Azərbaycan-Serbiya

ədəbi əlaqələri genişlənir

 

Azərbaycan filologiya elminin bir çox başqa sahələrində olduğu kimi, Slavistika elmi ümummilli lider Heydər Əliyevin adı, onun Azərbaycan elminin inkişafı tərəqqisinə yönəldilmiş müdrik siyasəti ilə bağlıdır. Balkan yarımadasında yerləşən keçmiş Yuqoslaviyanın bir hissəsi kimi, cənubi slavyan xalqlarından olan serblərin  hal-hazırda müstəqil respublikası Serbiyanın Azərbaycanla qədim tarixi əlaqələri vardır. Serbiya-Azərbaycan mədəni-diplomatik münasibətləri sovet dövründə kifayət qədər inkişaf etmişdir. Bu gün Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasında Serbiya dövləti  birincilərdəndir. Azərbaycan - Serbiya  ədəbi-mədəni əlaqələri yeni zəmində inkişaf edir,  iki müstəqil respublika olan  Azərbaycan Serbiya Respublikaları da yeni tarixi dövrə qədəm qoymuşlar. Serbiya ədəbiyyatının Azərbaycanda tədqiqi tərcüməsi Leninqrad Universitetinin məzunu, ölkəmizin rəhbəri Heydər Əliyev tərəfindən Slavyan filologiyası fakültəsinə təhsil almağa göndərilmiş Gülarə Ağasiyevanın adı ilə bağlıdır. 1989-cu ildə G.Ağasiyeva AMEA nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan-Yuqoslaviya ədəbi əlaqələri: tarix tərcümə problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, elmi tədqiqatları ilə yanaşı, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur. 2013-cü ildə Serbiya Respublikasının Bakıdakı  səfirliyinin iştirakı ilə filologiya üzrə fəlsəfə doktoru G.Ağasıyevanın tərcüməsində ilk dəfə olaraq Serbiyanın tanınmış yazıçısı, Serbiya Akademiyasının akademiki, "dahi gülüş ustası" Branislav Nuşiçin "Ramazan axşamları" başlığı altında hekayələr kitabçası işıq üzü görür. Orijinaldan rus dilinə tərcümə olunmuş bu hekayələrdə Makedoniya Kosovonun müsəlman əhalisinin həyatından bəhs edən maraqlı, sentimental səhnəçiklər B.Nuşiç tərəfindən ustalıqla qələmə alınmışdır. Kitaba giriş sözünün müəllifi, Serbiyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri cənab Zoran Vayoviç öz fikirləri ilə belə bölüşür: "Elmi - mədəni əməkdaşlıq yaradıcılıq mübadiləsi xalqlar arasında qarşılıqlı anlaşmaya, dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Biz mədəniyyətlərimizin zənginləşmə prosesinə töhfəmizi ədəbiyyata müraciət etməklə veririk. İnanıram ki, Branislav Nuşiçin hekayələrinin nəşri Azərbaycan ictimaiyyətinə Serbiyanın xalq yazıçısının əsərləri ilə daha yaxından tanış olmağa imkan yaradacaq. Serbiyada uşaqlar üçün ilk teatrın yaradıcısı, görkəmli serb  dramaturqu Branislav Nuşiç bizim mədəniyyətimizin tarixinə ictimai xadim yazıçı kimi daxil olmuş, onun yaradıcılığı bu günə qədər öz aktuallığını itirməmişdir. Onun doğma xalqının həyatını təsvir edən çoxsaylı komediyaları milli sərhədləri keçərək, dünya ədəbiyyatı xəzinəsinə daxil olmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, dahi satirikin iki pyesi, "Nazirin xanımı" "Fəlsəfə doktoru" müxtəlif illərdə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrı S.Vurğun adına Rus Dram Teatrında uğurla səhnələşdirilmişdir. Tanınmış serb komedioqrafı, "dahi gülüş ustası" Branislav Nuşiç müxtəlif, məharətlə düşünülmüş ideyalarını orijinallıqla birləşdirir gözümüzün önündə heyrətedici hekayələr -"Ramazan axşamları" canlanır, burada yazıçı Şərq ekzotikasından ilhamlanaraq Balkan yarımadasının müsəlman əhalisinin həyatından götürülmüş səhnələri ustalıqla təsvir edir. Ümid edirəm  ki,  diqqətinizə təqdim olunan bu miniatür kitab oxucuda maraq əks-səda doğuracaq. Sonda, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülarə Ağasıyevaya kitabı nəşr etmək təşəbbüsünə  tərcüməsinə görə minnətdarlığımı  bildirmək istərdim"

Azərbaycan-Serbiya  ədəbi əlaqələrinin zənginləşməsində Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, tanınmış qərbşünas - alim, Azərbaycanın ilk balkanşünası Cəlil Nağıyevin adını xüsusi qeyd etmək lazımdır. C.Nağıyev serb ədəbiyyatına  həsr olunmuş bir çox elmi tədqiqat əsərlərinin, tərcümələrin müəllifidir.

