DEZDEMONANIN DƏSMALI
Uilyam
Şekspirin (William Shakespeare , xaç suyuna çəkilib
26.04.1564 – 23.04.1616) doğulub
dünyasını dəyişdiyi hesab olunan bina Henley St,
Stratford-upon-Avon CV37 6QW, United Kingdom ünvanında yerləşir
və Shakespeare's Birthplace adlandırılaraq indi onun ev
muzeyidir. Muzeyin saxlancında farsca üzü dərili qalın
əlyazma kitabı mühafizə olunur, alimlərimizin qənaətinə
görə, kitab Şeyx Nizami Gəncəvinin “Xəmsə”sidir.
Şeyx Nizaminin möhtəşəm əsərləri
meydana gələn XIII əsrdə ingilis əlifbası təzəcə
tətbiq olunurdu. İslam sivilizasiyası bəşər
tarixində Orta yüzilliklərdə elmlərin bütün
sahələrində yeganə üstün mövqeydəydi. Səlib
yürüşləri zamanı müsəlman müəlliflərin
çalınan kitablarını latıncaya tərcümə
edib tədris etməklə, qədim yunanlardan sonra donuq vəziyyətə
düşən Avropada elm yavaş-yavaş inkişaf etməyə
başladı.
Mövlanə
Məhəmməd Füzulinin çağdaşı kimi,
Şekspirin Qurani Kərimdən, Peyğəmbər hədislərindən
məlumatlı olduğu müxtəlif alimlər tərəfindən
xüsusi mövzu kimi araşdırılıb. Şekspirin
şəxsiyyəti hələ də gümanlar
dumanlığındadır; onun həqiqətən də
Qlobus teatrının aktyoru olduğu normal məntiqə
sığmır. Kanonik 8 cilddə toplanan çox mükəmməl
əsərləri əsaslı təhsil almayan, əcnəbi
dilləri bilməyən, şəhərindən kənara
çıxmayan bir aktyor heç vaxt yaza bilməzdi. XIX
yüzillikdə bu məsələnin
araşdırılması gündəmdəydi. Filosof,
tarixçi və siyasətçi
Frensis Bekon (Francis Bacon 22.01.1561 – 09.04.1626), aristokrat,
mesenat, hərbi xadim və diplomat olan, ingilislərin Roger Manners, 5th Earl of Rutland
adlandırdıqları qraf Retlənd (06.10.1576 – 26.06.1612),
Şekspirin adına çıxan əsərlərin əsl
müəllifləri kimi təqdim olunurdu. Hər halda,
Şekspir imzasıyla nəşr olunan əsərlərin
möhtəşəmliyi indi heç bir mübahisə
mövzusu deyil.
1556-cı
ildə nəşr edilən italiyan novelları içərisindən
mövzusu götürülən,1604-cü ilin oktyabrında
ilk tamaşası olan “Otello” faciəsində Uilyam Şekspir
teatr möcüzəsi yarada bilib. Aydın görünəni
sirrin, sirli olanı aydının içində elə
böyük ustalıqla gizləməyi bacarıb ki, beş əsrə
yaxındır dünya səhnəsini öz tilsimində
saxlaya bilir. Əsərin nüvəsi çoxçalarlı
xəyanətdir: Otello – milli, dini xəyanətin, Dezdemona –
övlad xəyanətinin, Yaqo - hərbi xəyanətin
daşıyıcılarıdır. Otello Osmanlı İslam
ordusundan fərarilik edərək xaçpərəstlərə
xidmətə gəlir və burada onu yüksək hərbi
rütbəyə layiq görürlər, Yaqonu da ona köməkçi
verirlər. Hər bir şər məsələ elə bundan
sonra olur. Qısqanc Yaqonun törətdiyi şeytani oyun
bütün əsər boyu öz cazibəsini saxlayır.
Əsərin mətnində Yaqonun diliylə Otelloya bərbər,
mavr deyilir. Mavrlar qarayanız ərəblərdir, zənci
deyillər, italyanlar onları kiçiltmə anlamında
“maura” adlandırır. Mavrlar avropalılara görə ikinci dərəcəli
adamlar hesab edildiyindən, onlara vəzifə verməzdilər,
təbii ki, Otello bunu bilməmiş olmazdı, ona görə
də, karyera evliliyi barədə düşünməmiş
deyildi.
