Məktub
Sovet İttifaqı Qəhrəmanı
Əvəz Verdiyevin Laçındakı
heykəlinə
Səni
xatırlayanda xəcalətimdən
ölüb yerə
girirəm, Həşimin
oğlu!
Adamı
xatırlayana
belə xəcalət verərlərmi, kişinin
oğlu?!
Vətəni səni kimi sevəcəyimizə
and içirdik pionerə, komsomola keçəndə.
Tanrı
hər şeyi görk elədi -
ağ yalanlarımız
ağardı
gecənin üstünə
səhər ağaran
kimi...
Biz qaçdıq sən çiynində avtomat,
Laçın adlı yurdunla əsir düşdün.
Səndən bir az
yuxarı - abidənin
altda
Ana heykəli dizinin üstündə körpəsi
arxamızca baxa-baxa
qaldılar.
Gözlərindən yayınaq deyə
çoxumuz Laçından
gecə çıxdıq,
Elə
o çıxan-bu çıxan
-
nəfəsimiz üstümüzdə
heçə çıxdıq.
Laçından çıxandan sonra
bildim -
daş olsa da, heykəllər də qanır,
Heykəllər də içində
çəkir,
içindən doğranır.
...Laçında qış
soyuq olur,
əllərini ovuşdurmaq,
isitmək istəyirsən.
Bir də salam
yazmadım,
bilirəm, salamı
oxumaq yox,
dilimizdən eşitmək
istəyirsən!
Ürək söhbəti
Ayrılıq, dostum, aradan
sel aparan körpüdü,
Sənə iki yol qalır -
Ya geri qayıtmaq,
ya dizi qucağında
çayın qırağında
oturmaq...
Birinciyə ürək lazımdı,
İkinci də ürək istər.
Baxır
sən hansı ürəyə sahibsən...
Ayrılığın payız yağışı
xatirə mozaika
Kövrək xatirələr qaldı
nə qədər, -
Heç bilmirəm pisdi, yaxşıdı, tellim.
Zəng
edib dəstəkdə
o hönkürməyin
Ayrılığın payız yağışıdı,
tellim.
Taledən, yığvaldan ağzım
yanıxdı,
Sevgini məlhəmtək
ağrıma basdım.
Yanına
gələndə səndən
daha çox
Sənin təkliyini bağrıma basdım.
Özün bilirsən ki, çox sadəlövhəm
Mən günü bu gün də uşağam, tellim,
Həmişə bərk-bərk tapşırardın
-
"Çənəndən öpməyə heç kəsi qoyma!"
Heç
kimə deməyə üzüm gəlmədi,
Bilirsən ki, üzüyumşağam,
tellim.
Hələ yadımdadı Nohurgölündə
Dedin ki, qorxuram - suya baxanda -
Bir yerdə
sulara əksimiz düşür.
Bir də ki, yadıma
sənin evində
Şamın işığında rəqsimiz
düşür.
Kövrək xatirələr qaldı
nə qədər, -
Heç bilmirəm pisdi, yaxşıdı, tellim.
Zəng
edib dəstəkdə
o hönkürməyin
Ayrılığın payız yağışıdı,
tellim.
Yıxılasan
Əlibıçaqlı qova səni,
Qapı ağzında yıxılasan.
Nazlanır nazın nazdan naza,
Səni nazından yıxılasan.
Aşa bilmədim
nə sədd qaldı?!
Ürək yenə də həsrət qaldı.
Kimsən, oxuyan? - cəsəd qaldı,
O avazından yıxılasan.
Sözün varmı, adam şəkilli?!
Həm dərdlisən, həm də fikirli,
Qışdan çıxıb dili
şükürlü, -
İlin yazında yıxılasan.
Xatirələr sərgisi
Sənli
xatirələrim olan yerə
baş çəkdim bu axşam,
Sətəlcəm adama titrətmə
kimi
Bu cana sevginin
əsəri gəlir...
Mənim
başıma xeyir -
Hələ sevgidən məstəm, sərxoşam.
Məzara
baş çəkənlər
kimi...
Gözlərim doludu, əlləri boşam.
Saata baxıram - səkkizə qalır...
Mətbəx pəncərədən qaraltın
keçir.
Yəqin,
yenə çayın
qaynayır
Mən olsam deyərdim - dur altın keçir.
Evinizin hər tərəfində
Xatirələrin sərgisi qalıb.
Həm iliyə işləyən
qışın sazağı,
Həm yayın
qovuran bürküsü
qalıb.
Xatirəsiz bir yer yoxdu,
Bax burda bir dəfə
dilin "gəl"
- dedi,
Bax burda bir dəfə "bir ayaq saxla".
Deyirdin maşını tanıyırlar
daldaya çək, uzaq saxla!
İkimiz
bir yerdə görünmədik heç
Tanrı verən eşqi gizlin yaşadıq.
Günahkar olsaq da bir onu billəm
Biz elə sevginin
əslin yaşadıq.
Sən bir az təşərdin, bir az cilvəli,
Maşında güzgüdə dil
çıxardırdın...
