Salam, Vaqif!

 

Qubadan keçib, Yelfiyə dönən yoldan gəlib dayanmışam Qonaqkənddə, sənin oxuduğun məktəbin qarşısında. İstədim, sənə zəng eləyim, gördüm 75 ildə ömrün konturunu işlədib qurtarmışam.

Dağlardan kontur istədim. Dedi: göndərirəm axan çay ilə.

Çata bilmədim.

Buludlardan kontur istədim, dedi: göndərirəm yağışla. Çiləndi yağış ətrafa. Səpələndi, tuta bilmədim.

Asma körpüdən kontur istədim. Bir sürü qoyun-quzu gəlib keçdi, süd verdi, yun verdi, kəlləpaça, kabab, soyutma, xaşlama verdi. Kontur nədir, bilmədilər.

Dəhlizdə gözüm Ələkbər Salahzadənin utancaq şəklinə sataşdı, kasıb Cimili balasına. Heç nə demədim, ancaq hər şeyi gözlərimdən oxudu. Birgördüm, bir sərbəst şeirlik kontur gəldi mənə.

- telefonu, Əlixanov, ! Bir sərbəst şeirlik mesaj göndərirəm sənə.

- Rəhmətlik Ənvər kişi yadıma gəlir toyunda. Teymurləng kimi zəhmli idi.

- Baba Mahmudoğlu yadıma gəlir. Toyunda ancaq çolpa içalatı yeyirdi.

- Uzun saçların gəlir yadıma. L.Şmidt küçəsində bir kiçik dəllək dükanına girib dedin, - qırx başımı, keçəl elə məni, bezmişəm.

- Şıxovda futbol oynamağın gəlir yadıma. Uzun, güllü tumanın dolaşırdı ayaqlarına.

- "Bulağ"ı yazmağın gəlir yadıma. Həftənin 1-ci günü ilk cümləsini yazardın: Xalq yaradıcılığı "Bulaq", ardını bir də 5-ci gün yazardın efirə 1 saat qalmış.

- Hirslənməyin gəlir yadıma. Kiməsə dedin: Götürüb kreslo qarışıq ataram səni aşağı.

- Ekranda apardığın "Palitra" verilişi gəlir yadıma. Rəhmətlik Çingiz Kərimovun perlamutrovıy pencəyində.

- Kinostudiya, "Ömər Xəyyam" gəlir yadıma. Heyif o ssenaridən.

- Mədəniyyət Nazirliyi, sənin kabinetin gəlir yadıma. qədər məhrəm otaq idi.

- Mən səni heç dədə-baba yaşında təsəvvür edə bilmirəm.

- Dud... dud... dud...

- Vaqif, telefonun işığı sönür. Bilirsən, sənin taleyin Yelfi kimi təbiətin, qarlı-şaxtalı faciə janrına düşüb.

- Ekran-efir Azərbaycan ədəbiyyatından bir gözəl naşiri yavaş-yavaş yedi. Heç kimin xəbəri olmadı.

- Vaqif, konturum bitdi. Gedib Qubadan ədəbi məclisdən kontur yükləyib 100 illiyində danışaram səninlə!

 

Rafiq Səməndər

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.13.