Volterin cənnətinə səyahət
Volter "Kandid"
əsərini bekarçılıqdan
yazdığını deyirdi. Hətta bu
əsərin müəllifliyindən
imtina edirdi. Bəs görəsən dahi yazıçı nə dərəcədə səmimi
idi? Kandid əsəri ciddi
mesajlarla zəngindir.
Əsərin əsas ideyası budur: "Bütün pisliklər yaxşılığa doğru
atılan addımdır".
Volter idarəetmədəki
qüsurları kəskin
şəkildə tənqid
etdiyinə görə
daim təqiblərə
məruz qalmış,
Bastiliya qalasında həbsdə olmuşdur.
O, dini fanatizmin, edamların əleyhinə
olmuş, bu səbəblərə görə
mühacirət həyatı
yaşamış, bir
ölkədən digərinə
qaçmışdır. "Kandid" əsərini oxumaq hər bir yetkin insan
üçün faydalıdır.
Volter insan faciəsinə görə əzab çəkirdi. Onun zamanında edam cəzasından, savaşdan
ölən insanlar təbii fəlakətlərdə
ölənlərdən daha
çox idi.
Kandid baron nəslindən
olan qızı sevir. Qızı Kandidə layiq
bilmirlər. Baronessanı öpmək şərəfinə
layiq olan qəhrəman bu hərəkətinə görə
malikanədən qovulur.
Təsadüfən bolqarlara rast
gələn Kandid sonra həbs olunur. Onu təhqir edir,
çubuqlayırlar. Lakin bolqarların
əlindən qaçmağı
bacarır. Kandid düşünür
ki, heç bir səbəb nəticəsiz deyil, baş verən hər şey zərurətdən yaranır.
Bəzi anlarda yanılır.
Müəllimi Panqlos ona mövcud bədbəxtliklərin,
gərgin çətinliklərin
gələcək inkişafa
doğru addım olacağını öyrədir.
Kandidsə fikrində yanılır.
Ona Kuniqundanın öldüyünü
deyirlər. Bu xəbərdən sarsılan
Kandid həm də sevgilisinin zorlandığını, işgəncəylə
öldürüldüyünü eşidir.
Panqlos filosofdur,
hikmətli insandır. Paketa ilə
cinsi əlaqə zamanı sifilis xəstəliyinə tutulur.
Panqlos söyləyir ki, Avropaya bu xəstəliyi
Xristofor Kolumbun dəstəsi gətirib.
Lakin o, məlum səyahətə
getməsəydi, Avropa
bir çox həqiqətlərdən xəbərsiz
olacaqdı. Sənət, ixtiralar ciddi qurbanlar tələb edir. Avropa mədəni rifaha
çatmaq üçün
böyük qurbanlar verib, iki dünya
müharibəsi, gilyotinlər,
inkvizisiyalar, vətəndaş
müharibələri görüb.
Əsərin ən qəribə məqamlarından biri Kuniqundanın zorlanmasını,
alçaldılmasını bilən Kandidin öz sevgisindən imtina etməməsidir. O dövr
üçün belə
davranış yeni düşüncə naminə
atılan inqilabi addımlardan biri idi. Panqlos isə ona xəstəlik keçirən
Paketaya nifrət etmir. Volter bu əsəriylə
nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur, nifrətdən uzaq olmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır.
Volter yaradıcılığı
ərzində yüzdən
çox təxəllüsdən
istifadə etmişdi. O, mühafizəkar
cəmiyyətə nifrət
etsə belə, cəmiyyətlərdə yaşamaqdan
xilas ola
bilmirdi. Əsərdə məhkəmə hakimiyyətinə qarşı
kəskin tənqidi münasibət var. Rəhbər
şəxslərin qadın
düşkünü olmaları
onların ədalətli
qərar vermələrinə
əngəl törədir.
Kandid sadiq nökəri Kakambonun "optimizm nədir" sualına belə cavab verir.
- Mənim indi anladığıma görə, optimizm çox pis anlama gələn sözdür, hər şey çox pis durumda olanda,
hər şey çox yaxşıdır
demək - optimizm adlanır.
Volterin optimizmə
inamı bu fikirdə əks olunur. Müəllimi Panqlos Kandidə
həyatın nikbin olduğunu söyləmişdi,
fəqət əsir düşən Kandid insanların edamını,
tonqalda yandırılmasını
görür. Bu hadisələr onun iradəsini sındırır,
Kandid sevdiyi Kuniqundanın qardaşının
qatili olur. Çünki baron hər zaman
Kandidi alçaldırdı.