Elə gəlməliydim kimsə duymasın,
Qapıdan içəri girirdim
sonra
Paltomun altından
gül çıxardırdım.
Dağıldı dörd yana xatirələr
Küçədə, maşında, güzgüdə
qaldı.
Yığıb topalaya bilmədik,
Heyif! Xatirələr sərgidə qaldı.
Əsgərlərimizə
Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
Parçalanmış yurdu bir yerə yığmaq,
-
Sizdən bundan özgə nə umuruq biz.
Bir Allah
bilir ki, hər gələn gecə
Sizə umud olub göz
yumuruq biz.
Nə qədər meydanı daraldı onun, -
Qoy şaxı açılsın
- o bayraq üç rəng!
Onun bir adı da
sevinc göz yaşı, -
Ondan gözəl olmaz gözümdə heç
rəng!
Nə vaxt döyüş olur, torpaq qayıdır,
O bayraq sizinlə irəli gedir.
Əsgər yoldaşının son nəfəsidi -
Bax o da dayanmır, yaralı gedir.
İllərdi ürəkdə bir
arzumuz var, -
Düşmənin burnunu əzəsiniz
bir!
Tanrı
çox görməsin
- qalxsın bu töhmət-
Papağı yan qoyub gəzəsiniz bir!
Yan-yana sıx durun
düşmən önündə,
Amandı
sıranız olmasın
seyrək!
Tağbənd körpülərin daşları
kimi
Biri-birinizdən bərk yapışın,
bərk.
Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
Səni unutmaq olmur
Məhbusun illər sonra
unutmadığı təkadamlıq
məhbəs kimi,
Şimşəkdən sonra
ağlımıza gələn
səs kimi
Səni unutmaq olmur.
Elə bilmə yad kimisən...
Güllərdə bildiyim ətir,
Meyvələrdə tanıdığım
dad kimisən
Səni unutmaq olmur.
Bir misal deyim, -
Çınqılda necə gəzər,
nəyi unutmaz ayağıyalın?!
Hər vaxt xatırlanan
ölüm kimisən,
zalım,
Səni unutmaq olmur.
Təbəssüm
Şəkil göndərdin -
dodaqlarında bir topa təbəssüm
bir topa çiçək kimi...
Ovqatım təzələndi,
yoxa çıxdı
incikliyim, umu-küsüm.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək əvəzi,
Stola qoyulmaz, meydan istəməz,
Hər yerdə yanımdadı -
su istəməz, güldan istəməz.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək kimi,
Ətri
sardı dörd yanımı...
Təbəssüm küsü saxlamaz!
Şəhərin heç bir gül satanı
belə buket bağlamaz.
Bir qadın ola
Bir qadın ola,
-
Sevib sonra dalaşasan,
Küsdürəsən, küsəsən...
Barışanda hönkürüb ağlayacaq
qədər
səni sevdiyinin şahidi olasan.
Həm özünü qınayasan,
Həm də bığ altından güləsən,
Belə
bir qadın ola
Özünü xoşbəxt biləsən...
Sevgi aclığı
Nə
ad qoyulur qoyulsun -
bütün korluğum,
aclığım
Sevgi adına korluğumun,
yanında heç
nədi, tellim.
Bircə
sevgi aclığım
sən olmayınca keçmədi, tellim.
Göz sevginin ardınca yaşarır, tellim,
Sevgi aclığı nəfəs
aclığı kimidi
Almasaq içimiz boşalır, tellim!
Dua
Ağaclar barıynan,
dağlar qarıynan,
Göylər quşuynan xoş olur.
Tanrım,
heç kəsi sevgisiz qoyma,
Sevgisiz bəndə lələk kimidi, -
içi bomboş
olur...
Xallım
Tanrım
elə şans tanıya,
Nazını mən çəkəm, xallım.
Mən varam - mən olan yerdə -
Sənin dərdlərin kəm, xallım.
Basdıqca yanına qədəm
Doğma
adamtək ərk edəm, -
Səni
öpüşə qərq
edəm,
Zəhləni də tökəm, xallım.
Kim olar ki, sən busatda?!
Yaranmısan xoş saatda.
Həm sevgidə, həm həyatda
Mən tək oğlu təkəm, xallım!
Qarışqa qısqanclığı
Sənə zəng gəldi...
Nə bilim hansı qohumdan,
hansı kəmfürsətdən
görüş yarımçıq
bitdi,
Çaya
da vaxt olmadı...
Süfrə alt altdan qaldı, üst üstdən.
Ayrılanda bağının əncirindən
pay qoydun - üstü qarışqalı.
Mən də yarımçıq
görüşün acığına
yolboyu qarışqasıyla
yedim payını.
Qarışqalardan biri fürsət
tapıb
dilimi dişlədi - verdi "vay"ımı.
Qarışqa ya sənin qisasını alırdı,
ya əncirinizin.
Əncir
olmasaydı deyərdim
qarışqa acdı,
Qohumlarının adı çıxıb,
Qarışqaların qohumlardan qısqancdı.
İlham QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.29.