Mir Cəlal adına ikinci hekayə

müsabiqəsi davam edir

 

Müsabiqənin qayda şərtlərinə görə hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır. Hekayələrin məzmunu yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur. Çap olunmuş hekayələr qəbul edilmir. Hekayələr elektron şəkildə edibinevi@gmail.com  ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 2020-ci il aprelin 1-dək göndərilməlidir.

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək 2020-ci ilin may ayında mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə (iki mükafat) 2 min, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır.Ədibin Evihekayə janrının inkişafına töhfə vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmişdir. Qaliblər 2018-ci ilin may ayındaƏdibin Evi”ndə mükafatlandırılmışlar.

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.6.