Erməni qəsdləri...
II yazı
20 Yanvar, 26 fevral və 31 mart tarixləri müasir
tariximizin təqvimində qara pəncərələrdir. Biz hər dəfə
həmin pəncərələrdən baxıb gələcək
üçün lazım olan dərsləri almalı, ibrət
götürməliyik. Şair, publisist
Babullanın qəzetimizin ötən sayından etibarən təqdim
etdiyimiz yazıları məhz bu məqsədi güdür,
yaddaşımızı təzələmək
üçündür.
İstər Azərbaycanda,
istərsə də Ermənistanda yaşayan,
xalqımızın taleyini düşünənlərin
kütləvi surətdə "soyqırımı"
başlandı. Ötən əsrin 30-cu illərinin
qanlı repressiyaları millətçi erməni
daşnaklarının əcinnə məkri ilə tariximizə
qanla yazıldı...
O illərdə
Azərbaycanda daxili işlər nazirinin müavini, Ermənistanda
isə daxili işlər naziri işləmiş
X.Qriqoryanın, əvvəlcə Azərbaycanda daxili işlər
nazirinin müavini, sonra isə daxili işlər naziri işləmiş
A.Markaryanın və onların yüzlərlə əlaltılarının
bilavasitə rəhbərliyi, göstərişləri, Azərbaycan
SSR XDİK-nin müstəntiqləri Qalustyanın, Asaturovun,
Sumbatovun və digər erməni daşnaklarının təhriki,
yaxından iştirakı ilə, bu "cinayət
orkestri"nə "drijorluq" edən Mikoyanın rəhbərliyi
altında Azərbaycanın 30000-dən çox fədakar
ziyalısı kütləvi surətdə məhv edildi...
...1929-cu
ilin fevralında Zaqafqaziya İcraiyyə Komitəsinin qərarı
ilə Naxçıvan Muxtar Republikasının bir kəndi
ermənistana verildi.
1935-ci ildən
başlayaraq Ermənistanda tariximizi yaşadan Azərbaycana məxsus
toponimləri, orominləri, oykonimləri və hidronimləri
kütləvi surətdə dəyişmək, onları
daşnak xisləti ilə erməniləşdirmək, qiymətli
maddi-mədəniyyət nümunələrini dağıtmaq
kampaniyasını təcili surətdə həyata keçirməyə
başladılar...
Bu
dövrdə İrəvan (Yerevan), Gümrü (Yeniməkan),
Qarakilsə (Kirovakan), Ağababa (Amasiya), Gözəldərə
(Martuni), Basarkeçər (Vardenis), Vedı (Ararat), Qəmərli
(Artaşat), Zəngibasar (Masis), Toğluca (Krasnoselsk),
Hamamlı (Spitak), Allahverdi (Alaverdi), Dərələyəz
(Yexeqnadzor), Axtı (Çarensevan), Kəvər (Kamo), Qurdqulu
(Oktemberyan), Mollagöyçə (Maralin), Mehri (Meqri), Karvansara
(İcevan), şəhərlərinin və yüzlərlə
digər yaşayış yerlərinin adları dəyişdirildi...
İrəvandakı
Körpüqulağı, Təpəbaşı, Hacı Novruzəli,
Qalo məscidləri, Sərdar qalası, onlarca karvansaralar,
rayon və kəndlərdəki ziyarətgahların, türbələrin,
məscidlərin əksəriyyəti dağılıb viran
edildi. Ən qədim qəbiristanlıqlar
yer üzündən silindi...
Zəngibasar
və Qarabağlar rayonları ləğv edilib erməni rayonlarına
qatıldı. Azərbaycan dilində fəaliyyət göstərən
təhsil və mədəniyyət ocaqlarının əksəriyyəti
bağlanıldı...
