Mədəniyyət Nazirliyinin dəstəyi
ilə yeni kitab
işıq üzü görüb
Edebiyyatqazeti.az
xəbər verir ki, Əməkdar incəsənət xadimi,
görkəmli nasir və şair Vidadi Babanlının iki
cilddən ibarət “Seçilmiş əsərləri” Mədəniyyət
Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında
nəfis şəkildə çap edilib.
Nazirlikdən bildirilib ki, kitabın birinci cildində
yazıçının əlli ilə yaxındır sevilə-sevilə
oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi
sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində
isə “Müqəddəs ocaq”, “Ömürlük əzab”
romanları və “Mənim gizlinlərim” memuarı daxil edilib.
Kitab
geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.13.