyada, Şimali Amerikada, Suriyada, Qərbi Avropada "Ermənistanın xilası
uğrunda erməni gizli ordusu"nu, "Ermənilərin soyqırımının
humanist komandorluğu"nu, "Erməni inqilab federasiyası"nı, yaratmaqla
adları çəkilən
ölkələrdə idarəetmə
mexanizmini zəiflətməyi
qarşılarına məqsəd
qoymuşdular.
... N.Nərimanov MK-ya yazdığı məktubda
qeyd edirdi: "... İş o yerə çatıb ki, Stalin azərbaycanlı kadrlara inanmır. Necə olur ki, öz
əsərlərində xalqlar
dostluğunu, beynəlminəlçiliyi
25 il təbliğ edən bir adam
millətçi olur, sabiq mauzeristlər ("Daşnaksutyun" partiyasının
üzvləri olmuş
bolşeviklər nəzərdə
tutulur) beynəlmiləlçi...".
Çox
qəribədir!..
Bəs kim idi bu mauzeristlərin başında duran?
A.Mikoyan!..
O, Bakıdan "sürgün"
edildi. Çünki Moskvada N.Nərimanovu
izləmək, təkləmək
və aradan götürmək daha asan olacaqdı.
Və nəhayət, bu qəribəliklərin ən
böyük qurbanı
elə N.Nərimanov özü oldu...
BABULLA
Ədəbiyyat qəzeti.- 2019.- 19
yanvar.- S.23.