Koronavirus pandemiyası ilə mübarizə
mövzusunda hekayə müsabiqəsi elan edilib
Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət
Nazirliyi Azərbaycan Yazıçılar Birliyi
ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.
Nazirlikdən bildirilib ki, müsabiqənin təşkilində
əsas məqsəd koronavirus pandemiyasının
yaratdığı bəşəri
problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin
ədəbiyyat mövzusuna
çevirməklə gələcək
nəsillərə bədii
formada çatdırılması,
özündə sosial
məsuliyyəti, epidemiyanın
təhlükəsi və
infeksiyadan qorunmaq barədə informasiyanı
ehtiva edən əsərləri ərsəyə
gətirməklə əhalinin
maarifləndirilməsi və
yaradıcı potensialı
olan hər bir kəsi müsabiqəyə
cəlb etməklə
mövzu baxımından
yeni hekayələrin yazılmasına stimul verməkdir.
Müsabiqənin şərtlərinə görə, hekayələrin
mövzusu tibb işçilərinin koronavirus
infeksiyası ilə apardığı mübarizəni,
pandemiya ilə əlaqədar həyatları
risk altında olan digər peşə sahiblərinin fəaliyyətini,
karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli
olduğu sosial məsuliyyəti, dövlətimizin
mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın
yaratdığı bəşəri
problemləri və digər aktual məsələləri əhatə
etməlidir.
Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır. Müsabiqəyə
25.000 (iyirmi beş
min) işarədən artıq
olmayan hekayələr
qəbul olunur. Hər bir müəllif müsabiqəyə yalnız
bir əsər təqdim edə bilər. Müəllif özü haqqında
məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.
Ən yaxşı
hekayələr "Radio Antenn"
101 FM-də yayımlanan
“Canlı kitab” verilişində səsləndiriləcək.
Müsabiqədə ilk 3 yerin sahibinə diplom və pul mükafatları veriləcək. Eyni zamanda, 2 həvəsləndirici
mükafat da nəzərdə tutulub.
Müsabiqəyə hekayələr mayın
29-dək təqdim olunmalıdır. İyunun 12-də qaliblərin mükafatlandırılması
təşkil olunacaq.
İştirakçılar tərəfindən hekayələr
nrtis@mct.gov.az elektron poçt
ünvanına göndərilməlidir.
Ədəbiyyat qəzeti.- 2020.-
25 aprel.- S.17.