Xalq şairi Sabir Rüstəmxanlı:
Dünya 2020 -ci
sinifdə qalıb
- Demək olar ki, bu gün
dünya iflic vəziyyətindədir.
Tarixdə təxminən 100 ildən
bir bu kimi
pandemiyalar olur və dünyanı format edir. İndiyə kimi bu barədə çox əsərlər yazılıb.
Ağlımıza gələn , günümüzü əks
etdirən ən uyğun nümunə Alber Kamyunun “Taun” əsəridir. Sizcə “korona” adlandırılan
taclı ölüm dünya ədəbiyyatında,
eləcə də bizim ədəbiyyatımızda
öz əksini olduğu kimi tapacaqmı?
- Şübhəsiz ki... artıq bir çox publisistik yazılar,
şeirlər yazılır.
Başımıza gələn bu
fəlakətin təbii
halda yoxsa süni yolla ortaya atıldığını
deyə bilmərəm.
Şübhəli məqamlar var. Bizim
düşüncələrimizin, araşdırmalarımızın xaricində olan bir hadisədir. Alimlər, virusoloqlar müxtəlif fikirlər bəyan edirlər. Rusiyadan Amerikaya gedib
yaşayan Putinin dostu olan bir
şəxs deyir ki, bu işin
başında Rusiya dayanır. Novosibirskidə yerləşən
“Vektor “ labaratoriyası var. Keçən
ilin payızında orda parlayış oldu və ordakı
həkimlər Çinin
Uohan vilayətində
hərbiçilərin beynəlxalq
yarışlarında iştirakından
sonra bu virusu yaydılar. O, qeyd edir ki,
bu Rusiyanın dünyada yerinə yetirmək istədiyi müxtəlif iddialarının
nəticəsidir. Çin burda
seçilmiş qurbandır.
Başqa
versiyalardan birində eyni qayda Amerikaya
da şamil olunur. Tramp bu virusu – Çin virusu adlandırır. Hətta Çindən 3 milyard
dollar təzminat tələb
edir. Və digər ölkələr
də bu iddiada ola
bilərlər. Daha bir versiya bizim
çox yaxşı tanıdığımız Amerika
yaşayan məşhur
həkim türkəsilli alim Mehmet Öz yazır ki, bu kimi viruslar
həmişə olub,
olacaq və daha təhlükəliləri
də ola bilər. Bu virus
özünü bəzən
qripəbənzər sadə
bir virus kimi göstərir, bəzən
çox ağır nəticə - ölüm
ilə nəticələnir.
Dünyada yeni olduğu
üçün buna hələ öyrəşməmişik.
Gələcəkdə vaksini tapılacaq,
insan buna digər qriplər kimi yanaşacaq. İqtisadçıların bununla
bağlı iddia etdiyi başqa bir variant da var ki, bu
pandemiyadan sonra zənginlər daha da zənginləşəcək,
yoxsullar nisbətən sıradan
çıxacaqlar. Dolların qiyməti
qalxır, Amerika dünyaya borclar verir, nisbətən kasıb ölkələri
özündən asılı
qoyur. Hələ planda görücülərin,
baxıcıların proqnozları
da var. Bütün bu iddialar, ittihamlar,
proqnozlar hələ çox əsərlərin
yazılmasına səbəb
olacaq.
-
İnsanlar bu virusdan öncə meqapolislərin səs küyündən, tıxaclarından yorulmuşdular. Bəlkə də
düşünürdük ki, evdə qala
bilsəydik bu yorğunluq canımızdan
çıxardı. Amma bu müddət 1 həftə
sonra əksinə təsir göstərdi.
- Mənim fikrim budur ki,
dünyanın nizamı
pozulmuşdu. Düşünürəm
ki, bu nizam
çətin olsa da, dünyaya müəyyən
qədər öz təsirini göstərəcək.
Mənə görə
bu bəlanın faciəvi tərəfləri
ilə yanaşı, biraz da insani
tərəfi də
var. Bu da ondan ibarətdir ki, dünyada xüsusən də Avropanın bəzi ölkələrində
insanlığa yaraşmayan
, insan əxlaqı ilə bir araya
gəlməyən bir
çox meyllər
var. Eynicinsli insanların
ailə qurmağı,
əxlaqsız gecə
həyatı və s.
İnsanlığın bu
dəyərləri ayaq
altında qalmışdı.
İnsan alveri, silah alveri, narkotika
alveri ,
insan həyatının
ucuzlaşmağı dünyanı
böyük bir çirkaba çevirmişdi.
İndi sərhədlərin, yolların
bağlanması, insanların
evlərə qapanması
əslində bunları
düşünməyə imkan verir. Təbii ki, hamı narahatdır.
Bütün dünyada
olduğu kimi ölkəmizdə də nə qədər ailələr
sıxıntı yaşayacaqlar.
Dövlətimiz müəyyən qədər bu işin çətinliyini
boynuna götürür.