...1955-ci
ildə Bakıda keçirilən məhkəmə prosesində
istintaq subyekti kimi oxunan Azərbaycan xalqının ən qəddar
düşməni X.Qriqoryanın atasına yazdığı məktubda
100 nəfər azərbaycanlının ağır işgəncələrlə
güllələndiyini, 500 nəfərin isə güllələnmək
üçün növbədə
saxlanıldığını böyük fəxrlə
göstərməsi daşnak cəlladlarının əsl
xislətindən xəbər verirdi.
Ötən əsrin 30-cu illərinin sonunda demək olar
ki, erməni millətçiləri "beynəlminəlçi
- kommunist" qiyafəsində xalqımızın intellektual
potensialının məhvinə yönəltdikləri təxribatlar,
sui-qəsdləri istədikləri kimi başa
çatdırdılar. Əl-qolları tamamıilə
açıldı. Onların təbirincə, əsas məsələyə
keçmək vaxtı yetişmişdi...
... Mikoyan
da, öz növbəsində, "sükanında əyləşdiyi
daşnaksutyun gəmisi"ni "Böyük Ermənistan limanı"na doğru istiqamətləndirirdi.
Dünyanın hər bir guşəsinə səpələnmək
üçün ən iyrənc niyyətlər yüklənmiş bu
gəminin "Stalin
aysberqi"nə toxunmaması da birinci növbədə
Mikoyandan asılı idi... Çünki erməni
daşnaklarının son məqsədi dünyanı əsarətə
almaqdan ibarət idi... Bunun üçün
daşnaklar dünyanın ən fövqəlbəşər
dövlətləri SSRİ, ABŞ və Fransada hakimiyyəti
zəiflətməli, rəhbərliyi ələ keçirməli
idilər. Bu dövlətlərin
qarşısıalınmaz hərbi arsenalı hesabına
öz çirkin əcinnə əməlləri ilə
dünyanın bütün insanlarına zülm etməyi
qarşılarına məqsəd qoymuşdular...
Dünyanın
ən hiyləgər dasnakı A.Mikoyan XX əsrin ən qorxunc
diktatoru Stalinin süfrələrarxası mərasimlərindəki
təlxəkliyi,
"mələk donunda"
çıxardığı oyunbazlıqlar Stalinin qəzəbinə
tuş gəlmə ehtimalını azaldırdı...
...İkinci
Dünya müharibəsinin başlanması daşnakların məkrli niyyətlərini
bir qədər də olsa ləngitdi...
...1943-cü
ildə Tehran konfransı zamanı müharibədə İran
dövlətinə dəyən ziyanların
araşdırılması kontekstində SSRİ - İran əlaqələri
geniş müzakirə edildi. Mikoyanın əvvəlcədən
işlədiyi "proqram" əsasında və onun hiyləsi
ilə, B.Molotov İrana yardım üçün
"İranda yaşayan ermənilərin Azərbaycana
köçürülməsi" məsələsini irəli
sürür. İşin gedişində Mikoyan "Azərbaycan
üçün qurulmuş bu daşnak tələsi"ni
"daşnak ixtiraçılığı" ilə bir qədər
də "təkmilləşdirir"...
...Mikoyan
- Arutunyan (Arutunyan o zaman Ermənistan KP MK-nın 1-ci katibi
işləyirdi) cütlüyü bu məsələni əsl
"daşnak məcrası"na yönəldir.
Nəticədə son qərar qəbul edilir.
İranda yaşayan ermənilər Ermənistana,
bunun müqabilində isə Ermənistanda yaşayan azərbaycanlılar
Azərbaycana köçürülsünlər. Lakin
erməni əcinnələri məşvərət keçirərək
müxtəlif bəhanələrlə bu məsələni
bir qədər də yubatmaq "planlarını" daha da
"təkmilləşdirmək" və müharibənin qələbə
səmtini tam dəqiqləşdirdikdən sonra "inamlı
addım atmaq" qərarına gəldilər...