Otellonu
cadugərlikdə ittiham edirlər. Bu, əsassız deyil, hər
kəsin yerinin müəyyən olduğu bir cəmiyyətdə magiyanın köməyi olmadan əsilzadənin,
aşağı sinfin nümayəndəsini sevə bilməsini
ətraf mühit qəbul etmək istəmir. Dezdemonanın
atası Brabantio I pərdə, II şəkildə Otelloya
deyir:
BRABANTIO.
O thou foul
thief, where hast thou stow'd my daughter?
Damn'd as
thou art, thou hast enchanted her;
For I'll
refer me to all things of sense,
If she in
chains of magic were not bound,
Whether a
maid so tender, fair, and happy,
So opposite
to marriage that she shunn'd
The wealthy
curled darlings of our nation,
Would ever
have, to incur a general mock,
Run from
her guardage to the sooty bosom
Of such a
thing as thou,--to fear, not to delight.
Judge me
the world, if 'tis not gross in sense
That thou
hast practis'd on her with foul charms;
Abus'd her
delicate youth with drugs or minerals
That weaken
motion:--I'll have't disputed on;
'Tis
probable, and palpable to thinking.
I therefore
apprehend and do attach thee
For an
abuser of the world, a practiser
Of arts
inhibited and out of warrant.--
Lay hold
upon him: if he do resist,
Subdue him
at his peril.
(BRABANTIO
Ey, əclaf
oğru! Qızımı harada gizlədin?
Lənətə
gələsən, onu cadulamısan sən!
Mənalı
bir işə sözüm yox, ancaq mümkünmü ki,
Cadunun zəncirləməsi
olmadan,
Zərif,
göyçək, məsum qızcığaz
Kəbinə
biganə ikən, varlı-karlı cavan yerlilərrni qoyub
Özünü
adamlara güldürsün,
Bir qara
eybəcərin qucağında evindən qaçsın?!.
Çirkindir
yaranışdan, həm də mehr yox, qorxu doğurur.
Qoy
bütün dünya hakimim olsun! Düz anlatmıram?
Sən
onu məlun cadunla yoldan çıxardın,
Məsum
körpə balamı cadunun zəhəriylə.
Məhv
eləmisən qara ehtiras dalğalarında.
Qoy təhqiq
eləsinlər! Ağlabatan dəlillər sübut etsin hər
şeyi.
Onunçün
sən pozğunu həbs edirəm.
Qanunla
yasaq sənəti gizlin gördüyün üçün!
Onu tutun;
müqavimət göstərsə,
Rəhm
eləmədən öhdəsindən gəlin!)
Qızı
və Otellonun sözlərini dinləyəndən sonra
Brabantio ruhən tamamilə sınır. İş o yerə
çatır ki, son sözlərini Otelloya ünvanlayır:
BRABANTIO.
Look to
her, Moor, if thou hast eyes to see:
She has
deceiv'd her father, and may thee.
BRABANTIO.
Zövcənin
ardıyca daha diqqətlə bax,
Atasını
aldatdısa, səni də aldadacaq.
Bu sevgi, həqiqətənmi
idealdır? I pərdə, III şəkildə Otello Dezdemona
ilə qarşılıqlı çılğın sevgisinin
anatomiyasını anladır:
She lov'd
me for the dangers I had pass'd;
And I lov'd
her that she did pity them.
This only
is the witchcraft I have us'd…
(Əzablarıma
görə sevdi məni,
Və mən
həssas şəfqətinə görə, sevdim onu
Ancaq budur
ittiham olunduğum cadugərlik.)
Otello
kimdir? – sualı verilsə, bir ağızdan hamı deyər
ki, qısqanclığın rəmzi! Doğurdanmı Otello
qısqancdır? O, Dezdemonanı doğurdanmı
qısqanır? Əsərin III
pərdə, III şəklində özü bu suala cavab
verir:
OTHELLO.
I had been
happy if the general camp,
Pioners and
all, had tasted her sweet body,
So I had
nothing known. O, now, for ever
Farewell
the tranquil mind! farewell content!
(OTELLO.
Xoşbəxt
olardım, əgərçi bütün hərbi düşərgəm
Onun
gözəl bədənindən həzz alaydı; hamı,
sıravi əsgərədək
Təki
bilməyəydim heç nə. Oh, əbədi əlvida
Ruhum, əlvida! Dincliyim, əlvida!)