600 mindən artıq
xırda və orta sahibkarlara yardım, işi olmayan insanlara sosial təminat verir. Neftin qiymətinin aşağı
düşdüyü, demək
olar ki, gəlir gətirən bütün sahələrin
dayandığı bir
vəziyyətdə dövlət
vətəndaşından öz
qayğısını əsirgəmir.
Bəlkə iqtisadiyyatın
məhdudlaşması, neftin
bahalaşmağı insanları
ənənəvi istehsal
sahələrinə yönəldər.
Əkinçilik, maldarlıq sahələri
inkişaf edər.
Rayonlardan gəlib günəmuzd
işləyib kirayə
qalanlar öz torpaqlarının bərəkəti
ilə dolansalar, əvvəlkindən daha rahat yaşaya bilərlər.
- Yazıçılar insanların psixologiyası ilə işləyən insanlardır,
sizcə insanların davranışlarında bu
pandemiya hansı izləri qoyacaq?
- Müvəqqəti sıxıntıdır,
əlbəttə bir müddət belə olacaq. Bu uzun
müddət davam edə bilməz. Bu hala yuxarıdakı
variantlar kimi və ya hər
hansı siyasi rəng vermək istəmirəm. Karantin tədbirləri
əlacsızlıqdan və
məcburiyyətdən irəli
gəlir. Əlbəttə bu insanların psixologiyası və davranışında ciddi
iz buraxacaq. Dünyanın xaosundan, qaçhaqaçından,
qovhaqovundan uzaq qalmağın üstünlüklərini
sonra hiss edəcəklər.
Bu günlərin izi hər cəhətdən
həyatımıza yansıyacaq.
Bu itkilər daha
böyük itkilərin
qarşısını almaq
üçündür.
- İnsanları birləşdirmək,
düşündürmək üçün kütləvi
bəladan təsirli nəsə ola bilərdimi? Bəlkə
biz yazarlar bu hadisəyə daha
sentimental don geyindiririk?
- Yox bu reallıqdır axı. Çox dövlətlər, insanlar ağalıq, Allahlıq iddiasında idi. Bu mənada
bu hadisəyə təkcə yazıçıların
humanist yanaşmasını demək düzgün olmazdı. Peşəsindən,
nüfuzundan, imkanlarından asılı
olmayaraq bütün insanların bir peşmançılıq hissləri
baş qaldırdı. Raketlər, kosmik stansiyalar, təcrübələr
, peyklər hamısı
atmosferi zədələyir.
Ozon dəliyi böyüyür,
xəstəliklər artır.
Bunların davam etməsi
insanlığın sonudur,
insan öz savaş eşqinə dur deyə bilmirsə
bu bəşəriyyətin
sonudur. Təbiət ekologiyanın
bu qədər çirkləndirməsinin qisasını
alır. Ümüdsüzlüyə qapılmaq lazım
deyil, təbiətin öz nizamlayıcı qüvvəsi də var. Lakin olanlar insanlara
bir dərs verir. Hər halda dünyanın
axırı deyil.
- Evdə qalmaq yazıçı üçün
digər peşə sahiblərinə nisbətən
elə də çətin olmamalıdır.
Yəqin
ki, yazı və ya mütaliə
vərdişi bu barədə onlar xilas edir.
- Yazıçının
kənarda tərk edib evində tapdığı başqa
bir dünyası da var. Bu onun yazı-pozu dünyasıdır.
Yaradıcı adam heç vaxt evdə qalmaqdan darıxmaz, bezməz.
- Bütün ziyalılarımız, aydınlarımız,
elm adamlarımız insanlara
çağırış edirlər. Bu günlərdə
pandemiyanın qarşısını
alan ən
ağıllı və
variantsız addım karantin rejimidir. İnsanlar evdə qal sözündən bezməsinlər deyə, onlara bununla yanaşı daha nələr tövsiyyə
edirsiz?
- Evdə qal deyən dünya əslində bizə sinifdə qal deyir. Bütün dünya
2020 -ci sinifdə qalıb. İnsanlar imtahanlardan kəsildi.
Başqa
çarə yoxdur, hamı evdə qalsın. Amma nəfsini, pislik
eşqini, haram ehtirasını çöldə
qoyub evdə qalsın. Toylarda, yaslarda
nə qədər israfçılıq , harınçılıq
vardı. Bir xəstəlik bütün
düzəni yoluna qoydu. Məni bir yazıda
işarələmişdilər. Quranda yazılıb ki, cəhənnəmi 19 mələk
idarə edir. Bəlkə bu virusun başqa bir adının Covid-19 olmağının da bununla bir uyğunluğu
var. Yer üzünü
cəhənnəmə döndərmək
üçün bu mələklərin virus şəkilində
yerə enməyi kimi izah olunur. Gərək insanı
insan edən mənəvi saflığı
qoruyaraq evdə qalıb, sonra çölə təmiz çıxaq. Bu gün
200-ə yaxın dustağın
əfv fərmanı qüvvəyə mindi.
Onlar da öz evlərinə
yeni arzular, yeni ümüdlərlə
getdilər.
Söhbətləşdi: Nuranə Nur
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.13.