...Müharibənin
nəticəsi hər iki halda onlar üçün sərfəli
idi. Çünki erməni daşnakları
Birinci Dünya müharibəsində olduğu kimi, hər iki
cəbhəyə işləyirdi.
...Sarkisyan
tərəfindən faşizmə satılmış Qaragenin
milli qəhrəman kimi təqdim olunub ona abidə
ucaldılması deyilənlərin sonuncu bariz nümunəsidir.
Saysız-hesabsız
belə misallar çox çəkmək olar...
...Nəhayət,
23 dekabr 1947-ci il tarixində Mikoyanın
hazırladığı "Ermənistanda yaşayan azərbaycanlıların
Azərbaycana köçürülməsi barədəki qərarı
Stalin imzalayır. İlkin şərtlərə görə,
köçkünlər dağlıq ərazilərdə
yaşadıqlarından Şuşa, Qəbələ
və digər dağlıq rayonlara
köçürüldülər. Bu məsələ, ələlxüsus
Şuşada azərbaycanlı köçkünlərin
məskunlaşması yenə də erməni əcinnələrin
ürəyincə olmadı!.. Çünki bu
cür məskunlaşma Dağlıq Qarabağda daşnaklara
sərf edən demoqrafik göstəriciləri pozurdu. Bu
da, öz növbəsində, gələcəkdə
"Böyük Ermənistan" yaradılması yolunda maneə
olacaqdı... Ona görə "Mikoyan-Arutunyan cütlüyü" yeni hiyləyə
əl atdılar. Onlar Stalinə "subut etdilər ki", Ermənistandan
Azərbaycana köçürülən Azərbaycanlılar
dağlıq bölgələrdə, o cümlədən
Dağlıq Qarabağda məskunlaşsalar bu, Sovet
iqtisadiyyatına məhvedici zərbə olacaq,
M.C.Bağırov Ermənistandan gələn azərbaycanlıların
Dağlıq Qarabağda məskunlaşmasını bilərəkdən
edir ki, aran rayonlarında pambığı becərən və
yığan az olsun. Ona görə Stalin "Mikoyan-Arutunyan
proqramı"nı bəyənib Ermənistandan köçən
azərbaycanlıların ancaq Kür-Araz boyu rayonlarda məskunlaşması
üçün sərəncam verdi. 10 mart
1948-ci ildə köçürülmə şərtləri
imzalandı. 1948-ci ildə 10000, 1949-cu ildə
40000, 1950-ci ildə 50000 Azərbaycanlı öz qədim
torpaqları olan Qərbi Azərbaycan ərazisindən
köçürülməli idi. Lakin bu
deportasiya 1952-ci ilə kimi uzanaraq köçkünlərin
sayı 150000 nəfəri ötdü.
"Faciəli
didərginlik dövrünün yeni dözülməz illəri
başlandı... Misli görünməmiş qəddarlıqla
deportasiya edilən soydaşlarımızın xeyli hissəsi
isti iqlim və pis məişət şəraitinə dözməyib
vəfat etdilər.
Bütün dövrlərdə erməni millətçiləri
hər vasitə ilə çalışırdılar ki,
törətdikləri cinayətlərin izlərini imkan daxilində
itirsinlər, onlara sərf etməyən məlumatların
yayılmasına yol verməsinlər. Bunun üçün istədikləri
arxiv sənədlərini əldə etməyə və yaxud
"aradan çıxarmağa" nail olsunlar. Bu
məsələni də daşnaklar çox
ölçüb biçmişdilər. Təsadüfi
deyil ki, 1920-ci ildən 1947-ci ilədək Bakıdakı
Respublika Baş Arxivlər İdarəsinin rəis müavinləri
Bülnəzəryan, sonra isə Şahnəzəryan
olmuşdular...