Kandidə öz nəslinin
tarixini bilmədiyini, aşağı təbəqə
nümayəndəsi olduğunu
deyirdi. Volter əsərində sosial təbəqələşmənin
bəşəri inkişafa
vurduğu zərbələri
təsvir edir. Dahi yazıçı çox
sevgilər yaşayıb,
bütün sevgiləri
də uğursuz olub. Yazdığı əksər əsərlərdə
tənhalıqdan, sevgisizlikdən
yaranan gərginlik hiss
olunur.
Əsərdə qarı obrazı var. O da zorakılıqların qurbanıdır. Həyatda heç nə
əbədi deyil, zadəgan nəslinin nümayəndəsi olan bu qarı yoxsulluq
içində yaşayır.
Kakambo sahibi Kandidin ədalətli qərarlarını,
səxavətli olmasını
sevir, ona bağlanır. Sahibini sevdiyi
qadına qovuşdurmaq
üçün çox
çalışsa da
bir nəticə hasil olmur. Bir çox dahilər qadınlara qarşı kinli münasibət bəsləyiblər. Volter yaradıcılığında
da eyni vəziyyət
var. Sanki uğursuzluqlarına görə qadınlardan qisas almaq fikri
var. Hətta monarxlar da Volterə qarşı vəhşi münasibət bəsləyirlər.
Kandidlə Volter arasında oxşar xüsusiyyətlər
mövcuddur, dini təqiblərdən qaçan
mütəfəkkirə katoliklərin
və protestantların
olmadığı şəhər
haqqında bəhs edirlər. Bəlkə də, Kandidin
Eldorado sandığı məkan
Volterin təqiblərdən
qaçmaq üçün
yaşadığı həmin
ölkədir. Eldorado gözəl ölkədir,
insanlar nifrətlə
yaşamır, sevgi, ali duyğular
onların həyat tərzidir.
Kandidin özünə
bələdçi seçərkən
istifadə etdiyi üsul çox qəribədir. O, ən bədbəxt insanı bələdçi kimi işə qəbul edir. Martenlə Kandidin fəlsəfi
söhbətində Volterin
yazıçıdan daha
çox filosof olduğunu görürük.
Bütün dünya Volteri
əvvəlcə filosof,
sonra yazar hesab edir.
Kilsəyə qarşı kəskin fikirlərinə görə
İngiltərəyə sürgün
olunan Volter həmin illər ərzində daha çox inkişaf etmişdir. Gənclik illərində Şekspiri
gənc şairlərə
nümunə göstərən
filosof bir neçə ildən sonra Şekspirdən daha yüksək istedada malik olduğunu demişdi.
Volterin yazdıqlarını
və Volter haqqında yazılanları
oxuyanda Əhməd bəy Ağaoğlunun
"Sərbəst insanlar
ölkəsində" əsərini
xatırlayıram. Volter mədəni
təşəkkülü İngiltərədə görmüşdüsə,
Əhməd bəy Ağaoğlu mədəni
təkamülü, sənətin
aliliyini Fransada görmüşdü. Viktor Hüqonun
Volterin ölümünün
100-cü ildönümündəki nitqi yüzlərlə kitaba bərabərdir.
Bu nitqi oxuyarkən
insan sənətin əsl mahiyyətini dərk edir. Volter insanların vicdanına xitab edirdi. Haqq tərəfdarı olmaq çox çətindir.
Ədalət tərəfdarı olan insan hər
zaman öldürülməyə,
döyülməyə, maddi
və mənəvi işgəncələr yaşamağa
hazır olmalıdır.
Volter 82 illik ömrünü əzablar içində yaşadı. 100-dən çox təxəllüsdən
istifadə etmişdi.
Volter haqqında danışarkən onun
"Fanatizm" əsərindən
bu fikri yazmamaq günah olar:
"Fanatiklərin cilovu, çox vaxt, fırıldaqçı adamların
əlində olur, onların əlinə xəncəri də bunlar verirlər; deyilənə görə,
dağlarda yaşayan bir Qoca, bu
sayaq fanatiklərə
cənnəti bu dünyada daddırarmış,
sonra da bu dadı damaqdan
getməyən yaşamda
sonsuza kimi ömür sürə bilməyin tək yolunun, onun dediyi
adamı öldürmək
olduğunu onlara aşılayarmış, elə
bu dediyimiz fırıldaqçılar da,
o Qocanın tayıdırlar".
"Beyin, fanatizm
qanqrenasına yoluxubsa,
bu, artıq sağalmaz bir xəstəlikdir. Mən keçmişdə, çox
böyük çılğınlıqla
Müqəddəs Parisin
möcüzələrindən danışan insanları görmüşdüm, onlar
danışdıqca qızışıb
özlərindən çıxır,
gözləri alışıb
yanmağa başlayır,
bədənlərini əsməcə
tutur, üzlərində
ağıl itirməyin
əlamətləri görünməyə
başlayırdı: bu
anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər".
Nicat HƏŞİMZADƏ
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.31.