Məni axtardığın yerdə tapmasan,
Ağla, gözlərinin yaşına
dönüm.
Yağış əvəzinə yalqızlıq
yağır,
Bir az səbirli
ol, başına dönüm.
Bir az yoxluğunda
yaşayım səni,
Yenə misralara daşıyım səni.
Bomboş
küçələrdə üşüyərsən, gəl
İsti divarına, daşına dönüm.
Gündüzün günlərə qarışıb
itib,
Gecələr yuxunun gözündə bitib.
Bəlkə də, xəyalım
yadından çıxıb,
Gəlim kirpiyinə, qaşına dönüm.
Demirəm həyatın, nəfəsin
olum
Bir qurtum yaşamaq həvəsin olum.
"Bəlkə"ni əkənlər bitmir deyirlər,
Kaş ki, həyatının
"kaş"ına
dönüm.
Məni
axtardığın yerdə
tapmasan,
Ağla, gözlərinin yaşına
dönüm.
Yağış əvəzinə yalqızlıq
yağır,
Bir az səbirli
ol, başına dönüm.
Təki Günəşin küsməsin
Bu il qorxa-qorxa
çiçəklədi bahar
da,
Ətrini ciyərlərinə çəkən
olmadı.
Adamlar ciyərlərindən başladılar
qəribsəməyə,
Ciyərlərindən darıxdılar gülümsəməyə.
Şəhərin üz-gözünü yuyur yağışları,
Küləyi havasını dəyişir.
Küçələr tər-təmizdi...
Uşaqlıqdan adətimdir
Uzun- uzadı göylərə
baxmaq
Buludlar çarəsizdi...
Bahar yalvarır parklara,
Ağaclara, adamlara...
Məni niyə tanımırsız?
Səni
tanıyırıq, bahar,
Səni sevirəm, şəhərim.
Gözəl günlərimiz olub
səninlə
Mən də darıxmışam
qucağında
ağladığım gülüşlərim
üçün.
Min dəfə ağlatmısan,
güldürmüsən,
Sevdirmisən, unutdurmusan.
Küsmüşük, barışmışıq.
Bir az sən
də darıx bizim üçün,
Sən də bizi arzula.
Biz küsərik, barışarıq
Bunlar səni heç üzməsin,
Təki
Günəşin parlasın,
Təki Günəşin küsməsin.
Nuranə Nur
Ədəbiyyat qəzeti.- 2020.-
25 aprel.- S.20.