Serb ədəbiyyatını Azərbaycan oxucusuna tanıtmaqda "Kitabçı" dərgisinin, "Ədəbiyyat qəzeti", "Kaspi" qəzeti "Dünya ədəbiyyatı" dərgisinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. "Kaspi" qəzetinin səhifələrində (8 oktyabr, 2016) tanınmış serb yazıçısı "Xəzər sözlüyü" kitabının müəllifi Milorad Paviçə həsr olunmuş məqalə onun həyat yoldaşı yazıçı Jasmina Mixayloviçlə Fərid Hüseynin müsahibəsi dərc olunmuşdur. Qeyd etmək lazımdır ki, Milorad Paviçə  Bakıda heykəl ucaldılmışdır. Qəzetin səhifələrində verilən əsərlər Serbiyanın ən istedadlı şairlərinin,  XIX-XX əsrlərdə yazıb-yaratmış, bir çox dillərə tərcümə olunmuş rus dilindən Azərbaycan dilinə Xatirə Nurgülün tərəfindən təqdim olunan silsilə  şeirlərdir. Bu şeirlərin müəllifi Laza Kostiç, Vislav İliç, Aleksa Şantiç, Nobel mükafatı laureatı İvo Andriç, Momçilo Nastasieviç, Desanka Maksimoviç başqalarıdır. 2018-ci il noyabrın 27-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə Azərbaycanın Serbiyadakı fövqəladə səlahiyyətli səfiri cənab Eldar Həsənov tərəfindən  məktub gəlmişdir. Səfir məktubunda  Azərbaycan  Ədəbiyyatının Avropada yüksək qiymətləndirlməsi mükafatlandırılması haqqında Ədəbiyyat İnstitutunun direktorunu məlumatlandırır:  "Hörmətli İsa müəllim, nəzərinizə çatdırıram ki, çari ilin 15-19 oktyabr tarixində Serbiyanın Smederovo şəhərində keçirilmiş 49-cu "Smederovo Poeziya Payızı" Beynəlxalq festivalında azərbaycanlı şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xaqani Həbiboğlu (Verdiyev) "Smederovo Qızıl Açarı" mükafatına layiq görülmüş, onun şeirlərindən ibarət "Görüş" adlı kitabı iki dildə (Azərbaycan serb dillərində) nəşr edilmişdir. 1970-ci ildə əsası qoyulmuş hər il təşkil olunan bu nüfuzlu festival, bütün dünya ölkələrini təmsil edən şairlərin görüş yeri kimi məşhurdur. Festivalın təşkilatçıları tərəfindən təsis edilmiş ədəbiyyat sahəsində nüfuzlu mükafat kimi tanınan "Smederovo Qızıl Açarı"na hər il bir şair layiq görülür. Görkəmli ədəbiyyatşünaslardan təşkil olunmuş münsiflər heyəti zəhmət tələb edən uzun araşdırmalardan sonra festivala təqdim edilmiş çoxsaylı namizədlər arasında gizli səsvermə yolu ilə qalibi müəyyən edirlər. İndiyə qədər qalib gəlmiş şairlər arasında Avstriya, Fransa, İspaniya, Çin, Yunanıstan, Rusiya, Almaniya, Norveç, Zimbabve, Argentina digər ölkələrin sevilib-seçilən şairləri yer almışlar.

Səfər çərçivəsində Xaqani Həbiboğlu Serbiya Respublikasının Mədəniyyət İnformasiya naziri cənab VladanVukosavlyeviç tərəfindən qəbul edilmiş, həmçinin Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili Mədəniyyəti Mərkəzində, Universitetin filologiya fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış etmişdir.

Azərbaycan ədəbiyyatı Balkan yarımadasında yerləşən Sloveniya, Makedoniya, Bolqarıstan kimi slavyan ölkələrində tanınır, tərcümə olunur maraqla oxunur.

 

Gülər Abdullabəyli

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.13.