Azərbaycanda
Sovet hakimiyyəti qurulduğu vaxtdan ötən əsrin 80-ci
illərin ortalarına kimi respublikanın həlledici idarəetmə
orqanlarında, dövlət əhəmiyyətli müəssisələrdə
çalışan katibələrin, referentlərin, köməkçilərin,
ümumu şöbə müdirlərinin 80 faizi erməni əcinnələrinin
nümayəndələri idi...
...İkinci Dünya müharibəsindən sonra Mikoyan
xeyli aktivləşmişdi... Stalinin etimadını
qazandığına görə "erməni faktoru"nu
ön plana çıxarmışdı. Stalinlə olan
"məşvərətləri"nin birində Mikoyan NATO-nun zəiflətməyin
zəruriliyndən və bunun üçün SSRİ-nin
möhkəmləndirilməsinin vacibliyindən söz
açdı. Bu təklifdən məmnun olan
Stalin Türkiyəyə təzyiq göstərərək,
NATO-nun hərbi bazaları yerləşdirilən Türkiyənin
ərazisindəki Şərqi Qars əyalətlərinin Ermənistana
verilməsi məsələsini irəli sürdü. Türkiyəyə təzyiq göstərilsə də,
erməni əcinnələrinin bu bəd niyyəti də
baş tutmadı. Stalinin qəfil ölümü erməni
millətçilərinin bu məkrli niyyətlərini
puç etsə də, SSRİ məkanında, ələlxüsus
ermənilər arasında "Mikoyan amili"ni
ön plana çıxardı. Belə əlverişli
şərait erməni millətçilərini tam qane edirdi.
Mikoyanın adı dünya siyasət
meydanlarında hallandırıldı. Ermənilər
tanınmağa başlayırdılar. Daşnaklar artıq səs-küy
qopara bilərdilər. Bu dövr əsasən
erməni millətçilərinin dünyanın hər yerində
genişmiqyaslı "kadrlar hazırlamaq" - daşnak
emissarları göndərmək vəzifəsini
qarşılarına məqsəd qoymuşdular.
Bütün bu "əməliyyatlar" katolikos tərəfindən
məharətlə idarə edilirdi: ABŞ-dakı,
Fransadakı imkanlı ermənilər maliyyə işlərini
öz öhdələrinə götürmüşdülər.
Erməni əcinnələri
terrorçuluğu həlledici vasitə kimi ön plana
çıxardılar. Lakin terrorçuluq
tamamilə pərdə arxasında icra edilməli idi. Bu
məqsədə nail olmaq üçün birinci növbədə
"erməni xalqının dünyada ən qədim əzabkeş
xalq" olmasını, Türkiyə tərəfindən guya
"erməni soyqırımının törədilməsini
zor gücünə də olsa sübut etməyə
çalışırdılar. Son nəticə
olaraq "Erməni terror təşkilatı" ABŞ
konqresinə müzakirə olunmaq üçün 1985-ci ilin
dekabr ayında təqdim etdikləri bədnam qətnamədə
aşağıdakı tələbləri qoymuşdu.
- Türkiyə
dövləti varisi olduğu Osmanlı İmperiyasının
"Erməni soyqırımını əvvəlcədən
düşünülmüş şəkildə törədilməsini
boynuna alsın;
-
Dünyanın bütün dövlətləri ermənilərə
qarşı "soyqırım" faktını, ermənilərin
ərazi hüquqlarına qəsd kimi qəbul etsinlər;
- ABŞ
öz müttəfiqi Türkiyə ilə olan dostluq
mövqeyindən əl çəksin, Türkiyəni məcbur
etsin ki, öz ərazisinin bir hissəsini "Böyük Ermənistan
dövləti" yaratmaq üçün ayırsın və
qətnaməni qəbul etsin!!?
...Bu qətnaməni
əcinnə-millətçi erməni terrorçuları 20
ilə yaxın idi ki, ciddi hazırlayırdılar.
BABULLA
Ədəbiyyat qəzeti.- 2019.- 26
yanvar.- S.19.