Əsl qısqanc adam xəyalında belə xəyanəti heç təsəvvür də edə bilməz, Otello isə bütün ordusunun sevdiyi qadınla əylənməsinə nəinki dözərdi, bunu bilməyəndə hətta xoşbəxt də olardı. Bu sözlər qısqanc adamın sözləri deyil. Bəs onda qısqanclığın rəmzi kimi qəbul olunan bu əsərdə əsl qısqanc kimdir? Qəribə də olsa, Yaqo! Birinci pərdə onun monoloqu ilə bitir.
IAGO.
Thus do I
ever make my fool my purse;
For I mine
own gain'd knowledge should profane
If I would
time expend with such a snipe
But for my
sport and profit. I hate the Moor;
And it is
thought abroad that 'twixt my sheets
He has done
my office: I know not if't be true;
But I, for
mere suspicion in that kind,
Will do as
if for surety. He holds me well,
The better
shall my purpose work on him.
(YAQO.
Ağılsızlarla
pul kisəm kimi davranıram
Zəkamın
təhqiri olardı, vaxt itirsəydim
Belə
bir qaratoyuqla, ələ salmaq üçün,
Ya xeyir
qazanmağa. Zəhləm gedir Mavrdan.
Deyirlər
ki, yorğan-döşəyimdə
Əvəz
eləyib məni. Belədi, ya şaiyə, bilmirəm.
Ancaq
şübhəylə hazıram düzgün hesab eləyim
O mənim
qiymətimi bilir.
Düşündüyümü
gerçəkləşdirməyim daha asan olar.)
Əsərin
düyün nöqtəsi kimi bu monoloqdan öyrənirik ki,
Yaqo Otellonu arvadı ilə xəyanətdə günahkar bilir
və ondan intiqam almaq üçün faciələrə səbəb
olacaq planını gerçəkləşdirir.
Dəsmalların mistik gücü haqqında hətta Bibliyada da məlumat var. Əhdi Cədiddə Həvarilərin işləri bəhsində “Efesdə” adlı fəsildə, 12-ci şeirdə oxuyuruq: “Belə ki, Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı”. Yuxuyozmalarda dəsmal insanlar arasında həmahəng ünsiyyət, magiyada göz yaşı deməkdir, dəsmalla bağlı kifayət qədər çox mistik məlumat qara (cadu) və çəhrayı (sevgi) magiyasında tətbiq olunurdu.
Orta yüzilliklər Avropasında qadın qoynunda gizlədiyi dəsmalını cismani məhəbbətə işarə kimi kişiyə bağışlayırdı. Gözəl naxışlı qızıl və gümüş saplı tikmələrlə, yelənlərlə süslənmiş dəsmalları nümayiş etdirmək kilsə ayinləri və tacqoyma mərasimlərində qurnaz xanımların vərdişiydi. Dəsmalları kimdənsə alanda, xırda mis pul vermək indiyəcən yaşayan inanclardandır, sanki bununla baş verəcək xəta – bəlanı satın alıb qovurlar. Dəsmalın işarə vermək funksyası da vardı, “Uca dağlar” xalq mahnımızın nəqaratında deyilir:
Yeri-yeri,
mən də gəlim dalinca,
Dəsmal
elə, apar məni yanınca.
1685-ci ildə
XIV Lüdovikin “dəsmalın uzunu ilə eni eyni, kvadrat şəklində
olmalıdır” – xüsusi qərarından sonra, avropalı əsilzadələr
dairəvi və oval dəsmallardan istifadə etmədilər.
Belə çıxır ki, Dezdeminanın dəsmalı indi
istifadədə olan kvadrat şəkilli deyildi.
Yaqo
Otellonun Dezdemonaya bağışladığı sehr
gücü olan dəsmaldan xəbərdardı. Buna görə
də onun cadugərliyi haqqında rəy yaradıb, onu
yaydı. Otello, həqiqətən də, Dezdemonanın məhəbbətini
qazanmaq üçün çəhrayı sevgi magiyasından
istifadə edib. Dəsmalı bağışlamaq evə
göz yaşı gətirmək deməkdir. Adaxlısına
dəsmal bağışlayan aralığa hicranın
düşəcəyini, göz yaşlarının
müşaiyətilə evliliyin aradan qalxacağını
bilməliydi. Otellonun bağışladığı dəsmal
adi ipək parçadan deyil, fövqəladə tilsim
gücünə malikdir. III pərdə, IV şəkildə
onun necə hazırlandığı barədə söz
açılır:
OTHELLO.
I have a
salt and sorry rheum offends me;
Lend me thy
handkerchief.
DESDEMONA.
Here, my
lord.
OTHELLO.
That which
I gave you.
DESDEMONA.
I have it
not about me.
OTHELLO.
Not?
DESDEMONA.
No, faith,
my lord.
OTHELLO.
That is a
fault.
That
handkerchief
Did an
Egyptian to my mother give;
She was a
charmer, and could almost read
The
thoughts of people: she told her, while she kept it,
'Twould
make her amiable and subdue my father
Entirely to
her love; but if she lost it
Or made a
gift of it, my father's eye
Should hold
her loathed, and his spirits should hunt
After new
fancies: she, dying, gave it me;
And bid me,
when my fate would have me wive,
To give it
her. I did so: and take heed on't;
Make it a
darling like your precious eye;
To lose't
or give't away were such perdition
As nothing
else could match.
DESDEMONA.
Is't
possible?
OTHELLO.
'Tis true:
there's magic in the web of it:
A sibyl,
that had number'd in the world
The sun to
course two hundred compasses,
In her
prophetic fury sew'd the work;
The worms
were hallow'd that did breed the silk;
And it was
dy'd in mummy which the skillful
Conserv'd
of maiden's hearts.
(OTELLO.
Zökəm
olmuşam, yaxşı deyiləm,
Lütfən,
mənə dəsmalını ver.
DEZDEMONA.
Al, mənim
munisim!
OTELLO.
Sənə
nə vaxtsa verdiyimi...
DEZDEMONA.
İndi məndə
deyil.
OTELLO.
Səndə
deyil?
DEZDEMONA.
Yox, mənim
munisim.
OTELLO.
Nahaq. Bu
adi dəsmal deyil.
Onu mənim
anama haçansa
Verib cadugər
qaraçı qadın
Fikirləri
oxumağı bacaran,
Ona deyib
ki, əgər dəsmal yanındasa,
Atamı
tamamilə təslim edəcək
Məhəbbətilə,
əgər anam dəsmalı itirsə,
Ya kiməsə
bağışlasa atamın gözündən
Düşəcək
həmən, ruhusa uçacaq
Başqalar
tərəfə. Anam mənə bağışladı
Ölümdən qabaq. Nə vaxtsa evlənsəm
Bağışlayım zövcəmə. Mən də elə eləmişəm.
Onu gözlərin kimi qoru.
Dəhşətdən də dəhşət olar onu itirsən,
Ya da kiməsə
bağışlasan.
DEZDEMONA.
O... doğrudanmı?
OTELLO.
Həqiqətdi bu. Sehirlənib onun tərkibi.
Cadugər diriykən sanalayıb,
Günəşin iki yüz dəfə çevrildiyini,
İpəyi sehrlənmiş saplarla toxudu,
Cadulanmış baramadan çıxmış.
Rənginin tərkibində qız ürəklərindən alınma da vardı.)
Mətndən aydın görünür ki, Şekspir, bir sıra rejissorların və tənqidçilərin təqdim etdiyi kimi, Otelloya heç də əsl aşiq imici verməyib. Yaqo o qədər zülmət qarası boyalarla əks olunub ki, qaramtıl Otello onun fonunda işıqlı, ağ görünür.
1505 – 1508-ci illərdə Kipr adasında Venesiya
ordusunun komandanı olan, arvadını müəmmalı
şəkildə itirən italiyalı Mauratsionu Otellonun prototipi
sayırlar. Kiprin yunan hissəsində qalan, yunanların
“Ammoxostoc”, türklərin “Maqusa” və ya “Gazimağusa”
adlandırdıqları adanın cənubi – şərqində
yerləşən Famagusta liman şəhərinə gələn
turistlərə kiprli işbazlar Dezdemonanın boğulduğu
yeri fəxrlə göstərir. İndi də sadədil gənc
aşiqlər Veronaya, Cüllettaya məktub yazırlar. Ədəbi qəhrəmanı əbədi
qəhrəman hesab edən oxucu, yenə onunla təmas qurmaq
istəyirsə, bu Müəllifin dahiliyindən xəbər verir.
HACI
FİRUDİN QURBANSOY
Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.10-11.